Təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir

Təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir

Zaman keçikdicə bir daha əmin oluram ki, ölkəmizdə köklü dəyişikliklərin təməli təhsildədir. Ondan kənarda bir çox şeyin ya altı boş olur, ya üstü natamam, böyür-başı da qeyri-müəyyən. Təhsillə bağlı son illər kifayət qədər müsbət addımları həm dövlət, həm özəl sektorda müşahidə etmək olar. Təbii ki, hələ gediləsi çox uzun yolumuz var. 

İnkişafın təməli təhsil, davamı isə təcrübədir.

Təhsilin vacibliyini, uzun müddətli “yatırım” olsa da əhəmiyyətini danmaq olmaz. Bugün təhsil sahəsində atılan addımlardan sürətli geri-dönüşlər gözləmək sadəlövhlük olardı. Təhsil nə bir gündə dağılır, nə də bir gündə formalaşır. Bugünkü mənzərə bəlkə də 30 il əvvəlin nəticəsi, bugünün işləri də 30 il sonranın təməli olacaq. Biz kökü sağlamlaşdırmasaq, üstünü nə qədər bəzəyirik bəzəyək istədiyimiz “məhsulu” ala bilməyəcəyik. Misal üçün futbolun inkişafının təməli, nə legioner məşqçi, nə də legioner oyunçudur. İnkişafın təməli uşaq futboludur – yəni təhsil. Legioner məşqçi və oyunçu DAHA çox inkişaf üçün stimul və səbəbdir. Yaxşı kadrlar aşağıdan yetişməsə, yuxarıda hər şey həm çox bahalı, həm müvəqqəti, həm ÖZÜMÜZÜN olmayacaq, həm də özümüz kimi olmayacaq.

Bugünlərdə Finlandiya, Sinqapur, Çinin təhsil sisteminə dair maraqlı araşdırmalar oxudum. Bu haqda ətraflı daha sonra ayrı bir yazı paylaşaram, amma indi diqqəti çəkmək istədiyim nöqtə təhsilin təməlinə xidmət etməyin vacibliyini göstərməkdir. 

Tezisim, çatdırmaq istədiyim qayə isə bundan ibarətdir ki; 

  • Təhsilin təməlinə xidmət üçün ilk 10-15 ildə daha çox müəllim yetişdirməliyik. 
  • Müəllim məşğulluq predmeti olmamalıdır. Say yox, keyfiyyətə işləyib lazım gəlsə tam yarısını ixtisar edib, ancaq “ələkdən keçənləri” saxlamaq və onlara da yüksək məvacib vermək lazımdır.
  • Dövlət hesabına xaricə məcburi geridönüş şərtilə, bütün növ xərcləri qarşılanmaqla gəlib müəllim işləyəcək şəxslərin göndərilməsi çox effektivdir. Onlara da rəqabətli əmək haqqı təminatı verilməlidir. 

Yuxarıdakı 3 tezisin əsaslandırılmasına keçməzdən əvvəl gəlin, hələlik internetdən tapdığım (tam dəqiq olmaya bilər) bəzi statistik məlumatlara baxaq.

Statistika – Müəllimlər;

  • Ölkədə ümumi müəllim sayı – 200 min 
  • Orta məktəbdə çalışan müəllimlər – 150 min 
  • Qadın müəllimlərin sayı – 125 min
  • Ali təhsil müəssisələrində çalışan müəllimlər – 15 min

Statistika – Şagird / Tələbə;

  • Hər il qəbul olan tələbə sayı – 50 min civarı
  • Ümumi tələbə sayı – 212 min 
  • Ümumi şagird və tələbə sayı – 1,7 milyon

Təhlil/Nəticə;

  • Ortalama 1 müəllimə 9 nəfər şagird/tələbə düşür
  • Ortalama 1 ali təhsil müəlliminə 14-15 tələbə düşür

Bugün dövlət proqramı ilə bəlkə də 20 mindən çox şəxs təhsil alıb. Onlar haqqında əminəm ki, heç doğru-düzgün statistik məlumat yoxdur. Ya yarısı qalıb xaricdə gəlməyib, bir çoxu gəlibsə, özü öz başının çarəsinə baxıb və s. Bir çoxu da böyük ehtimal dövlətdə və ya özəldə normal işdə çalışır. Sual budur ki, çalışdıqları yerdə nə qədər adam, mütəxəssis yetişdirə bilirlər. 

Gəlin indi götürək ki, dövlət hər il ölkəmizdə həvəslə ali təhsil müəssisələrində müəllim işləyəcək 5000 adamı xaricə göndərir. Bu halda nə baş verəcək;

  • İl ərzində həmin O 5000 müəllim yuxarıdakı statistika ilə il ərzində 75000 tələbəyə dərs deyəcək.
  • 4 il ərzində isə həmin müəllimlər 300 000 tələbəyə dərs demiş olacaq.

Bugün əgər bazarın tələblərinə uyğun işçi yoxdursa, təhsil tam rəqabətli işçi yetişdirə bilmirsə, ən birinci gözə görünən səbəb müəllimdir. Müəllim demək bəlkə də haqsızlıq olar, təhsil sistemidir desək, daha düz olar. Sistem keyfiyyətli müəllim yetişdirməsə, keyfiyyətli tələbə necə yetişə bilər. Qısası, qənaətim budur ki, təhsilin təməlinə xidmət etmək istəyiriksə, uzunmüddətli və qalıcı nəticələr əldə etmək istəyiriksə, müəllim yetişdirməli, müəllimi ən yüksək statusa qaldırmalı, hamı müəllim ola bilmədiyi kimi, müəllim olanlara da ən yüksək maddi və mənəvi dəyəri verməliyik. Əksi həm yolumuzu uzadacaq, bütün prosesi dar bir kəsimin (xaricdə təhsil alanlar) ətrafında cəmləşdirəcək ki, bu da gələcək üçün, şirkətlər üçün gizli riskdir. 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Zaman keçikdicə bir daha əmin oluram ki, ölkəmizdə köklü dəyişikliklərin təməli təhsildədir. Ondan kənarda bir çox şeyin ya altı boş olur, ya üstü natamam, böyür-başı da qeyri-müəyyən. Təhsillə bağlı son illər kifayət qədər müsbət addımları həm dövlət, həm özəl sektorda müşahidə etmək olar. Təbii ki, hələ gediləsi çox uzun yolumuz var. İnkişafın təməli təhsil, davamı isə təcrübədir. Təhsilin vacibliyini, uzun müddətli “yatırım” olsa da əhəmiyyətini danmaq olmaz. Bugün təhsil sahəsində atılan addımlardan sürətli geri-dönüşlər gözləmək sadəlövhlük olardı. Təhsil nə bir gündə dağılır, nə də bir gündə formalaşır. Bugünkü mənzərə bəlkə də 30 il əvvəlin nəticəsi, bugünün işləri də 30 il sonranın təməli olacaq. Biz kökü sağlamlaşdırmasaq, üstünü nə qədər bəzəyirik bəzəyək istədiyimiz “məhsulu” ala bilməyəcəyik. Misal üçün futbolun inkişafının təməli, nə legioner məşqçi, nə də legioner oyunçudur. İnkişafın təməli uşaq futboludur – yəni təhsil. Legioner məşqçi və oyunçu DAHA çox inkişaf üçün stimul və səbəbdir. Aşağıdan yetişməsə, yuxarıda hər şey həm çox bahalı, həm müvəqqəti, həm ÖZÜMÜZÜN olmayacaq, həm də özümüz kimi olmayacaq. Bugünlərdə Finlandiya, Sinqapur, Çinin təhsil sisteminə dair maraqlı araşdırmalar oxudum. Bu haqda ətraflı daha sonra ayrı bir yazı paylaşaram, amma indi diqqəti çəkmək istədiyim nöqtə təhsilin təməlinə xidmət etməyin vacibliyini göstərməkdir. Tezisim, çatdırmaq istədiyim qayə isə bundan ibarətdir ki; - Təhsilin təməlinə xidmət üçün ilk 10-15 ildə daha çox müəllim yetişdirməliyik. - Müəllim məşğulluq predmeti olmamalıdır. Say yox, keyfiyyətə işləyib lazım gəlsə tam yarısını ixtisar edib, ancaq “ələkdən keçənləri” saxlamaq və onlara da yüksək məvacib vermək lazımdır. - Dövlət hesabına xaricə məcburi geridönüş şərtilə, bütün növ xərcləri qarşılanmaqla gəlib müəllim işləyəcək şəxslərin göndərilməsi çox effektivdir. Onlara da rəqabətli əmək haqqı təminatı verilməlidir. Yuxarıdakı 3 tezisin əsaslandırılmasına keçməzdən əvvəl gəlin, hələlik internetdən tapdığım (tam dəqiq olmaya bilər) bəzi statistik məlumatlara baxaq. Statistika – Müəllimlər; - Ölkədə ümumi müəllim sayı – 200 min - Orta məktəbdə çalışan müəllimlər – 150 min - Qadın müəllimlərin sayı – 125 min - Ali təhsil müəssisələrində çalışan müəllimlər – 15 min Statistika – Şagird / Tələbə; - Hər il qəbul olan tələbə sayı – 50 min civarı - Ümumi tələbə sayı – 212 min - Ümumi şagird və tələbə sayı – 1,7 milyon Təhlil/Nəticə; - Ortalama 1 müəllimə 9 nəfər şagird/tələbə düşür - Ortalama 1 ali təhsil müəlliminə 14-15 tələbə düşür Bugün dövlət proqramı ilə bəlkə də 20 mindən çox şəxs təhsil alıb. Onlar haqqında əminəm ki, heç doğru-düzgün statistik məlumat yoxdur. Ya yarısı qalıb xaricdə gəlməyib, bir çoxu gəlibsə, özü öz başının çarəsinə baxıb və s. Bir çoxu da böyük ehtimal dövlətdə və ya özəldə normal işdə çalışır. Sual budur ki, çalışdıqları yerdə nə qədər adam, mütəxəssis yetişdirə bilirlər. Gəlin indi götürək ki, dövlət hər il ölkəmizdə həvəslə ali təhsil müəssisələrində müəllim işləyəcək 5000 adamı xaricə göndərir. Bu halda nə baş verəcək; - İl ərzində həmin O 5000 müəllim yuxarıdakı statistika ilə il ərzində 75000 tələbəyə dərs deyəcək. - 4 il ərzində isə həmin müəllimlər 300 000 tələbəyə dərs demiş olacaq. Bugün əgər bazarın tələblərinə uyğun işçi yoxdursa, təhsil tam rəqabətli işçi yetişdirə bilmirsə, ən birinci gözə görünən səbəb müəllimdir. Müəllim demək bəlkə də haqsızlıq olar, təhsil sistemidir desək, daha düz olar. Sistem keyfiyyətli müəllim yetişdirməsə, keyfiyyətli tələbə necə yetişə bilər. Qısası, qənaətim budur ki, təhsilin təməlinə xidmət etmək istəyiriksə, uzunmüddətli və qalıcı nəticələr əldə etmək istəyiriksə, müəllim yetişdirməli, müəllimi ən yüksək statusa qaldırmalı, hamı müəllim ola bilmədiyi kimi, müəllim olanlara da ən yüksək maddi və mənəvi dəyəri verməliyik. Əksi həm yolumuzu uzadacaq, bütün prosesi dar bir kəsimin (xaricdə təhsil alanlar) ətrafında cəmləşdirəcək ki, bu da gələcək üçün, şirkətlər üçün gizli riskdir.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Belə alındı

Deməli, Celal Şengörün “Dahi Diktator” kitabını bu yaxınlarda oxudum bitirdim. Orada bir fakt marağımı o qədər çəkdi ki, bəzi yaşadıqlarımı da əlavə etməklə bu yazını yazmaq qərarına gəldim. Yazının adı

Münasibət 0 Comments

Haqq və xalq aşiqi Elçibəyin əziz xatirəsinə

22 avqust 2016-cı il. Azərbaycanın eks-prezidenti, milli xalq hərəkatının lideri olan Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. O rəhmətə gedəndə mən 16 yaşımda idim, indi isə onun ölümündən 16 il keçib. Mən

İntervyular 0 Comments

Həyat prinsipləri biznesdə özünü necə göstərir? – CANLI YAYIM

Azərbaycanda ən güclü idarəçilərdən olan, networking qurmaqda deyərdim ki, 1 nömrəli adam olan dəyərli dostumuz Sakit müəllimlə canlı yayımda “Biznesdə keçərli olan həyat qanunları” haqqında müzakirəmiz oldu. Ənənəvi mövzu deyil,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın