Şəkilsiz yazılar seriyası #1 – CƏM EYNİ QALIRSA
İş həyatına təsir edən faktorların faiz nisbəti dəyişə bilər. Məsələn, deyək ki, 20% şəxsi vaxt, 50% əsas iş, 30% alternativ maraq dairəsi və ya ikinci bir iş tutur. Bu və ya digər səbəbdən faiz nisbətləri zamanla dəyişə bilər. Əgər edəcək bir şey yoxdursa, cəmi dəyişməməklə faizlərlə oynamaq olar. Biri azalanda o birinə güc vermək lazımdır. Sizi qane etməyən hadisələrin səbəbləri haqqında uzun müddət düşünməkdənsə, həmən situasiyanı dəyərləndirib hədəf dəyişdirməkdə fayda var. Uzun sözün qısası, əgər bir şey əlinizdə deyilsə, deyil. Əlimizdə olanları da itirmək istəmiriksə, əlimizdə olmayanlara zaman sərf etmək özümüzə və bizi sevənlərə qarşı haqsızlıq olardı.
Alternativlər yekunda xoşbəxt edirsə, xırda şeyləri dərd etməyə sadəcə zamanımız və haqqımız olmur.
İnsan həyatında baş verən keçidlər arasında qısa müddətli də olsa fasilə vermək lazımdır deyə düşünürəm. Bir dəfə əvvəlki iş yerimdən bugün çıxıb, səhəri başqa bir şirkətdə işə başlamışdım. Onun çətinliyini, psixoloji basqısını bir xeyli yaşadım. Keçidlərdə həmən qərar vermək lazımdır deyə öhdəlik yoxdur. Bir anlıq belə olsa, fasilə verib beynimizdəki fikirləri rəflərə görə səliqəli şəkildə yerləşdirməliyik. Növbəti hədəf uğrunda tələm-tələsik düşünmək və hərəkətə keçmək əvəzinə özünüzə yaxşılıq edib düşünmək üçün fasilə götürün.
Bir dəfə bir dostuma işin gərginliyinin pik həddi vaxtı qızını da götür çıx parkda gəz. Tamam başqa şeylər düşün, sinirlər sakitləşəndən sonra daha rahat qərar vermək olacaq. O da bunu edəndən sonra çox köməyinin dəydiyini bildirmişdi.
P.S. Şəkilsiz yazılar adını verdiyim seriya haqqında məlumat verməyi unutdum. Bu seriyada gündəlik olaraq maksimum 1 dəqiqə ərzində oxuya biləcəyiniz çox qısa fikirlər yer alacaq. Klik etdiz, açdız, 10-15 cümlə oxuduz vəssəlam. Biz fikri çatdıraq, şərh etmək Sizdə qalsın 🙂
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Uzun çəkən iclasın gündəliyi
#istəyirəm səhər işə gələndə yadıma düşsün ki, bugün iclas var və mən ona hazırlaşmamışam. Keçən həftədən yazılan tapşırıqların üstündən tez keçim, hərəsinə bir cavab fikirləşib, bu dəfə mövzulardan yayınıb vaxt
Mənim həyat fəlsəfəm: “O hər şeyi görür”
– “Gencliyimde ele bilirdim ki, heyat bir sevincdir. Boyudum ve gordum ki, heyat calishmaqdir. Calishdim ve gordum ki, Chalishma bir sevincdir” (Tomas Karlil) – “Ugurun sirri
Cəlbedici başlıq fəlsəfəm
Mən tanıdığım Məhərrəm bəli, marketinqi çox sevir. Amma mütaliəni, ədəbiyyatı, ictimai publisistikanı da az sevmir. Ara-sıra ictimai mövzulara müraciət edir, yazır. Sizə bir sirr də açım. Aylıq olaraq təkcə marketinqə

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun