“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində
Əziz dostlar, bu il ilk dəfə olaraq Azərbaycanda “Buktreyler Festivalı” keçiriləcək. Festivalın saytı – www.booktrailer.az, facebook səhifəsilə isə bu linkdən tanış ola bilərsiniz – https://www.facebook.com/BooktrailerFest . Festival Beynəlxalq Kitab Günündə, yəni 23 aprel 2016-cı il tarixində keçiriləcək. İlk 3 yerin qalibi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılacaq.
Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda “Bugünün Marketinqi” kitabı da iştirak edir.
Buktreyler nədir?
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.
Festivalın məqsədləri:
- kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
- mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
- kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
- buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.
Ötən görüşlərimizin birində Toğrul bəy öz təşəbbüsü ilə bizim “Bugünün Marketinqi” kitabını həmin müsabiqəyə təqdim edib. Müsabiqənin yuxarıda yazılan şərtinə görə kitabın mahiyyəti vizuallaşdırılır. Qısa metrajlı (4 dəqiqəlik) video çarx hazırlanır. Kitabımız üçün də artıq belə bir çarx hazırlanıb və müsabiqəyə təqdim edilib. Hərçənd ki, bundan ən son anda xəbər tutdum, amma xoş oldu. Aşağıda Sizə həmin treyleri təqdim edirəm. Ümumiyyətlə seçim münsiflər vasitəsilə aparılır. Treylerin özündə kitabın zibil yeşiyindən tapılması ideyasını çox da bəyənməsəm də məqsədin çatdırılması üsulunu bəyəndim. Buyurun, baxın, Siz də fikrinizi deyin. Yer tutmaq o qədər də önəmli deyil, amma faydalı olmaq üçün çəkilən zəhməti alqışlamaq lazımdır.
Yazar haqqında
Editor review
Summary
Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda "Bugünün Marketinqi" kitabı da iştirak edir.
Həmçinin oxuya bilərsiniz
FIF2017-də iştirak edən 200 şirkətin siyahısı
Əziz dostlar, bildiyiniz kimi 06 may tarixində 420 nəfərin iştirakı ilə Bakıda Maliyyə və İnvestisiya Forumu keçirildi. (FIF2017) Forumun spikerlərinin videoları artıq hissə-hissə rəsmi facebook səhifəmizə yüklənməkdədir. Buradan Siz spikerlərin
Marketing AİR 12 başladı
Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂
Milli Marketinq Forumu 2019 haqqında ARB24 TV “Gündəm” verilişində
Bu il 7-ci dəfə keçirilən Milli Marketinq Forumu 2019 haqqında tədbirimizin media tərəfdaşı olan ARB24 TV-nin “Gündəm”verilişinin qonağı olduq. Aşağıda Sizə həmin verilişin tam video yazısını təqdim edirəm. Facebook Comments

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun