Marketinq AT başında (illik hesabat)

Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az 1 illik hesabatı

Marketinq ictimaiyyəti at ilinə qədəm qoydu. Bu il marketinq sözün məcazi və hardasa əsl mənasında at başında olacaq. Çünki irəlidə bir çox yeniliklər olacaq. Amma bu yeniliklərdən öncə geridə qoyduğumuz 1 ilə, aktivliklərə nəzər salmaq istərdim. Qeyd edim ki, marketinq aktivlikləri deyərkən Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az, FMR TV üzrə son 1 ildə görülən işlərdən yazacağıq.
Marketinq Azərbaycan qrupunun bəzi maraqlı statistik nəticələri haqqında ayrıca bir bloq yazacam, inşallah. Bu haqda çox danışmaq istəmirəm. Təxmini 2200 nəfər üzvü olan qrup çox sevindirici haldır ki, Azərbaycan marketoloqları və bu sferaya yaxın insanlar üçün faydalı bir resurs rolunu oynayır. Önümüzdəki il mütləq şəkildə daha faydalı ola bilmək üçün yeniliklər, yeni proyektlər etmək lazımdır.
Facemark.az haqqında isə onu deyim ki, 2013-cü il ərzində saytı unikal 95 min insan ziyarət edib. Təxmini 300 mindən çox səhifəyə baxış olub, ümumi ziyarətlərin sayı isə il ərzində 150 mindən çoxdur. Çox böyük statistik nəticə olmasa da, marketinq adına faydalı olduğuna əminəm. İl ərzində ən azı 95000 insan bir dəfə də olsa sayta daxil olubsa, və nəsə faydalı bir məlumat əldə ediblərsə, bu da özlüyündə az iş deyil. FMR TV-də isə il ərzində unikal 4000 nəfərdən çox izləyici olub. Onlar toplam 7000-dən çox giriş edib, 15000-dən çox səhifəyə baxıblar. Marketing AİR-ə isə il ərzində 5000-ə yaxın unikal insan daxil olub. Bloqumuza isə il ərzində 3000-ə yaxın unikal insan daxil olub. FMR TV-nin video.az-dakı fmrtv.video.az kanalına isə 193000-dən çox baxış sayı olub. Nəzərə alsaq ki, sahə spesifik olduğundan və bazar o qədər də böyük olmadığından rəqəmlər ümid verir. İndi isə toplam olaraq 2013 aktivliklərini təqdim edirəm:
1. Azərbaycanın ilk onlayn marketinq televiziyası – FMR TV yaradıldı (10 yanvar 2013)
2. Facemark.az-da marketinq yarışması olan BİLƏNDƏR 2 başladı (yanvar 2013)
3. Marketing AİR 2 təlimləri (mart-aprel 2013)
4. Marketing Kingdom tədbirinin facemark.az olaraq media partnyoru olduq. (aprel)
5. 6-cı THE CUP festivalının media partnyoru olduq, tədbirdə iştirak etdik. (İstanbul)
6. Rusiyada keçirilən Silver Mercury festivalının media partnyoru olduq.
7. Marketerlərin I əyləncəli qurultayı (27 fevral)
8. “Marketinqə 4Ç gəldi” Marketerlərin Novruz görüşü
9. MMF2013 – İlk Milli Marketinq Forumu (29-30 may)
10. Fransada keçirilən “Cannes Lions” festivalının media partnyoru (iyun)
11. Latviyada keçirilən “Golden Hammer” festivalının media partnyoru
12. MMC İstanbul 2013 festivalı media partnyoru
13. “Marketinq dağa qalxdı” marketerlərin Quba görüşü (29-30 iyun)
14. Marketerlərin iftar görüşü – Marketinq Ramazannaməsi (22 iyul)
15. EWMS 2013 Moskva festivalı media partnyoru
16. Qırğızıstanda keçirilən “Red Jolbors” festivalı media partnyoru
17. Latviyada keçirilən “Fakestival” marketinq festivalının media partnyoru
18. MarketingOne.ru ilə facemark.az olaraq əməkdaşlıq müqaviləsinin imzalanması və Cek Trout tədbiri
19. Marketing AİR 3 təlimləri (sentyabr – noyabr 2013)
20. Moskvada keçirilən “Red Apple” fesivalının media partnyoru və iştirakçısı (26-27 sentyabr)
21. Facemark.az olaraq Moldova Marketerlər Assosasiyasının üzvü olduq.
22. Moskvada keçirilən MSB Events sosial media konfransı media partnyoru (21-22 noyabr 2013)
23. 28 Cinemada Sinan Erginin iştirakı ilə motivasiya təlimi
24. Ahmet Ekizin iştirakı ilə satış və marketinq təlimi təşkilatçısı olduq.
25. Marketing AİR nəşriyyatının yaradılması və marketinq kitablarının tərcüməsi işinə başlanması
2013-ə çatdırıb görə bildiklərimiz bunlar idi. Bu qədər iş yüzlərlə insanın əməyinin ortaq məhsuludur və şübhəsiz ki, Azərbaycanda marketinqin inkişafına da bir tövhədir. Önümüzdəki ildə isə daha bir çox yeniliklər bizi gözləyir. Ümidvar və əminəm ki, hamılıqla həmrəy olaraq daha gözəl və faydalı işlərlə marketinqin inkişafında az da olsa rol oynaya biləcəyik. Bu yolda hər birimizə uğurlar arzu edirəm. Bir daha yeni ilinizi təbrik edirəm.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Azərbaycanda kobrend kartlar niyə uğursuz olur?

Azərbaycanda bir dönəm var idi ki, o ərəfədə bazara xeyli sayda yeni kobrend kartlar çıxmışdı. Bu gün onların çox böyük hissəsi ya daha işlək deyil, ya da donmuş vəziyyətdədir. Kobrend

Marketinq 0 Comments

DMC2017 spikerlərinin reytinqi

DMC2017-dən az qala bir ay keçir. Heç cür yorğunluğunu üzərimizdən atmamış daha bir forum hazırlıqlarına girmişik. Bu da bu ilin fevral ayında 2-cisi keçiriləcək Satışı Forumudur. MMF2017-də tələsik də olsa,

Marketinq 0 Comments

Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili

Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın