𝐔𝐠̆𝐮𝐫𝐥𝐚𝐫ı𝐦ı𝐳ı 𝐨̈𝐳 𝐠𝐨̈𝐳𝐮̈𝐦𝐮̈𝐳𝐝ə 𝐛𝐨̈𝐲𝐮̈𝐭𝐦ə𝐥𝐢𝐲𝐢𝐤, 𝐛𝐚𝐬̧𝐪𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐠𝐨̈𝐳𝐮̈𝐧𝐝ə 𝐝𝐞𝐲𝐢𝐥
20 ilə yaxındır kitabxanamda olan, amma oxumadığım bir kitabı təsadüfən vərəqləməğə başladım. Qısa-qısa tam oxuduqca maraqlı gəldi, oxudum bitirdim. Sonra yadıma düşdü ki, bu kitabı universitet vaxtı müəllimimiz əlavə ədəbiyyat kimi vermişdi ki, oxuyun oradan da suallar düşəcək. Kitabı almışdım, amma oxumamışdım. Kitab isə həqiqətən də maraqlı idi, bəlkə də o vaxt oxusam daha çox faydası dəyərdi.
𝐁𝐮𝐫𝐚𝐝𝐚𝐧 𝐜̧ı𝐱𝐚𝐫𝐝ı𝐠̆ı𝐦 𝐪ə𝐧𝐚ə𝐭 𝐧ə𝐝𝐢𝐫?!
– İnsan özü istəyəndə özünə maraqlı gəlir. 𝐵𝑖𝑧 𝑏ə𝑧ə𝑛 𝑏𝑖𝑧ə 𝑓𝑎𝑦𝑑𝑎𝑙ı 𝑠̧𝑒𝑦𝑙ə𝑟𝑖 𝑏𝑒𝑙ə 𝑘ə𝑛𝑎𝑟 “𝑑𝑖𝑞𝑡ə 𝑖𝑙ə” 𝑒𝑑𝑖𝑙ə𝑛𝑑ə 𝑠𝑒𝑣𝑚𝑖𝑟𝑖𝑘.
– İnsan həm də özü seçmək istəyir. Mən əminəm, siz də əmin olun ki, ən kiçik azadlıq belə dünyada ən gözəl nemətdir. Özünü seçimlərində azad hiss edirsənsə, bu ən böyük motivasiyadır. Və o motivasiyanın etdirə bilməyəcəyi iş yoxdur.
– 𝐔𝐠̆𝐮𝐫𝐥𝐚𝐫ı𝐦ı𝐳ı 𝐨̈𝐳 𝐠𝐨̈𝐳𝐮̈𝐦𝐮̈𝐳𝐝ə 𝐛𝐨̈𝐲𝐮̈𝐭𝐦ə𝐥𝐢𝐲𝐢𝐤, 𝐛𝐚𝐬̧𝐪𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐠𝐨̈𝐳𝐮̈𝐧𝐝ə 𝐝𝐞𝐲𝐢𝐥. Başqalarının gözündə böyütmək mübaliğə, təkəbbürə gətirib çıxarır. Öz gözünüzdə böyütmək isə motivasiyadır, özünüzə hədiyyədir.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Cəlbedici başlıq fəlsəfəm
Mən tanıdığım Məhərrəm bəli, marketinqi çox sevir. Amma mütaliəni, ədəbiyyatı, ictimai publisistikanı da az sevmir. Ara-sıra ictimai mövzulara müraciət edir, yazır. Sizə bir sirr də açım. Aylıq olaraq təkcə marketinqə
İşə “gedib-gələnlərin” gündəliyi
#istəyirəm 9-6 bir işim olsun. 7-yə keçəndə xətrimə dəysin. Orta sinif menecer olum. Birində 1 il, birində 5 il, toplam 6 il stajım olsun. CV-mə 3 ay işlədiyim yeri isə yazmayım.
“Çıxılmaz vəziyyətdən çıxış yolu girişdədir”
İctimai tv-də Yasamal hadisəsinin səbəb və nəticələrinə dair 1 saatlıq verilişi diqqətlə izlədim. Sonda Erkin Qədirlinin”çıxılmaz vəziyyətdə çıxış yolu girişdədir” fikri çox xoşuma gəldi. Bilmirəm öz sözüdür ya yox, amma

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun