Şəkilsiz yazılar seriyası #12 – 2023-cü il iqtisadi proqnozları
The Economist 2023-cü il proqnozları üzrə maraqlı qısa icmalını dərc edib. Maraqlı olan bəzi məlumatları Sizinlə də bölüşüm.
– 2022-ci ildə dünyada yeni avtomobil satışı ötən illə müqayisədə 1% artıb, elektrikli avtomobillərin satışı isə əvvəlki il ilə müqayisədə 25% artıb. Trend hara gedir açıq görünür. Tezliklə elektrikli avtomobillər üçün ehtiyat hissələri və servis mərkəzləri açılması gələcək üçün yaxşı investisiya sayıla bilər.
– Netflix 17 milyard dollarlıq kontentə pul xərcləyib və bu ildən abunəçilərin parollarını paylaşmağın qarşısını alacağını bildirib. Ənənəvi tv və radiolar ciddi kontent yaratmadıqca çox çətinliklərlə üzləşəcək. Düşünürəm ki, yaratdıqları kontentdən tv-dən daha çox internetdəki yayımından qazana bilərlər.
– 2023-cü ildə Çinin ÜDM-si 4,7% artacaq. Dünyanın Çindən asılılığı isə davam edəcək. Belə ki, Avropa 2023-ü tarixinin ən çətin ili kimi qeyd etməyə hazırlaşır.
– 2023-cü il Ukrayna müharibəsinə görə dünyada qida çatışmazlığı ilə də yadda qalacaq. BMT-nin məlumatına görə dünyada 830 milyon insan aclıqdan əziyyət çəkir. Alternativ qida resurslarına ciddi yönəlmə səbəbindən 12% civarında dünya miqyasında əsas qida məhsullarının qiymətinə düşüş gözlənilir. Xüsusilə Sinqapur labaratoriyada yetişdirilən bəzi qida məhsulları üzrə mərkəzə çevriləcək.
– Covid 19 2023-cü ildə daha çox insanı yoluxduracaq. Amma yeni növlər meydana gəlməsə, ölümlər adi qrip ölümlərindən iki dəfədən aza düşəcək.
– 2020-2021-ci illərdə dünya əhalisinin ömür uzunluğu 1,8 il azalmışdı. 2023-dən bərpa olunacağı təxmin edilir.
– İnfrastruktur layihələrə investisiyalar son illər 25% civarında artıb, amma bu artım dünya dövlətlərində nağd vəsait çatışmamazlığı səbəbindən 2023-də zəifləyəcək. Ümumilikdə dünya üzrə investisiya məbləği 2023-cü il üzrə 25 trilyon dolları ötəcək.
– Dentsu araşdırmasına görə 2023-cü ildə dünya üzrə media və reklam bazarı 5% həcmində böyüyərək 780 milyard dollara çatacaq. Kolumbiya, Nigeriya və Cənubi Afrika Amazonun 2023-cü ildə girmək istədiyi bazarlar siyahısındadır. Hətta elektron ticarət bazarı da 2023-cü ildə satışlar baxımından elə də asan il keçirməyəcək.
– Dünya əmlak bazarında satışlar 1% həcmində artaraq 5,8 trilyon dollara çatacaq. Ancaq əmlak bazarında yüksək qiymətlər artan inflyasiya fonunda bəzi ölkələrdə düşüş yaşayacaq. Əmlak sektoru investorlar üçün 2023-cü ildə daha az cəlbedici gələcək.
– Dünya üzrə mobil kommunikasiya istifadəçiləri 5,5 milyard nəfərə çatacaq. Bu sektor dünya iqtisadiyyatına 2023-cü ildə 4,8 trilyon dollar gətirəcək
– Turizm sektoru da 2023-cü ildə bazardan 1,4 trilyon dollar götürəcək. Aviasiya sektoru isə 2023-cü ili mənfəətlə keçirəcək.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
facemark.az 2022-ci ilin ilk 3 ayı üzrə hesabatı
Facemark sürətlə böyüməyə davam edir. Şəkildə 3 aylıq qısa hesabatımızdır. Ölkədə böyük biznes tədbirlərin təşkilatçılığı, partnyorluğu istiqamətində çox illik təcrübə artıq öz bəhrəsini verir. İl ərzində 11 yerli və beynəlxalq
Şəkilsiz yazılar seriyası #15 – Hər məsələdə eyni fikrə gəlməyə ehtiyac yoxdur?!
HBR-da bu gün maraqlı bir fikrə rast gəldim. Deyir ki, bəzi qurumlar ehtiyac olmadığı halda bütün məsələlərdə fikir birliyinə ehtiyac hiss edir. Və nəticədə hamının ortaq qərarını almaq üçün uzun
Şəkilsiz yazılar seriyası #2 – Təcrübənin başına gələn insan
Azad fikirləşə bilməyən adamın dərdi onu fikirləşib dilə gətirə bilməyəndən daha azdır. Dəqiq bildiyin nəyisə başqa cür ifadə etməyə çalışmaq, ona məcbur olmağın verdiyi əzabı sözlə təsvir etmək çətindir. Başa

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun