Sosial yönümlü facebook brend səhifələri və 1 milyona 1 ay qalan Azərbaycan

Socialbakersə üzv olduğumdan mütəmadi olaraq yeni hesabatları alıram və hər dəfə də çox maraqlı olur. Bu dəfəki hesabat isə dünya üzrə brendlərin facebookda sosial yönümlülüyünü təhlil edirdi. Nəticələr məni çox maraqlandırdı. Sizinlə paylaşmaq istədim. Başlayaq elə birinci “socially devoted” kəliməsindən. Aşağıdakı şəkildən gördüyünüz kimi bu söz əsas 3 parametrlə izah olunur. 
1) özünü fanlarına qarşı açıq elan etmək, yazıların sizin divarınızda rahat yayımlana bilməsi
2) Fanların suallarına cavab verilməsi
3) Fanlarla zamanında kommunikasiyaya keçə bilmə

2012-ci ili əhatə edən təhlilə əsasən 2012-nin sonunda facebookda sualların cavablandırılması tezliyi 35% artıb. Bu onu göstərir ki, artıq şirkətlər fanların suallarına daha çox önəm verirlər. Azərbaycanda isə məsələn, Bakcell-in facebookda fan suallarına cavab tezliyi 2012-ci ilin sonuna 13% ətrafında, İdealda isə bu rəqəm 95%-dir. 2013-cü ilin yanvar ayında isə Bakcelldə bu rəqəm 2.84%, İdealda isə 96.51%-dir. Uzun müddət dünyada telekomların lider olduğu “response rate” indeksi artıq öz yerini avia şirkətlərə buraxıb.
Şirkətlər əgər 2012-ci ilin əvvəlində verilən sualların 30%-ni cavablandırıblarsa, ilin sonunda 55% olub. Aşağıdakı şəkildən həm də görürük ki, 2012-ci ilin sonunda dünyada Alkoqol brendləri verilən suallara ən çox və ən tez cavab veriblər. İkinci yeri isə avtomobil sektoru tutur. Azərbaycanda da 2012-ci ilin sonunda avtomobil brendləri aktivləşib. Hətta Audi Azerbaijan öz professional facebook səhifəsini buraxıb.
1 milyon olmağa 1 ay qalan Azərbaycan

Ümumiyyətlə Azərbaycanda olan top 10 ən çox fanı olan facebook səhifəsinin içərisində 4 şirkət səhifəsi var. Bunlar Azercell 218000 fan, Bakcell 190000 fan, İdeal 172000 fan, İrşad Telekom 122000 fan-dır. 5-ci ən çox inkişaf edən brend isə Romantikdir (115 000 fan). Xatırladım ki, Azercellin fanlarının 40 mini ölkə xaricindən qoşulub. Bu günə olan əlumata görə Azərbaycandan facebook istifadəçiləri 997560 nəfərdir. Artıq 1 milyona çox az qaldı. Azərbaycanın ən çox fanlı səhifəsi isə Azərbaycan Respublikasıdır ki, onun da 295 min fanı var. Son 6 ayda 140 min facebook istifadəçisi artıb. Bu rəqəmə əsasən Azərbaycandan aya 2300-2500 nəfərin facebooka qoşulduğunu demək olar. İstifadəçilərin tam 50%-i 18-24 yaş arası gənclərdir. Bunu nəzərə alaraq müştəriləri bu yaş kateqoriyası olan şirkətlər üçün olduqca əlverişli məkandır, facebook. Qadın kişi bölgüsündə isə 64% kişi, 36% qadındır.
Məşhurlar və siyasilərimiz də bu il facebookda çox aktiv olub. Məşhurlar arasında top 5-lik isə Aysel 158 min, Röya Ayxan 133000, İsa Aydın 114 min, VİP-Leyla Əliyeva 108 min fandır. Əyləncə sahəsində 68000 fanla Park Cinema, Mediada 98000 fanla 1news.az, Azerbaycan xeberleri, Day.az, azxeber.com isə medianın digər aktiv səhifələridir. Siyasilərdən ən çox fanı olan İlham Əliyev 108 min, Mehriban Əliyeva 40 min fandır. İdman sahəsində lider isə Neftçi PFK-dır ki, onun da 43 min fanı var. Türkiyədə məsələn, Qalatasarayın 7 milyon fanı var. Azərbaycanda insanların özlərini ən çox TAG etdikləri yerlər isə Park Cinema, Çinar, Cafe City, Mado, Dalida-dır.
Twitter isə Azərbaycanda çox sevilmir nədənsə. Amma son 3 ayın trendi bu şəbəkənin də inkişaf etdiyini göstərir. Twitter Azərbaycan səhifəsi ən çox “follower”i olan səhifədir. Youtube kanallarında isə ümumi götürdükdə ən çox “follower”i olan Həbib Müntezirin səhifəsidir. 15898 izləyicisi olan bu səhifədəki videolara baxış sayı 21.5 milyonu ötür. Youtube kanalından son 3 ayda bütün şirkətlər faydalanmağa başlayıb az qala. Video sahəsində daha bir yenilik Video.az portalının aylıq 600 min unikalı ötməsi oldu. Bu resurs da reklamverənlər üçün faydalı ola bilər.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sosial Media 0 Comments

Kreativ: İdealı sevməyən 10 000 adam axtarıram

2011-ci ilin sentyabr ayı gərgin idi. Həm yeni və böyük imic kampaniyasına hazırlaşırdıq, həm də kampaniyalar keçirirdik. Müəlllimlər Günü yaxınlaşdığı üçün başımız ona qarışmışdı. Bu arada rəhbərlikdən belə bir fikir

Sosial Media 0 Comments

Azərbaycan brendlərinin facebookda son göstəriciləri (05 fevral – 05 mart)

Ötən dəfəki yazımda olduğu kimi bu dəfə də fevral-mart aylarında, daha konkret desək 05 fevral – 05 mart tarixləri arasında yerli brendlərimizin facebook aktivlikləri haqqında məlumat verməyə çalışacam. Öncədən xatırladım

Sosial Media 0 Comments

Sosial media ölçülə bilərmi?

Sosial media dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olduqca məşhurdur və qısa müddət ərzində özünə xeyli kütlə cəmləyə bilib. Bu gün şirkətlərin bir çoxu sadəcə imic xatirinə, bir çoxu

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın