𝐀𝐫𝐳𝐮𝐥𝐚𝐫 𝐯ə 𝐢𝐦𝐤𝐚𝐧𝐥𝐚𝐫 𝐚𝐫𝐚𝐬ı𝐧𝐝𝐚𝐤ı 𝐬ə𝐫𝐡ə𝐝𝐝 – 𝐳ə𝐡𝐦ə𝐭
𝐀𝐫𝐳𝐮𝐥𝐚𝐫 𝐯ə 𝐢𝐦𝐤𝐚𝐧𝐥𝐚𝐫 𝐚𝐫𝐚𝐬ı𝐧𝐝𝐚𝐤ı 𝐬ə𝐫𝐡ə𝐝𝐝 – 𝐳ə𝐡𝐦ə𝐭
Gənc yaşlarda xəyallar və arzular imkanların önünə keçir. İnsan arzuları ilə imkanları arasında olan nazik sərhəddi həmişə düz tutuzdura bilmir. Yaxşı tərəfi odur ki, gənc olanda əlində heç nə olmaya-olmaya böyük xəyallar qurur və onun arxasınca sanki hər şeyi dəqiq planlamışcasına hərəkət edirsən. Adamın içində qəribə güc hissi və inam olur.
Sonra illər keçir və bəzən planladığın bir çox şey tam fərqli formada cərəyan edir. Özünə qoyduğun son prioritet ilk hədəfinə də çevrilə bilər, sənə lazımlı olan bir şey isə illər sonra ən bəyənmədiyin bir şeyə də çevrilə bilər. Və belə olanda səndə qəribə qeyri-müəyyənlik hissi, hər şeyin əlində olmaması, sənin proseslərə təsirinin çox az olması kimi hisslər yarana bilir. Önəmli olan bu hisslər gələndə düzgün təhlil və müşahidə nəticəsində özün öz sualına cavab tapa, prosesin əslində necə işlədiyinin fərqinə vara biləsən.
𝐏𝐫𝐨𝐬𝐞𝐬𝐢 𝐝𝐮̈𝐳𝐠𝐮̈𝐧 𝐛𝐚𝐬̧𝐚 𝐝𝐮̈𝐬̧𝐦ə𝐤
Əgər prosesi düzgün başa düşə bilməsək, qeyri-müəyyənlik hissi bizi növbəti həyat döngəsində xaosa və qeyri-adekvat addımlara sürükləyə bilər. Prosesin düzgün forması isə mənə görə dəqiq budur ki, işin kökündə olan “zəhmət”i proseslərin mərkəzinə qoymaqan keçir. İstər gənclikdə, istərsə də sonrakı illərdə dəyişməyən və dəyər yaradan bir şey var – zəhmət.
𝐁𝐢𝐳 𝐛𝐢𝐳ə 𝐧ə𝐲𝐢𝐧 𝐱𝐞𝐲𝐢𝐫𝐥𝐢 𝐨𝐥𝐮𝐛-𝐨𝐥𝐦𝐚𝐦𝐚𝐬ı𝐧ı 𝐛𝐢𝐥𝐦𝐢𝐫𝐢𝐤
Zəhmət kökdür. Qalan hər şey mənə görə kökün formaları, təzahürləridir. Kök sağlam ola, amma forma fərqli cür formalaşa bilər. Hətta işlərin ilk arzuladığın istiqamətdə getməsə belə narahat olmağa dəyməz. Çünki biz bizə nəyin xeyirli olub-olmamasını bilmirik. İstər öz təcrübəmdə, istərsə də geniş çevrə dostları ilə söhbətdə hələ bir dəfə görməmişəm ki, kimsə sonda gəldiyi uğurlu yeri illər öncə dəqiq hesablasın, təxmin etsin, ona müvafiq direkt addımlar atsın və prosesin məntiqi nəticəsi kimi istədiyi nöqtəyə hər dəfə nə qədər qaldığını müəyyən edə bilsin. Əksinə hər biri tam fərqli məqsədlərlə yola çıxıb, sonra yolda yıxıla-qalxa öz yolunu su özünə çuxur yaradan kimi yaradır. O adamların amma hamısında eyni olan bir şey var – nəyə inanıblarsa, o yolda dayanmadan zəhmət çəkib, gecə-gündüz demədən işləyib, kimlərinsə yollarından çəkindirəcək fikirlərinə məhəl qoymayıblar.
Belə olanda inanıram ki, 𝐢𝐧𝐬𝐚𝐧ı𝐧 𝐬𝐨𝐧𝐝𝐚 𝐠ə𝐥𝐝𝐢𝐲𝐢 𝐲𝐞𝐫 𝐞𝐥ə 𝐨𝐧𝐮𝐧 𝐮̈𝐜̧𝐮̈𝐧 ə𝐧 𝐱𝐞𝐲𝐢𝐫𝐥𝐢𝐬𝐢𝐝𝐢𝐫.
İllər öncə 2011-ci ildə Facemark adı xəyalını qurduğum və sonra reallaşdırdığım bir saytın sadəcə bir bölməsi kimi düşünülmüşdü. Məqsədi və təyinatı tam fərqli idi. Daha sonra müzakirə edə-edə facemark adını elə birbaşa layihənin adı qoyduq. Sonra bir az da keçdi yarananda düşündüyümüz hədəflərimiz dəyişdi və biz fəaliyyət istiqamətini dəyişdik, adı eyni saxlasaq da mənanı dəyişdik – face of marketing sözünü face of market-ə dəyişdik. Əvvəl marketinqin üzü deyirdiksə özümüzə, bu dəfə bazarın üzü olmağa niyyətləndik. Bəxtimiz gətirdi ki, adımız da bu keçiddə bizə çox problem yaratmadı. İndi dönüb geriyə baxanda yuxarıda yazdıqlarımın necə tək-tək reallaşdığını görmək olur. Və ən əsas da bunların heç biri planlanmamışdı.
Sabah da nə olacaq bilmirəm, amma bu gün nəyə inanıramsa, inandığım prosesin hər anından maksimum zövq almağa və zəhmətsiz nəyəsə nail olmağa çalışmıram. Belə olanda çox inanıram ki, haqqımızda ən xeyirlisi baş tutacaqdır. Necə, nə yolla, hansı işdən, hansı ildən sonra – bu kimi suallarla özümü yormuram. Olan olacaq və yaxşı olacaq.
𝐁𝐮𝐫𝐚𝐝𝐚𝐧 𝐧ə 𝐤𝐢𝐦𝐢 𝐝ə𝐫𝐬𝐥ə𝐫 𝐜̧ı𝐱𝐚𝐫𝐦𝐚𝐪 𝐨𝐥𝐚𝐫?
1. Böyük düşünmək, xəyal etmək azadlığını itirmək olmaz. O Sizə heç bir tərəzinin çəkə bilmədiyi böyük bir güc – inam verə bilir.
2. Nə iş görürsən gör, nə keçmişə ilişib qalma, nə də gələcəyi gözləyə-gözləyə bugünü yelə vermə, bu gündən həzz al, prosesi damarlarına qədər hiss et.
3. Gördüyün işlərdə inam və zəhmət varsa, narahat olma. Həyat səni özü bildiyi və sənin üçün xeyirli yola salacaqdır. İndi istəyirsən bu işin adını həyat qoy, təbiət qoy, Allahın işi qoy fərq etmir.
Bu dünyada heç nə itmir, o cümlədən zəhmət də.
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun