Şəkilsiz yazılar seriyası #2 – Təcrübənin başına gələn insan
Azad fikirləşə bilməyən adamın dərdi onu fikirləşib dilə gətirə bilməyəndən daha azdır. Dəqiq bildiyin nəyisə başqa cür ifadə etməyə çalışmaq, ona məcbur olmağın verdiyi əzabı sözlə təsvir etmək çətindir.
Başa gələn təcrübədir deyirlər, amma hərdən təcrübənin də başına insan gəlir.
Təcrübənin başına gələn adam heç nəyi dəyişdirməyə cəhd etmir. Əzbərlədiyi konkret bir hadisə və onun baş verəcəyi halda nə etməli olduğu var.
Qıraqdan və qulaqdan dolma daşlaşmış fikirləri yeri gəldi-gəlmədi istifadə edib bütün təşəbbüskarlığı bələkdəcə boğmaqdan həzz alırlar.
Başa gələn təcrübədir məntiqi ilə yola çıxanda isə vəziyyət başqa cür olur. İnsan hər gün yeni bir şey öyrənir. Detala ilişib qalmır, əvəzində baş verən hadisənin sonrakı taleyi haqqında vaxt itirmədən düşünməyə və hərəkətə keçməyə başlayır.
Beyin fikirləşməkdə sərbəstdir. Belə olduğu üçün də qarşılaşdığı heç bir maneə yorucu gəlmir. Əksinə hər dəfə yeni nələrinsə olmağı prosesdən zövq alan adamlar üçün əsl adrenalindir.
Elə bil ən bahalı avtomobili sürürsən, amma sənə o həzzi vermir. Köhnə 07-nin salonun ətri sənə daha xoş gəlir. Marketə girirsən cibində pulun da var, nəsə almaq istəyirsən amma bilmirsən nə.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Çalışmaq, yoxsa işləmək?!
Çalışıb yaxşı işləməliyik. Davamlı istehlak edən cəmiyyətlərdə isə “çalışıb yaxşı işləməkdən daha çox ÇOX işləməliyik” fikrini aşılayırlar. Dünyada da belədir. Zaman-zaman çox “yaxşı”lar çox “çox”lara uduzub. Yaxşı TƏK olanda çoxdan
Avqust biznes gündəliyi
Apple əməkdaşlarını ofisə çağırmaq məsələsini 2022-ci ilin yanvar ayına ertələyib. Təxminim il sonuna qədər bizdə də məhdudiyyətlər davam edəcək. Amazon da hər gün bir hoqqa verir. İndi də pilot hələ
Facemark.az-ı 11-ci ilində rebrendinq etdik
Bu il yaranmasının 11-ci ilinə qədəm qoyan Facemark.az -ın rebrandingini tamamladıq. Bir neçə günə sayt daxil bütün vizual stilistika yenilənəcək. Bu il onlayn biznes portalı olaraq bazarın önəmli üzlərindən biri

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun