İlham Ali Yusif “Böhrandan Yeni Dövrana” kitabı haqqında
Bu gün həmkarımız İlham bəy özünün video bloqunda “Böhrandan Yeni Dövrana” kitabı haqqında danışıb. Elə indicə 8 dəqiqəlik videonu izlədim. Kitabı oxumaq istəyənlərçün qısa vaxtda çox maraqlı izah edib İlham bəy. Ümumiyyətlə, Siz də bilirsiniz ki, video günümüzün trendidir. İnsanlar get-gedə təmbəlləşir və bu biznes üçün yeni imkanlar açır. Buna təmbəllik yox, zamanın effektiv idarəsi də demək olar. Siz məhsul və xidmətinizlə insanların vaxtını maksimum daha az almağa çalışmalısınız. Xatırlayırsınızsa, mən kitab haqqında daha uzun yazmışdım. Düşünürəm ki, o yazını 8 dəqiqəlik video da rahat əvəz edə bilər. Təbii ki, oxumağı xüsusi sevən adamlar da var. Aşağıda Sizə İlham bəyin video bloqunu təqdim edirəm. Və kitaba verdiyi şərhlər üçün İlham bəyə təşəkkürlərimi bu bloq vasitəsilə çatdırıram.
Yazar haqqında
Editor review
Summary
Bu gün həmkarımız İlham bəy özünün video bloqunda "Böhrandan Yeni Dövrana" kitabı haqqında danışıb.
Həmçinin oxuya bilərsiniz
Endirim vermək haqqında 5 qayda
Azərbaycanda necə ki, marketinq deyəndə ilk ağla gələn söz reklamdırsa, eləcə də reklam deyəndə müştərinin ağlında ilk formalaşan fikirlərdən biri də “endirim”dir. Endirim bizə digər millətlərdən daha yaxın sözdür. Çünki
Yeni trendlər və Rosskomnadzor
Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya
Məhsul yerləşdirmədə buraxılan səhvlər
Son günlər Azərbaycanda baxdığım bir neçə veriliş, serialdan sonra bu yazını yazmaq qərarına gəldim. Marketoloqlar üçün çox yaxın bir mövzudur, eyni zamanda televiziyalarımız, reklam verən və alan tərəflər üçün də

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun