Azərbaycanda online alış-veriş reallıqları (Marketing AİR 5, 50/50 komandasının araşdırması)
Bu günkü yazımda Sizə Marketing AİR 5-in üzvlərindən ibarət 50/50 komandasının hazırladığı maraqlı bir araşdırmanın təqdimatını paylaşacam. Əvvəla mövzuya gəlməmişdən öncə məlumat verim ki, Marketing AİR olaraq artıq 3 ildə 6-cı dəfə fərqli sektordan olan menecer və tələbələrlə seminarlar təşkil edirik. İndiyədək bu təlimlərdə 300-dən çox iştirakçı olub ki, onların 90%-dən çoxu hal-hazırda Azərbaycanın öncül şirkətlərində çalışmaqdadırlar. Bu AİR təsisçilərini həddən artıq çox sevindirir. Biz sevinirik ki, 3 ildir hər kəsə sərfəli, demək olar ki, “pulsuz” olan təlimlərimizdə paylaşdıqlarımızla ətrafımıza faydalı ola bilirik. Bu gün Marketing AİR 1-dən tutmuş 6-dək hər kəsi birləşdirən bir güc var ki, o da bütün məzunlar arasında sıx dostluq, iş münasibətlərinin yaranmasıdır. Əgər fikir vermisinizsə, Azərbaycanda keçirilən istənilən marketinq aktivliklərində ən aktiv iştirakçılar da elə Marketing AİR məzunları olur. Bu baxımdan Anar və Ilkin müəllimləri səmimi qəlbdən təbrik edirəm.
Yazının məqsədinə gəldikdə isə biz hər AİR təlimində ən az 2 dəfə bütün üzvlər arasında fərqli formada yarışlar təşkil edirik. Bunlardan birini isə AİR 5 zamanında təşkil etdik. Format belə idi ki, bütün heyət 4 qrupa bölünür və hər qrup bir mövzunun müsbət və mənfi tərəflərini araşdırmağı üzərinə götürür. Qruplar ilk mərhələdə təqdimatları digər qrup üzvlərinə edirlər və qiymətləndirməni də yerdə qalan qrüp üzvləri edir. Bu mərhələdə ən az bal toplayan 2 komanda oyunu tərk edir. İkinci mərhələdə isə finala çıxan 2 komandaya yeni mövzu verilir. Və bu dəfə onlar hazırladıqları təqdimatı artıq AİR-ə edirlər. Qiymətləndirmə də onlar tərəfindən aparılır. Aşağıdakı təqdimatda həmin yarışlarda diqqətimi ən çox çəkən, çəkilən zəhməti çox yüksək qiymətləndirdiyim bir təqdimatı görə bilərsiniz. Özlərinə də söz vermişdim ki, bu təqdimatı bir gün öz bloqumda paylaşacam və o gün bu gün imiş. Düzdü bir az gec oldu, amma eybi yox 🙂 Beləliklə, əziz oxucular, “Azərbaycanda online alış-veriş reallıqları, müsbət və mənfi cəhətləri” mövzusunda olan AİR 5-dən “50/50” komandasının hazırladığı təqdimat-araşdırmadan hər kəsi yararlanmağa dəvət edirəm. Və bildirmək istəyirik ki, mən də, Anar və İlkin müəllim də 50/50 komandasının timsalında bütün Marketing AİR üzvləri fəxr edirik. Yaxşı ki, varsınız, həyatımıza rəng qatmısınız və qatırsınız.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
DMC2017 spikerlərinin reytinqi
DMC2017-dən az qala bir ay keçir. Heç cür yorğunluğunu üzərimizdən atmamış daha bir forum hazırlıqlarına girmişik. Bu da bu ilin fevral ayında 2-cisi keçiriləcək Satışı Forumudur. MMF2017-də tələsik də olsa,
Marketinq Azərbaycan qrupu üzvləri hansı növ şirkətləri təmsil edir?
Yəqin xatırlayırsınız ki, ötən aylarda biz Azərbaycanın marketinq sferasında ən böyük qapalı qrupu olan Marketinq Azərbaycan qrupuna aid statistik yazılar yayımladıq. Onlardan birincisi Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına
70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!
Nəhayət, araşdırmamızın ən maraqlı hissəsinə, Azərbaycan bazarı ilə əlaqədar hissəsinə çatdıq. Bundan öncə dünya bazarı ilə əlaqədar yazını kimsə oxumayıbsa, buyurub oxuya bilər – Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları.

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun