“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində

“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində

Əziz dostlar, bu il ilk dəfə olaraq Azərbaycanda “Buktreyler Festivalı” keçiriləcək. Festivalın saytı – www.booktrailer.az, facebook səhifəsilə isə bu linkdən tanış ola bilərsiniz – https://www.facebook.com/BooktrailerFest . Festival Beynəlxalq Kitab Günündə, yəni 23 aprel 2016-cı il tarixində keçiriləcək. İlk 3 yerin qalibi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılacaq. 

Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda “Bugünün Marketinqi” kitabı da iştirak edir.

 Buktreyler nədir?

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.

Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Ötən görüşlərimizin birində Toğrul bəy öz təşəbbüsü ilə bizim “Bugünün Marketinqi” kitabını həmin müsabiqəyə təqdim edib. Müsabiqənin yuxarıda yazılan şərtinə görə kitabın mahiyyəti vizuallaşdırılır. Qısa metrajlı (4 dəqiqəlik) video çarx hazırlanır. Kitabımız üçün də artıq belə bir çarx hazırlanıb və müsabiqəyə təqdim edilib. Hərçənd ki, bundan ən son anda xəbər tutdum, amma xoş oldu. Aşağıda Sizə həmin treyleri təqdim edirəm. Ümumiyyətlə seçim münsiflər vasitəsilə aparılır. Treylerin özündə kitabın zibil yeşiyindən tapılması ideyasını çox da bəyənməsəm də məqsədin çatdırılması üsulunu bəyəndim. Buyurun, baxın, Siz də fikrinizi deyin. Yer tutmaq o qədər də önəmli deyil, amma faydalı olmaq üçün çəkilən zəhməti alqışlamaq lazımdır.

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda "Bugünün Marketinqi" kitabı da iştirak edir.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

II Satış Forumu – #SAT2018

3 gün sonra Bakıda II Satış Forumu keçiriləcək. Bu il forum Pullman oteldə 24 fevral tarixində keçiriləcək. Bu o deməkdir ki, ilk satış forumundan fərqli olaraq bu dəfə auditoriyamız daha

Tədbirlər 0 Comments

“Bugünün Marketinqi 2″də SƏN də YAZ

Dostlar, bilirsiniz ki, keçən il DMC2015 günü, 31 oktyabrda biz maraqlı bir yeniliyə imza atdıq. Hər kəsin bol-bol tənqid etdiyi yazarlarımızın yazılarını bir araya gətirib 440 səhifəlik kitab halına saldıq.

Tədbirlər 0 Comments

DMC2016-da açılış nitqim və MMF2013-ə xatirə keçidi

DMC2016 artıq 20 gün olur ki, bitib. Avqust ayından aktiv PR işlərinə başlamışdıq. 20 gündür bitməsinə baxmayaraq hələ dekabarın 25-dək təşkilati komandanın iş planı var. ARB TV-dən bütün videoların ilkin

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın