Yeni trendlər və Rosskomnadzor

Yeni trendlər və Rosskomnadzor

Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya qarşı aqressivlik. Bilmirəm, bəlkə də, emosiyalarını gizlədə bilmirlər deyə kənardan elə görünür. Bəlkə qərbdə də bu cür aqressiv “rəqabət” aparırlar, amma bunu emosional formada etmirlər. Nəticədə də daha sivil görünürlər. Məsələn, xəbər xronikalarına baxaq.

Bayaq oxuyuram ki, Amazon google və facebook-un reklam hegemoniyasına meydan oxuyaraq 2019-cu ildə öz reklam platformasını çıxaracaq. Buna qədər isə özünün film və serial istehsal edəcəyini açıqlamışdı. Şirkətdən bildiriblər ki, əgər google və facebook sadəcə “təxmin” edirlərsə ki, müştərinin nə xoşuna gəlir, nəyi ala bilər və s. amma Amazon google və facebook alqoritmlərindən fərqli olaraq müştərilərin konkret nəyi aldığını dəqiq bilir. Yaxın hədəflərində dünya elektron ticarət dövriyyəsinin yarısına sahib olmaq da var (2019).

Bu xəbərdən sonra keçirsən Rusiya xəbərlərinə və baxırsan ki, dünyanın bir çox şirkətləri Vkontakte-ni pirat şəkildə musiqi və kinolardan istifadəyə görə bloklayır. Rusiyanın özündə də hamı qeyd edir ki, Vkontakte-dən məhz bu məqsədlə istifadə edirlər. Lap bizim yerli əyləncə saytlarına oxşadı. Yerli bazarda biz liderik deyib reklam cəlb edirlər. Amma xarici bazarda pirat paylaşımlara görə çoxusu bloklanıb. Leqal oyun qaydalarına əməl etmədikcə qlobal brendlərimiz də çıxmayacaq.

Facebook artıq istifadəçilərin offline hərəkətlərinə əsasən də targeting (hədəfləmə) edə biləcək. Look-alike auditoriyaları seçməklə Siz istifadəçilərin hər hansı bir mağaza ziyarətinə, mağazada alış-veriş etməsinə və s. n qədər facebookun haqqımızda bildiyi məlumatlara əsasən reklam qoya biləcəksiniz.

Digər tərəfdən də oxuyuruq ki, Rusiyanın “Zolotoya Korona” şirkəti 2005-ci ildə facebook.ru domenini alıb və hələ də yiyəsinə qaytarmır. Facebook son şans olaraq 30 sentyabra kimi vaxt qoymuşdu ki, brendimi özümə qaytarın 🙂 Şirkət də iddia edir ki, facebook Rusiyaya 2008-ci ildə girib, biz isə domeni 2005-də almışıq. Başa da düşmürsən ki, rus şirkəti niyə belə dirəniş göstərir. Və ya başqa tərəfdən oxuyursan ki, 2018-ci ilə bəzi şərtləri yerinə yetirməsələr 2018-ci ildə facebooku Rusiyada qadağan edə bilərlər. Linkedin də onsuz bağlıdır.

Başqa bir xəbər. Bu yaxınlarda Alman şirkəti Rusiyanın “ГАЗ” avtomobilinin yeni seriya üçün eskizinin plagiat olması xəbərini yayıb. Alman şirkətinin rusəsilli sahibi şirkətlə yazışmalarını və eskizləri mediaya təqdim edib və məlum olub ki, həqiqətən də ruslar icazəsiz olaraq eskizdən istifadə ediblər.

Yenə keçirsən Rusiya tərəfə və görürsən ki, bu dəfə də Slideshare – təqdimatların yayımlanması üzrə ən məşhur platformanı məhkəmə qərarı ilə bağlayıblar. Səbəb də orada radikal islama çağırış edən hansısa təqdimat olub. Qeyd edək ki, Slideshare platforması Linkedin-indir. Ona görə də “bəhanə” tapmaq elə də çətin olmayıb 🙂

Yeni trendlərə qarşı trendlə cavab verə bilməyəndə administrativ üsullarla “mübarizə” aparırlar. Texnologiyanı izləyirsənsə (follower) heç vaxt “trend setter” (trend yaradan) ola bilməyəcəksən. Amma ola bilməyəndə də aqressivlik göstərmək istər bir şirkətə, istər bir dövlətə qlobal rəğbət qazandırmır.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Rusiyanın yeni texnologiya ilə "ayaqlaşmasını" izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər.

Həmçinin oxuya bilərsiniz

Digital 0 Comments

Email Marketinq Strategiyasının dörd əsas elementi

Əgər siz öz biznesinizin marketinqini yaxşı inkişaf etdirmək və bu sahədə böyük uğurlar qazanmaq istəyisinzisə, siz online marketinqdən istifadə etməyə məcbursunuz. İndiki dövrdə hər kəs emaildən istifadə edir. Çünki hər

Reklam 0 Comments

Marketoloq ucuz və keyfiyyət arasında qalarsa

Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım

Araşdırma 0 Comments

Şirə bazarı haqqında nələri bilməliyik?

Bugün bazarda xeyli sayda yerli və xarici meyvə şirəsi brendləri var. Devalvasiyadan sonra isə yerli brendlərimizin sayı nisbətən çoxaldı, eyni zamanda mövcud brendlərimiz bir sıra imic və keyfiyyət dəyişiklikləri etdilər.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın