FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı
FIF2017-də II panel də öz rəngarəng çıxışları ilə yadda qaldı. Xüsusilə KPMG Azərbaycanın İdarəedici Partnyoru Vüqar bəyin moderatorluq xüsusiyyətləri çox yüksək səviyyədə idi. Vüqar bəy özü çox məşğul insandır, eyni zamanda ölkədə az-az olur, amma buna baxmayaraq bir neçə səfərini təxirə salıb tədbirimizdə iştirak etdi. Fürsətdən istifadə edib Vüqar bəyə bir daha təşəkkür edirəm.
PMD Group-dan Fərid Musayevi isə hələ Modern Holdinqdə olarkən tanıyırdım, daha doğrsu eşitmişdim. Onu tanıyan hər kəs şəxsi və intellektual bacarıqlarının çox yüksək olmasını bildirirdi. Bizim forumda da çox faydalı çıxışı ilə yadda qaldı. Azərbaycanda Private Equity & Venture Capital Ekosistemi haqqında danışdı. Fuad Kərimov Kapital Bazarı Klubu, İnvestAz-dan Orxan Bağırov Borc Alətləri Bazarı, Azersun Holdinqdən Uğur bəy Sığorta şirkətlərinin Azərbaycanın Maliyyə Bazarındakı Rolu mövzusunda çıxış etdilər.
Bu videolara baxdıqca yeni-yeni maliyyə sektoruna daxil olan menecerlərə müsbət mənada paxıllığım tutur. Biz universitetdə oxuyanda ancaq xarici youtube linklərindən olan və bizim bazara o qədər də aid olmayan məlumatlarla tanış olurduq. İndi isə sektorun ən professional mütəxəssislərindən birbaşa faydalı, praktik məlumatlar əldə etmək mümkündür. Biletin bahalığından şikayətlənənlər üçün də youtube-a bütün çıxışları yükləmişik, daha bundan artıq nə olsun? 🙂 Baxaq, faydalanaq.
Aşağıda Sizə II panelin bütün çıxışlarını, eyni zamanda çox maraqlı keçən sual-cavab bölümünü təqdim edirəm.
Yazar haqqında
Editor review
Summary
FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı
Həmçinin oxuya bilərsiniz
II Satış Forumu – #SAT2018
3 gün sonra Bakıda II Satış Forumu keçiriləcək. Bu il forum Pullman oteldə 24 fevral tarixində keçiriləcək. Bu o deməkdir ki, ilk satış forumundan fərqli olaraq bu dəfə auditoriyamız daha
Digitalda da AIR havası
Dostlar, bilirsiniz ki, artıq 4 ildir ki, Marketing AİR təlimləri keçirilir. Oktyabr ayından isə 9-cu belə praktik marketinq təlimləri start götürəcək və 2 ay boyunca davam edəcək. Bu dəfəki konseptimiz
3 sentyabrda niyə #yigishiriq ?
Səbəbkarı tanıyaq. Marketinq Azərbaycan qrupunun yaranmasının 2 ili tamam olur. Bu münasibətlə 03 sentyabr Dəmirçi Plaza 25-ci mərtəbədə qrupun 2 illiyini qeyd edəcəyik. Qrupun yaranmasının tarixçəsi barədə daha əvvəllər bir

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun