Email Marketinq Strategiyasının dörd əsas elementi
Email Marketinq yanaşması dedikdə nə başa düşülür?
Sizin marketinq yanaşmanız sizin və sizin müştərilərin bütün suallarına cavab verəcək bir şəkildə olmalı və bu maili nəyə görə yolladığınız aydın şəkildə bilinməlidir.
Nəyə görə. Sizin email vasitəsi ilə göndərdiyiniz reklamın əvvəlində bunu nəyə görə yolladığınız yazılmalıdır. Bu maili yollamaqla siz nəyi bildirmək və hansı məqsədinizi həyata keçirmək istəyirsiniz? Bu cür mailləri göndərməyin bir çox səbəbi ola bilər. Bir çox reklam xarakterli maillərdə başlığın qoyulmamasının şahidi olmuşam. Əminliklə deyə bilərəm ki, bu cür edən şirkətlər elə ilk başdan uduzmuş hesab oluna bilərlər. Demək istədiyi şeyə ad qoymayanı kim oxumaq istəyər ki?! E-maillərə qısa konkret ad qoyulmalı, məqsəd isə e-mailin içində dolayı deyil, daha net formada izah olunmalıdır. Nəzərə alın ki, onu oxuyanın kifayət qədər vaxtı olmaya bilər.
Nə zaman. Bu mailləri müştərilərə nə zaman və necə göndərmək lazımdır və prespektivləri unutmaq lazım deyil, çünki bu sizin göndərəcəyiniz mailin əsas hissəsidir. Siz öz yeni xəbərlərinizi hər həftəmi göndərəcəksiniz? Yeni və nadir mallar haqqında elan yollayacayacaqsınızmı? Siz qarantiyanın bitməsi barədə və ya hər hanısısa illik hadisələr barədə məlumatı email vasitəsi ilə müştərilərə göndərəcəksinizmi? Mailləri göndərərkən çalışmaq lazımdır ki, bu iş vaxtına təsadüf etsin. Lakin bunu da qanun kimi qəbul etmək olmaz. Burada hər şey reklam olunan məhsuldan asılıdır. Reklamda məqsəd onu görən anda o məhsula istək yaratmaqdır həm də. Əgər məqsəd Sizin məhsulu işdən sonra görmək və görən anda istək yaradıb əldə etməyə sövq etməkdirsə, o zaman, məsələn, 18:00-dan sonra göndərmək olar. Bundan ən çox internet üzərindən satış edən şirkətlər istifadə edirlər. Digər bir mühüm məsələ isə e-maillərdə avtomatik imtina sisteminin olmasıdır. Əgər bu Sizdə yoxdursa, bir an öncə bunu da əlavə etsəniz yaxşı olar. Bu müştərinizin fikrinə dəyər verdiyinizi göstərmiş olar. E-mail mətni özü isə çox səliqəli olmalıdır. Bəzən mən bir e-maildə 5 cür müxtəlif rəngdə yazılmış maillər, qrammatik səhvlərlə dolu və yazı qaydaları gözlənilmədən yazılmış mətnlərə rast gəlirəm və təbii ki, oxumadan silirəm. Toplu olaraq göndərdiyiniz maillərdə geri cavablar da ala bilərsiniz, bu halda çox operativ olmaq lazım gəlir, gec cavablandırma müştərinin itirilməsinə səbəb ola bilər. E-mail göndərilməsindən sonra onun statistikası da çox önəmlidir. Xüsusi proqramlar vasitəsilə nə qədər mailin oxunduğunu, nə qədərinin çatıb-çatmadığı, imtina sayı, oxunmadan silinmə sayı və s. kimi parametrləri bilmək olur. Bu gələcək proqnozlaşdırma və təhlil üçün faydalı ola bilər.
Kim. Email vasitəsi ilə göndərilən hər bir reklamın özünə məxsus yanaşması olmalıdır. Siz yeni əməkdaşlıq etdiyiniz şirkətlər haqqında xəbərləri göndərəcksinizmi? Hansı tezliklə? Saytınızda yerlədirdiyiniz yeni xəbərlər və yenilklər haqqında müştərilərə link yollayacqsınızmı? Xüsusi dəvətlər tərtib edib onları müştərilərə yollayacaqsınızmı? Müştərilərə hanısısa əlavə xidmət vasitələri haqqında məlumat yollayacqsınızmı?
Online marketinqdən istifadə etməyin əsas məqsədi öz servis və məhsulunu satmaq, müştəriləri həmin məhuslu almağa inandırmaq, yeni istehsal olunmuş məhsulu satdıqdan sonra da öz yüksək reytinqini saxlamaq və müştərilər gələn alış – verişdən və ya servis xidmətindən razı qalacağına əmin olmaqdır.
Sizin göndərdiyiniz maillər bildirməlidir ki, siz hər bir muştərinizə xüsusi qayğı göstərir və hər birinə ayrı – ayrılıqda hörmət edirsiz. Və heç vaxt Con Makkinin sözlərini yaddan çıxarmayın: “insanların sizin məhsulu almağa olan seçiminin 70%-ni sizin onlara qarşı münasibətiniz yaradır”.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Yeni trendlər və Rosskomnadzor
Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya
İnternet media gəlirliliyi və milli brendlərimizin sosial şəbəkə aktivlikləri – video
13 iyun tarixində Region TV-nin “Media Radar” verilişinin qonağı idik. Dostumuz İsmayıl Həsənovun aparıcılığı ilə təxminən yarım saat ərzində ölkəmizdə internet reklamları, internet saytlar, milli brendlərimizin sosial şəbəkələrdə aktivlikləri haqqında
Fil Rəqəmsal Marketinq Agentliyi – Yeni Filimiz mübarək
Noyabrda DMC2016 başa çatdı. Bu dəfə daha uğurlu alınmışdı. Artıq 2 il olacaqdı ki, Rəqəmsal Marketinq Konfransı keçirirdik. Bu sferada çalışan bütün mütəxəssisləri, şirkətləri demək olar ki, tanıyırdıq. Onlarla tez-tez
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun