II Maliyyə və İnvestisiya Forumu nəticələri
Dostlar, 05 may tarixində II Maliyyə və İnvestisiya Forumunu keçirdik. Bu mənim təşkilatçılıq təcrübəmdə 12-ci forum idi. Elə həmin ayın sonu, yəni may ayının 25-26-sı həm də 6-cı Milli Marketinq Forumunu keçirmək bizə nəsib oldu. Çox sevinirəm ki, ölkədə marketinq və maliyyə sahəsində öz sözünü demiş Milli Marketinq Forumu, Satış Forumu, Rəqəmsal Marketinq Forumu və Maliyyə və İnvestisiya Forumunun təşkilatçılığında varam və biz komanda şəklində illərdir bu həyəcanı itirmirik.
FIF2018 facebook səhifəsində biz artıq bütün çıxışları yayımlamışıq. Mən Sizə ümumi forumdan qısa video xülasəni bir daha aşağıda təqdim edim. Artıq forumdan bir aydan çox vaxt keçir və biz hələ də aktiv şəkildə fif-in facebook səhifəsində paylaşımlar edirik.
Bu il spikerlərimiz də çox güclü spikerlər idi. Təxminən 70-ə yaxın yerli və xarici media forumun aktiv PR-nın getdiyi 3 ay boyunca bizi işıqlandırdı. Bir neçə dəfə tərəfdaşımız ASAN Radio-nun qonağı olduq.
Fürsətdən istifadə edib FIF təşkilati komandasına dərin təşəkkürlərimi bildirirəm. Biz hər il bir öncəki ildən daha faydalı və daha sistemli şəkildə bu məsələyə yanaşırıq və burada komandamızın rolu danılmazdır. Eyni zamanda təsisçilərimizə də zəhmətlərinə görə böyük təşəkkür düşür.
FIF2018 facebook səhifəsi aktivlik nəticələri
İlk öncə qeyd edim 30-dan çox yerli media partnyorumuz, forum günü çəkiliş edən 4 televiziya kanalı, Asan Radio vasitəsilə demək olar ki, ölkədaxili tanıtım kifayət qədər yüksək oldu. Bununla belə sosial mediada, instagram və linkedin hesablarımız da aktiv şəkildə idarə edilirdi. Əsas aktivliklərimizi isə facebook səhifəmiz üzərindən edirdik. Aşağıda Sizə facebook səhifəmiz üzrə bəzi maraqlı statistikaları paylaşmaq istərdim:
- FIF2018-ə aktiv başladığımız andan bu ana qədər 1070 yeni izləyici, toplam 3912.
- 05 may forumun keçirildiyi tarixdə 1245 adam səhifədə aktiv şəkildə iştirak edib. Toplam 3 ay ərzində isə orta gündəlik 225 adam aktiv olub. Qeyd edim ki, FIF fb səhifəsi üçün fan sayının artırılmasına ilk gündən reklam qoyulmayıb, bütün izləyicilər orqanik şəkildə yığılıb. Orta aylıq 3501 adam səhifədə aktiv olub. Forumun keçirildiyi günlərdə isə orta gündəlik 8000-ə çatıb.
- Forum ərəfəsi 1 ayda orta gündəlik 16000 insan, orta aylıq isə toplam orta aylıq isə 45000 insana çatmışıq (reach) Forum günlərində isə son 1 həftədə 110 000 insan bu və ya digər formada paylaşımlarımızı görüb.
- Ümumən son 3 ay ərzində 417901 istifadəçi tərəfindən paylaşımlarımız görülüb. (total impression)
- Səhifədə paylaşılan videoların ümumi baxış sayı 53594-dür.22000 unikal insan yəni 53594 video baxış edib.
- Səhifənin izləyiciləri əsasən 25-34 yaş aralığıdır. Ümumilikdə 52 ölkə, 90 şəhərdən son 3 ay ərzində aktivlik qeydə alınıb.
Növbəti bloq yazısında isə Sizinlə FIF2018 iştirakçı şirkətlərin siyahısını payalaşacam. Bu arada FIF-lə bağlı bütün videoları bir platformada izləmək istəyirsizsə, bunun iki yolu var:
- Facemark.az – ın youtube kanalındakı FIF playlistindən – link
- FMR TV kanalımızdan FIF və digər bütün forumlarımızın videolarını izləyə bilərsiniz.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketerlər “Mümkünsüzü” mümkün etdi
Artıq bir müddətdir ki, ən aktiv marketinq qruplarından olan Marketinq Azərbaycan-da belə bir dəvət yayılmışdı. 27 fevral tarixində qrup üzvü olan hər kəs təmənnasız şəkildə bir yerdə 28 Cinema-da kinoya
FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı
FIF2017-də II panel də öz rəngarəng çıxışları ilə yadda qaldı. Xüsusilə KPMG Azərbaycanın İdarəedici Partnyoru Vüqar bəyin moderatorluq xüsusiyyətləri çox yüksək səviyyədə idi. Vüqar bəy özü çox məşğul insandır, eyni
DMC2016 spikerləri ilə “gələcəyə gəl”i müzakirə etdik
Bugün digital aləm hər an dəyişir, hər an yeni nəsə əlavə olunur. Biznes dünyası bəzən bu yenilikləri tətbiq edəcək elastikliyə, operativliyə sahib olmur. Və ya trendlər çox sonra gəlib bizə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun