Şəkilsiz yazılar seriyası #19 – Azərbaycanda cəmiyyət hansı suala cavab axtarır?

Şəkilsiz yazılar seriyası #19 – Azərbaycanda cəmiyyət hansı suala cavab axtarır?

Ölkədə gündəm yaratmaq çox asan məsələdir. Hələ 2019-cu ildə “Hər fəsildə çiçək aça bilən mövzular” adlı yazı yazmışdım. O vaxtdan bu vaxta hərfəsil mövzuları sırasına bir-iki yeni əlavə var.
Keçən 7 ildə ən maraqlı və ən faciəvisi odur ki, bu müddətdə bir dənə olsun ciddi, taleyüklü məsələ ictimai müzakirə edilməyib. Dünyanın bu dəqiqə cavab axtardığı elə suallar var ki, onlara baxanda bizim mövzular arasında 200-300 il fərq var. Hətta 2-ci Qarabağ müharibəsi kimi çox vacib, strateji məsələ emosional müzakirədən o tərəfə keçə bilməyib. Bu mövzuda hələ nə qədər suallar var ki, müzakirə edilməyib, edilmir.
 
Əlqərəz, gündəmləri aşağıdakı kimi qruplaşdırmaq olar;
 
1. Hərfəsil gündəmləri
2. Mövsümi gündəmlər
3. Birdəfəlik gündəmlər
 
Hərfəsil gündəmlərinin zamanı olmur. Adətən bu tip gündəmlər suala cavab tapmaq üçün açılmır. Çünki bu gündəmin müzakirəsinin səbəbi öyrənmək yox, bu dəfə kim qalib gələcək fikridir. Bir növ xoruz döyüşdürmək kimi bir şeydir. “Sünni-şiə”, “az sektor – rus sektor”, “milli mentalitet” kimi ana başlıqlar var ki, mövsümsüz gündəm mallarıdır. Son dövrlər bunlara qadın-kişi bərabərliyi, boşanmalar kimi mövzular da əlavə olunub. Bu 3 məsələnin gecəsi-gündüzü, prime-off prime time fərqi, fəsil problemi yoxdur. Nə vaxt mövzunu açsan “çiçək açasıdır”. İstənilən fəsildə “meyvə verə bilən” mövzulardır.
 
Mövsümi gündəmlər də hərfəsillə eyni məntiqə əsaslanır, amma onu həmişə yox ancaq öz mövsümündə açsan diqqət çəkə bilərsən. Məsələn, hər il Ramazanda eyni mövzular gündəm olur – “əsas ürəyin təmizliyidir falan”, “namaz qılmır, oruc tutur”, “oruc tutaq, yoxsa xeyriyyəçilik edək” və s. tipli. Bunlar mövsümi gündəmlərdir.
 
Birdəfəlik gündəmlər də anidən bilərək ya bilməyərək, təsadüfi ya sistemli hazırlanaraq ortaya atılmış mövzulardır. Bu cür gündəmlər təbii formada hansısa real hadisədən sonra ortaya çıxır və bir müddət gündəm olur. Məsələn, indi “motosiklet qəzası” həmin gündəmlərdəndir. Vaxtilə “şortik məsələsi” də bu qəbildən idi.
 
Gündəm işində əsas mövzu niyə hamı rəy bildirir deyil, bu mövzuların bilərəkdən bəzən hype yığmaq, bəzən özünü xatırlatmaq kimi fərqli məqsədlər üçün istifadəsidir. Kütlənin nəbzini tutan hamı bu üsullardan “məharətlə” fərqli məqsədlər üçün istifadə edir. Biznes dünyasında da belə mövzular var, məsələn, hərfəsil mövzulardan biri də “işçilərə dəyər”dir. Bit lətifəsi kimi tam fərqli mövzulardan istiqaməti işçi dəyəri üzərinə gətirib diqqət çəkənlər n qədərdir.
 
Yuxarıdakılar diaqnoz idi bir növ. Məni isə tam səmimi, öyrənmək istədiyim bir mövzu maraqlandırır.
Azərbaycanda cəmiyyət indi hansı suala cavab axtarır?
 
 

Editor review

Summary

Hərfəsil gündəmlərinin zamanı olmur. Adətən bu tip gündəmlər suala cavab tapmaq üçün açılmır. Çünki bu gündəmin müzakirəsinin səbəbi öyrənmək yox, bu dəfə kim qalib gələcək fikridir. Bir növ xoruz döyüşdürmək kimi bir şeydir.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Şəkilsiz yazılar seriyası #11 – 𝟐𝟎𝟐𝟐-𝐜𝐢 𝐢𝐥𝐢𝐧 𝐲𝐚𝐫𝐚𝐭𝐝ığı 𝐯ə 𝐦əş𝐡𝐮𝐫 𝐞𝐭𝐝𝐢𝐲𝐢 𝐭𝐞𝐫𝐦𝐢𝐧𝐥ə𝐫

2022-ci il bitir, amma dünya iqtisadiyyatı üçün bir çox yeni terminləri də özü ilə bərabər məşhur edib. Bir çox termin əvvəllər ola bilsin, istifadə edilib, amma 2022-ci il qədər geniş

Sərbəst 0 Comments

Səbrsizliklə gözlədiyim 7 hadisə

İlin sonu yaxınlaşanda adətən insanlar gələcək il üçün planlar qururlar. Mən heç vaxt bu işi nə dekabrda, nə də yanvar ayında etməmişəm. Etməyi də sevmirəm. Çünki o aylar elə aylardır

Sərbəst 0 Comments

20 il öncəyə həftəsonu ziyarətim

Bu gün bazar günüdür. Çoxdandır ki, etmək istədiyim, lakin heç cür risk edib o qədər külliyatın içinə girmək istəmədiyim bir işim var idi. Nəhayət bu gün 20 ildən də qədim

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın