İlham Ali Yusif “Böhrandan Yeni Dövrana” kitabı haqqında

Bu gün həmkarımız İlham bəy özünün video bloqunda “Böhrandan Yeni Dövrana” kitabı haqqında danışıb. Elə indicə 8 dəqiqəlik videonu izlədim. Kitabı oxumaq istəyənlərçün qısa vaxtda çox maraqlı izah edib İlham bəy. Ümumiyyətlə, Siz də bilirsiniz ki, video günümüzün trendidir. İnsanlar get-gedə təmbəlləşir və bu biznes üçün yeni imkanlar açır. Buna təmbəllik yox, zamanın effektiv idarəsi də demək olar. Siz məhsul və xidmətinizlə insanların vaxtını maksimum daha az almağa çalışmalısınız. Xatırlayırsınızsa, mən kitab haqqında daha uzun yazmışdım. Düşünürəm ki, o yazını 8 dəqiqəlik video da rahat əvəz edə bilər. Təbii ki, oxumağı xüsusi sevən adamlar da var. Aşağıda Sizə İlham bəyin video bloqunu təqdim edirəm. Və kitaba verdiyi şərhlər üçün İlham bəyə təşəkkürlərimi bu bloq vasitəsilə çatdırıram.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 504 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bu gün həmkarımız İlham bəy özünün video bloqunda "Böhrandan Yeni Dövrana" kitabı haqqında danışıb.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə)

Keçən ilin 3-cü kvartalının sonunda 2015-ci ilin analoji dövrü ilə 2014-cü ilin analoji dövrünü müqayisə etmişdim. Buradan keçid edərək oxuya bilərsiniz. Həmin yazıda böhran dövründə radio və internet üzrə dinamikanı

Müştəri Davranışları 0 Comments

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i –

Bu yaxınlarda Harvard Business Review jurnalında oxudum ki, müştərilərin 97%-i hər hansı mal və xidmətdən narazı olanda bunu demək əvəzinə yazmağa üstünlük verirlər. Bizdə, Azərbaycanda da belədir. Uzun müddət müştərilərlə

Marketinq 0 Comments

Survivor Sindromu

Deyirlər ki, hər gün az-az devalvasiya olur. Və belə davam edərsə, şirkətlər yenidən çətinliklə üzləşə bilərlər. Və bu ərəfələrdə hər bir şirkət üçün yaxşı işçilərini qoruyub saxlaya bilmək çox önə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın