Şəkilsiz yazılar seriyası #10 – Meyxana
Həqiqət elə bir şeydir ki, kağızın üstünə 2 sözlə yaz at, bir gün səni məşhur edə bilər.
Yalan haqqında isə dastan yaz, cild-cild kitab yaz gec-tez üzə çıxacaq. O dəfə də yazmışdım ki, adam həqiqəti deyəndə ola bilsin ki, adam udmasın, amma həqiqət mütləq udacaq.
Alternativ musiqi ənənəvi musiqidən həm də ona görə fərqlənir ki, o hamının məşhur dediyi və etdiyi adamın cürət etmədiyini deyə bilir. Gəlin razılaşaq ki, bu gün bizim musiqilərə 50 il sonra qulaq assan, bu dövrdə bizim nə yeyib, nə içdiyimiz, necə yaşadığımız aydın olmayacaq. Amma meyxanada cəmiyyəti çılpaqlığı ilə görə bilirsən. Nədirsə onu göstərir. Ümumiyyətlə insanların nəyə gülüb nəyə ağladığını bilsən, o qövm haqqında çox bilgiyə sahibsən deməkdir. Bu gün ”məşhur müğənnilər” var ki, çiçəkdən-böcəkdən oxuya-oxuya xalqdan uzaqlaşır. Onlardan bəziləri restoranda 15 dəqiqə rahat otura bilmir. Şəxsən şahidi olmuşam. Ona görə yox ki, camaat axışır, imza istəyir. Ona görə ki, kinayəli baxışlara tab gətirə bilmir.
Mənə görə meyxananı ”qova-qova namərd ediblər”. Adamların sanki “boynuna qoyublar” ki, sən o yolun yolçusansa, 100% içməlisən, çəkməlisən, çaşanı “nakazat” eləməlisən, “içəridəki yaxşı oğlanlara” göndərmə etməlisən və s. İstər meyxanaçılar, istər ona qulaq asanlar digərləri ilə arasına böyük sədd qoyub sanki. Orta yoxdur, ya bizdənsən, ya da deyilsən. Hər işimiz belədir, bizi kimi düşünməyən bizdən deyil məntiqi ilə getdikcə, uzlaşa, orta yolu tapa bilmirik.
Musiqini bir kənara qoyun, bədahətən deyilən qəzəllər, şerlər var ki, bizim ən məşhur şairimiz otursa, 1 aya o cür yaza bilməz. Bu istedaddır. O istedadı sadəcə düzgün istifadə etdikdə daha gözəl işlər ortaya çıxır. Aydın Xırdalanlı haqqında rəhmətə gedəndə yazı yazmışdım. Məsələn, onun qəzəlləri ayrı aləmdir, Vüqar Füzulidir elə bil. Sözdən başı çıxan bilir nə demək istədiyimi.
Amma di gəl ki, əksəri karyerasının ən pik nöqtəsində çox vaxt “düz yoldan azıb nabələd ünvanlara düşür”.
Rəşad Dağlı dəhşət istedadlıdır. Kimisə qətlə yetirmək heç yaraşmadı. Yaşayıb-yaratmaq var ikən, xalqa daha yaxın olmaq var ikən… Amma “biləsən şair”, hər dəfə öz janrınızı yuxarı qaldıranda, nəsə olur və onu təzədən 0 nöqtəsinə yuvarlayırsız. Belə olmaz, olmamalıdır.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Niyə belədir?!
Vaxt və pul. Bunlar ikisi eyni anda bitməməlidir Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa
Gözə girən müdirin gündəliyi
İstəyirəm günü-günə calaya-calaya sıravi işçidən minbir hiyləylə müdirlik səviyyəsinə çatım. Tez-tez işi dəyişim, amma xasiyyətim dəyişməsin. Mənə elə gəlsin ki, sahibkarın xoşuna gələn-gedən istənilən yol məqbuldur. Bu fikir həyat kredom
Şəkilsiz yazılar seriyası #13 – 𝐇𝐚𝐧𝐬ı ö𝐳?
“Özün ol’, “özün kimi ol”, “olduğun kimi görün və ya göründüyün kimi ol” kimi ifadələri uşaqlıqdan bu tərəfə tez-tez kitablardan və ya ətrafdan eşidirik. Bizə təlqin olunan da budur ki,

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun