Toksik pozitivlik

Toksik pozitivlik

Son zamanlar oxuduğum bir çox xarici elmi məqalələrdə tez-tez “toksik pozitivlik” termininə rast gəlirəm. Düzdür, hələ ki, elmi termin kimi işlənmir, amma bir müddət sonra aktiv istifadə ediləcəyinə inanıram. Xüsusən sosial mediadan aktiv istifadə edən əhali qrupları arasında bu hala daha çox rast gəlinir. Dünyanın bir çox ölkələrində artıq bu mövzunu pisxoloqlar da ciddi təhlil etməyə başlayb. Ətrafımızda şəxsi və ya iş həyatında özünü daim pozitiv təqdim edən, göstərən insanlar var. Dərin təhlil etsək, bəzilərində bu real pozitivlik deyil, toksik pozitivlikdir.
𝐁ə𝐬 𝐭𝐨𝐤𝐬𝐢𝐤 𝐩𝐨𝐳𝐢𝐭𝐢𝐯𝐥𝐢𝐤 𝐧ə𝐝𝐢𝐫?!
𝐓𝐨𝐤𝐬𝐢𝐤 𝐩𝐨𝐳𝐢𝐭𝐢𝐯𝐥𝐢𝐤 𝐧𝐞𝐪𝐚𝐭𝐢𝐯 𝐞𝐦𝐨𝐬𝐢𝐲𝐚 𝐯ə 𝐭ə𝐜𝐫𝐮̈𝐛ə𝐥ə𝐫𝐢 𝐢𝐧𝐬𝐚𝐧ı𝐧 𝐦ə𝐪𝐬ə𝐝𝐥𝐢 𝐬̧ə𝐤𝐢𝐥𝐝ə 𝐨̈𝐳𝐮̈𝐧𝐝ə𝐧 𝐮𝐳𝐚𝐪𝐥𝐚𝐬̧𝐝ı𝐫𝐦𝐚𝐬ı, 𝐨𝐧𝐚 𝐪𝐚𝐫𝐬̧ı 𝐦𝐮̈𝐛𝐚𝐫𝐢𝐳ə 𝐚𝐩𝐚𝐫𝐦𝐚𝐬ı 𝐯ə 𝐲𝐚 𝐢𝐧𝐤𝐚𝐫 𝐞𝐭𝐦ə𝐬𝐢𝐝𝐢𝐫. Deyə bilərsiniz ki, burada qəbahət nə var? Qəbahət olan insanın əslində hiss etdiklərini deyil, süni şəkildə göstərmək istədiyi (reallıqda isə elə deyil) əhvalı imitasiya etməsidir. Qısa müddətdə insanın özünü səfərbər etməsi üçün effektiv olsa da, toksik pozitivlik uzun müddət tətbiq edildikdə insanı reallıqdan uzaqlaşdıra, özünə tənqidi yanaşmanı məhdudlaşdıra bilər. Son zamanlar bir çox xanımların instagram postlarında “good vibes only” həştəqini görürəm. Baxırsan ki, ehtiyac oldu-olmadı hər yerdə istifadə edilir və sanki hər şey gözəldir, heç nəyə baxmayaraq həyat çox maraqlıdır və guya da o da bu həyatın hər anından həzz alır. Dediyim kimi bu halın uzun müddət davam etməsi “kütləyə oynama” tandeminin xronikiləşməsinə gətirib çıxara bilər. Biz insan olaraq həyatımızın hər anında pozitiv və ya neqativ emosiyalar, təcrübələr yaşaya bilərik.Hətta özümüzü optimizmə də kökləyə bilərik, amma insan mənəvi rahatlığı üçün əhvalı ilə səmimi şəkildə “üzləşərək” və bu yolla əslində “o ağrıları sona qədər yaşayaraq və dadaraq” onları özündən uzaqlaşdıra bilər. Səhv etmirəmsə, psixologiyada da bu cür müalicə metodu var. Alimlər deyir ki, neqativ emosiyalar əslində beyin və ruh üçün nələrin dəyişməli olduğuna yol göstərən önəmli hissdir. Düzdür, dildə demək asan gəlir, tətbiqdə hər kəs fərqli reaksiya verə bilər. Atalar demiş, qıraqdan baxana dava asan gəlir.
Bu terminin tətbiqini bəzi nümunələrdə təsvir edə bilsək, məncə, daha aydın olar.
Məsələn, tutaq  ki, biri “iş get-gedə daha çox mənə darıxdırıcı gəlməyə başlayır” deyir və siz  “sən  şükr et ki, heç olmasa işin var, işi olmayan nə qədər adam var” cavabı verirsiz. Və ya başqa misal. İnsan özü dərin depressiya içindədir, bəlli problemləri var, amma dostları ilə müzakirələr zamanı “hər şey əladır, çox yaxşıdır, xırda problemlər olur, amma həll edirik” tipli cavablar verir. Əslində hisslərini etibarlı mühitdə səmimi şəkildə ifadə etsə rahatlaşar. Neqativ emosiyalarını süni pozitivlə gizləməyə çalışmağa cəhd etməklə özünü yormaz.
Reallıqda əsl pozitivliklə toksik pozitivliyi fərqləndirmək lazımdır. Əsl pozitivlik insanın və ya qarşı tərəfin neqativ emosiyalarını inkar etmir. Onu anlayıb, qəbul edir və bundan sonra mövqe ortaya qoyur. Toksik pozitivlik isə bu misalda qarşı tərəfi inandırmağa çalışır ki, əslində sizin yaşadıqlarınız neqativ emosiya və ya təcrübələr deyil, bu hər kəsdə olur, sadəcə özünə inanmalısan, nə bilim şükr etməlisən, “yaxşı gör ki, yaxşı olsun” falan. Onu da demək lazımdır ki, bir çox insanlar  şüurlu şəkildə tokisk pozitivlik nümayiş etdirmirlər. Sadəcə hansısa hadisə və tövsiyyə əsasında düşünmədən, analliz etmədən, qavramadan dəbi, trendi, yanaşmanı qəbul edib. Çox adamın da haqqına girib “toksik pozitivlik nümayiş etdirirsiz” demək düz olmazdı. Yazının məqsədi odur ki, onu oxuyan insanlar bu haqda ən azı təkrar düşünsünlər və növbəti bu hadisəyə uyğun vəziyyətdə daha dərin təhlil edə və özlərinə kənardan baxa bilsinlər.
𝐓𝐨𝐤𝐬𝐢𝐤 𝐩𝐨𝐳𝐢𝐭𝐢𝐯𝐥𝐢𝐤𝐝ə𝐧 𝐧𝐞𝐜ə 𝐱𝐢𝐥𝐚𝐬 𝐨𝐥𝐚 𝐛𝐢𝐥ə𝐫𝐢𝐤?
Zaman-zaman yaşadığımız mənfi, neqativ emosiya və təcrübələrə daha düzgün reaksiya verməyin yollarını mütəxəssislər belə izah edir;
1. İş və şəxsi həyatınızda yaşanan hisslərinizi onun pozitiv və ya neqativ olmasından asaılı olmayaraq olduğu kimi qəbul etmək və özünüzə də bunu bu formada qəbul etdirmək ilk şərtdir.
2. İkinci mərhələdə isə artıq reallığı qəbul etdiyiniz üçün mənəvi rahatlamağınız lazımdır. O da çox yaxın çevrələr və ya konkret şəxslər, şəxslə hisslərinizi bölüşmənizdir.
3. Növbəti mərhələdə isə reallığı qəbul edib, paylaşıb rahatlayandan sonra birlikdə hansı həll yollarının mümkün olduğunu düşünmək və həmən ilk addım nədirsə, hərəkətə keçmək lazımdır.
İndi adını xatırlamıram, amma bir ədibin yaxşı bir sözünü gənc vaxtlarımdan yadımda saxlamışdım: “Daim gülən insanlarla yaxşı davranın, onlar hər-hansı bir yerdə tək olduqda ağlayırlar”. Yəqin ki, cümləni düz xatırlayıram, amma məğzi bu formada idi. Odur ki, əziz dostlar, mənə görə səmimi səhv, qeyri-səmimi düzdən daha faydalıdır.
Sizin də bu mövzuda fikirlərinizi bilmək maraqlı olardı. Yazın, müzakirə edək!
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 471 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

𝐓𝐨𝐤𝐬𝐢𝐤 𝐩𝐨𝐳𝐢𝐭𝐢𝐯𝐥𝐢𝐤 𝐧𝐞𝐪𝐚𝐭𝐢𝐯 𝐞𝐦𝐨𝐬𝐢𝐲𝐚 𝐯ə 𝐭ə𝐜𝐫𝐮̈𝐛ə𝐥ə𝐫𝐢 𝐢𝐧𝐬𝐚𝐧ı𝐧 𝐦ə𝐪𝐬ə𝐝𝐥𝐢 𝐬̧ə𝐤𝐢𝐥𝐝ə 𝐨̈𝐳𝐮̈𝐧𝐝ə𝐧 𝐮𝐳𝐚𝐪𝐥𝐚𝐬̧𝐝ı𝐫𝐦𝐚𝐬ı, 𝐨𝐧𝐚 𝐪𝐚𝐫𝐬̧ı 𝐦𝐮̈𝐛𝐚𝐫𝐢𝐳ə 𝐚𝐩𝐚𝐫𝐦𝐚𝐬ı 𝐯ə 𝐲𝐚 𝐢𝐧𝐤𝐚𝐫 𝐞𝐭𝐦ə𝐬𝐢𝐝𝐢𝐫.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Əsl oxucu kimdir?

Bir dəfə ala itdən məşhur dostum Teymur paşa, mən, Nurlan və xətrini çox istədiyim dostumuz yazıçı Seymur Baycan ilə maşınla Qaxa istirahətə getmişdik. Yol uzun, həmsöhbətlər maraqlı, mövzular da nə

Münasibət 0 Comments

Milli Klaviatura Qüvvələri

Yazının adı şəxsi təxəyyülüm deyil, bəri başdan deyim 🙂 Facebookda aidiyyatı şəkil ilə birgə görmüşdüm haçansa. Yadımda da elə qalıb, kim deyibsə, gözəl deyib. Çoxdan idi facebookdakı insan tipləri haqqında

Münasibət 0 Comments

Antenn Fm-də “Deməyi Sizdən” verilişinin qonağı olduq

Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın