Azərbaycanda online alış-veriş reallıqları (Marketing AİR 5, 50/50 komandasının araşdırması)

Azərbaycanda online alış-veriş reallıqları (Marketing AİR 5, 50/50 komandasının araşdırması)

Bu günkü yazımda Sizə Marketing AİR 5-in üzvlərindən ibarət 50/50 komandasının hazırladığı maraqlı bir araşdırmanın təqdimatını paylaşacam.  Əvvəla mövzuya gəlməmişdən öncə məlumat verim ki, Marketing AİR olaraq artıq 3 ildə 6-cı dəfə fərqli sektordan olan menecer və tələbələrlə seminarlar təşkil edirik. İndiyədək bu təlimlərdə 300-dən çox iştirakçı olub ki, onların 90%-dən çoxu hal-hazırda Azərbaycanın öncül şirkətlərində çalışmaqdadırlar. Bu AİR təsisçilərini həddən artıq çox sevindirir. Biz sevinirik ki, 3 ildir hər kəsə sərfəli, demək olar ki, “pulsuz” olan təlimlərimizdə paylaşdıqlarımızla ətrafımıza faydalı ola bilirik. Bu gün Marketing AİR 1-dən tutmuş 6-dək hər kəsi birləşdirən bir güc var ki, o da bütün məzunlar arasında sıx dostluq, iş münasibətlərinin yaranmasıdır. Əgər fikir vermisinizsə, Azərbaycanda keçirilən istənilən marketinq aktivliklərində ən aktiv iştirakçılar da elə Marketing AİR məzunları olur. Bu baxımdan AnarIlkin müəllimləri səmimi qəlbdən təbrik edirəm.

Yazının məqsədinə gəldikdə isə biz hər AİR təlimində ən az 2 dəfə bütün üzvlər arasında fərqli formada yarışlar təşkil edirik. Bunlardan birini isə AİR 5 zamanında təşkil etdik. Format belə idi ki, bütün heyət 4 qrupa bölünür və hər qrup bir mövzunun müsbət və mənfi tərəflərini araşdırmağı üzərinə götürür. Qruplar ilk mərhələdə təqdimatları digər qrup üzvlərinə edirlər və qiymətləndirməni də yerdə qalan qrüp üzvləri edir. Bu mərhələdə ən az bal toplayan 2 komanda oyunu tərk edir. İkinci mərhələdə isə finala çıxan 2 komandaya yeni mövzu verilir. Və bu dəfə onlar hazırladıqları təqdimatı artıq AİR-ə edirlər. Qiymətləndirmə də onlar tərəfindən aparılır. Aşağıdakı təqdimatda həmin yarışlarda diqqətimi ən çox çəkən, çəkilən zəhməti çox yüksək qiymətləndirdiyim bir təqdimatı görə bilərsiniz. Özlərinə də söz vermişdim ki, bu təqdimatı bir gün öz bloqumda paylaşacam və o gün bu gün imiş. Düzdü bir az gec oldu, amma eybi yox 🙂 Beləliklə, əziz oxucular, “Azərbaycanda online alış-veriş reallıqları, müsbət və mənfi cəhətləri” mövzusunda olan AİR 5-dən “50/50” komandasının hazırladığı təqdimat-araşdırmadan hər kəsi yararlanmağa dəvət edirəm. Və bildirmək istəyirik ki, mən də, Anar və İlkin müəllim də 50/50 komandasının timsalında bütün Marketing AİR üzvləri fəxr edirik. Yaxşı ki, varsınız, həyatımıza rəng qatmısınız və qatırsınız.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 499 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Ətiri hansı mağazadan alırsınız?

Mart ümumən bayramlar ayıdır. Nəinki əhval-ruhiyyələr, il özü də təzələnir. Mart həm də yorucu qışdan sonra aktivliyin artması baxımından çox mühüm bir aydır. Marketinq nöqteyi-nəzərindən də mart istehlakçı davranışlarının daha

Marketinq 0 Comments

Kinoteatr – effektiv direkt marketinq kommunikasiya vasitəsi kimi

Bildiyimiz kimi böhran ailə büdcəsinə ciddi təsir etdiyindən bir çox sahələrdə güclü şəkildə ixtisarlar başlayır. Ailə büdcəsinin ilk qənaəti məhz əyləncə sferası olur. Əgər hansısa fərd və ya ailə ayda

Marketinq 0 Comments

Marketinq Azərbaycan qrupu üzvlərinin bitirdiyi universitetlər (II yazı)

Dostlar, nəhayət 11000-lik qrupumuzun üzvlərinin universitetlər üzrə təhlilini də bitirdik. İlk yazıda isə üzvlərin yaş aralığı və cinsinə görə statistikasını paylaşmışdıq. Beləliklə, oradan başlayaq ki, qrup üzvlərinin 53%-nin profilindəki təhsil

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın