Sosial Media haqqında baxmalı olduğumuz 3 önəmli video statistika və 2013 noyabr Azərbaycan üzrə Sosial Media Statistik Analizi
Sosial media haqqında çox yazılıb, çox deyilib. Artıq Azərbaycanda da 1300 000-ə yaxın təkcə facebook istifadəçisi var. Bu yazıda sosial media haqqında yazı deyil 3 maraqlı video statistikanı Sizinlə paylaşmaq istəyirəm. Ondan öncə isə onu deyim ki, 2014-cü ildə sosial media strategiyası zəif olan Azərbaycan şirkətləri çox itirəcəklər. Ən az və ən pis halda itki isə müştəri sədaqəti, inam və etibardır. Artıq günümüzdə insanlar bir şirkət haqqında məlumat almaq üçün ilk növbədə onu google-da axtarır, facebook və twitter hesabını axtarıb tapır ki, oradan sualına daha rahat və tez cavab tapsın. İndi şirkətlər də şikayəti gizlədə bilmir. Müştəri şikayətinə şirkətdən cavab almadımı, onu sosial mediada yaymağa başlayır və bir müddət sonra proses idarə olunmaz hala gəlir. Sosial media müştərisini incidən şirkətlər üçün əsl bomba rolunu da oynayır. Bu gün biz marketoloqlar belə blog yazırıq və yazımızı da elə sosial media paylaşırıq ki, daha çox oxuyucuya çata bilək. Bu gün facebook belə artıq reklam sistemində şirkətlər üçün önəmli dəyişikliklər edib. Artıq zaman o zamandır ki, istər müştəri, istər şirkət 1 qəpiyinin belə hədəfə vurmursa, xərcləmək istəmir. O səbəbdəndir ki, ənənəvi media il-ildən sosial mediaya uduzur. 2014-də belə görürəm ki, SMM ən dəbli və faydalı vakansiyalardan, pozisiyalardan birinə çevriləcək. Sosial Media Marketinqi alətləri daha da aktuallaşacaq.
Sosial Media Marketinq alətləri əsasən aşağıdakılardır:
- Sosial Media İzləmə
- Sosial etiketləmə, bağlılıq
- Sosial Media Raportun hazırlanması
- Sosial CRM
- Bloq Marketinqi
Önümüzdəki il bu və daha yeni bir çox alətlər aktiv istifadə olunmalıdır. Aşağıda isə Sizə tarixi bir az köhnə də olsa, hələ də izləyə bilməyənlər üçün sosial media haqqında maraqlı video statistika təqdim edirəm.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Sosial yönümlü facebook brend səhifələri və 1 milyona 1 ay qalan Azərbaycan
Socialbakersə üzv olduğumdan mütəmadi olaraq yeni hesabatları alıram və hər dəfə də çox maraqlı olur. Bu dəfəki hesabat isə dünya üzrə brendlərin facebookda sosial yönümlülüyünü təhlil edirdi. Nəticələr məni çox
Azərbaycan brendlərinin facebookda son göstəriciləri (05 fevral – 05 mart)
Ötən dəfəki yazımda olduğu kimi bu dəfə də fevral-mart aylarında, daha konkret desək 05 fevral – 05 mart tarixləri arasında yerli brendlərimizin facebook aktivlikləri haqqında məlumat verməyə çalışacam. Öncədən xatırladım
Sosial media ölçülə bilərmi?
Sosial media dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olduqca məşhurdur və qısa müddət ərzində özünə xeyli kütlə cəmləyə bilib. Bu gün şirkətlərin bir çoxu sadəcə imic xatirinə, bir çoxu
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun