Facemark.az-da video postlar seriyasına başladıq
Dostlar, bildiyiniz kimi hazırda rəqəmsal dünya daha sürətlə inkişaf edir. Digər ənənəvi medialar 2-3% civarında yaxşı halda inkişaf edirsə, rəqəmsal alətlər illik 10% civarı artım göstərir. Trend də artmağa doğru gedir. Ölkəmizdə də sosial media, rəqəmsal alətlərin istifadəsi gün-gündən artır. Sosial mediada isə video postlar bütün dünyada olduğu kimi bizdə də məşhurlaşıb, daha çox izləyici toplaya bilir.
Facemark.az olaraq biz də izləyicilərimizə daha faydalı olmaq üçün video postlar seriyasına başlamağa qərar verdik. “Belə-belə işlər” səhifəsi kimi bu işi gözəl görən səhifələr var və bizim bu işə həvəslənməmizdə onların da rolu olduğunu etiraf etməliyik. Biz isə saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq, brendlər ilə əlaqəli video postlar hazırlamaq qərarına gəldik.
Artıq bu səpkidə son 4 ay ərzində 14 video post hazırlamışıq. Aya 3 video düşür. Önümüzdəki aylarda isə aya 4, yəni həftəyə 1 video post hazırlayacağıq. Aşağıda Sizə onları bir yazı içərisində təqdim etmək istəyirəm. Ümumilikdə hazırladığımız video postları saytımızın youtube səhifəsindən və facebook səhifəsindən izləyə bilərsiniz.
P.S. Bəyənsəniz, paylaşın, hamı faydalansın.
Yazar haqqında
Editor review
Summary
Facemark.az mart ayından biznes istiqamətində video postlar seriyasına başlayıb. Artıq 14 belə video hazırdır. Öyrənmək üçün sərhəd yoxdur.
Həmçinin oxuya bilərsiniz
Statistikanın yanı…
Millətin yarısından soruşsan ki, statistika deyəndə ağlına nə gəlir, deyəcəklər ki, “astanovka”. Bəli, “statistikanın yanı” sərnişinlər, taksi və avtobus sürücüləri üçün ancaq dayanacaqdır. Halbuki, düzgün statistika biznes və cəmiyyət üçün
Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili
Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır.
Marketoloq ucuz və keyfiyyət arasında qalarsa
Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun