Azərbaycanın ilk taksit layihəsi haqqında 15 aydan sonra

Bir dəfə İstanbulda olarkən, dəyəri 10 manat olan bir kitabı alacaqdım. Satıcı kitabı kassaya təqdim edərkən neçə taksit olacağını dedi və mən o an fikrə getdim. 10 manatı da bir neçə hissəyə bölməkmi olar?! Demək ki, olarmış. Gələndən sonra da bir xeyli bu məsələ üzərində düşündüm. Təbii ki, ilk ağlıma gələn parfumeriya və kosmetika sektorunda bu işi görmək idi, amma problem onda idi ki, Azərbaycanda ümumiyyətlə taksit sisetmi yox idi, ən yaxşı halda insanların beynində Baku Electronics-in sərfəli kredit şərtləri vardı ki, bu da taksit deyildi, təbii ki. Müdirlə də uzun-uzun bu məsələni müzakirə etdikdən sonra qəti qərara gəldik ki, bu sistemi Bakıda mütləq buraxmalıyıq. O zamanlar ilkin müzakirələrdə yaxın dostum Həsənlə də tez-tez müzakirə edirdik. Həqiqətən müştərinin təsəvvürü olmayan bir iqtisadi anlayışı bir şirkət olaraq üzərinə götürmək və onu beyinlərə yeritmək cəsarətli olduğu qədər də, riskli addım idi. Çünki bu iş yatırım tələb edirdi. Nəysə ki, sonunda qərar verdik ki, risk etməyə dəyər, əgər dünya bu sistemi qəbul edib və satışların əhəməiyyətli hissəsini bununla edirsə, bizdə də niyə olmasın. 
İlk işimiz bu işi görə biləcək bank axtarışı oldu. Bir çox banklara müraciət etdik, amma çoxu ideyanı bəyəndi, lakin sistem olaraq mümkünsüz hesab etdilər. Nəticədə Bank of Baku ilə görüş aldıq. İlk görüşümüzdə BOB-un idarə heyətinin sədr müavini Abbas İbrahimovla müzakirələr apardıq. Xoşbəxtlikdən BOB da bir zamanlar bu tip layihə etmək istəyib, lakin buna gedə biləcək şirkət tapmayıblar. Qısa zamanda müdirimiz İlqar müəllimlə də bankla birgə görüş keçirildi və qərar verildi. Bu işi ilk imza atanlar olmalı idik, başqa variant yox idi. Adi bir təklifdən böyük işlərin planları cızılırdı və mən, arada xərcləri də gördükcə, fikirləşirdim ki, görəsən düz mü etdim təklifi etməklə, birdən alınmadı, insanlar qəbul etmədi və xərclənən pullar boşa getdi?! Amma yenə də içimdə bir hiss bunun müştərilərin ürəyindən olacağını deyirdi. Agentliklərdən birinə sifarişimizi verdik və qısa müddət ərzində tv, radio, internet, metro, avtobus, outdoor və vitrinlərimiz olmaqla bpyük reklam kampaniyasına start verdik. Xatırladım ki, proyekti 2011-nin mart ayından buraxdıq, amma total reklama may ayında başladıq. Məqsəd ilk iki ayda nəbz yoxlaması idi. Mart ayında cəmi 250 kart vermişdik və bu gözlədiyimizdən çox aşağı idi. Ancaq apreldə vəziyyət yaxşılaşdı və ümidlər də artmağa başladı.Reklama pul qoymağa dəyərdi. Beləcə may ayında bütün şəhəri hörümçək toru kimi bürüyən reklamlarımız yayımlanmağa başlandı. Konsepsiyamızın adı isə “Bax, bu başqa məsələ” oldu. 


Artıq reklam boyu müraciət edənlər çoxalmağa başlayırdı. Eyni zamanda lağa qoyub gülənlər də az deyildi ki, bəs “parfum də kreditə olar, bu aksiya ilə imicə möhkəm zərbə vurdunuz falan”. Ancaq zaman keçdikcə, gördük ki, yuxarıda da dediyim kimi müştərilərin elə ürəyindən imiş. Burada İdealın əsl müştəri məmnuniyyəti sərgiləyərək bütün faizləri üzrəinə götürərək bəlli qazancdan imtina etməsi də alqışalayiqdir. Ümumiyyətlə hər işdə istənilən ideyaya rəhbərliyin düzgün baxışı onu düşünənə də, icra edənə də çox bpyük stimul verir. Bu sarıdan bəxtimiz gətirib demək olar, hətta. 

Artıq bu proyektdən 15 aydan çox zaman keçib. İdeal kredit kart sahibləri isə 20 mini ötüb. İndi elə bankar var ki, onların ümumi plastik kartlarının sayı 20 min deyil, amma bizdə kredit kartları artıq 20 mindən çoxdur. Real nəticələr bir çox digər banklara da stimul verdi ki, onun da nəticəsində bu gün BOB-la yanaşı AGB, DəmirBank, UniBank, YapıKrediBank, Bank of Azerbaijan da bu tip taksit layihələrinə tezliklə start verməyi planlaşdırır. BOB üçün ise İdeal Kredit layihəsi ozünün digər proyekti üçün yaxşı təcrübə oldu. Rahatlıqla deyə bilərik ki, İdeal Kredit proyektinin təməlləri əsasında BOLKART istifadəyə verildi. Və İdeal da hər zaman yeniliyə açıq bir şirkət kimi bu proyektdə ilk yer alanlardan oldu, təbii ki. Artıq əminliklə deyə bilərik ki, hansısa şirkət bu tip proyektə başlamağı qarşısına məqsəd qoyubsa, mütləq şəkildə İdeal Kredit və Bolkart sistemini dərindən incələməlidir. Çünki keçən bu zaman ərzində hər iki proyekt bir çox yeniliklər etdi, lakin səhvlər də oldu ki, bunlar da havayı deyil, bəlli bir büdcə itkisi sayıla bilər. Ona görə də sistemi dərindən incələyən hər bir şirkət ən azı əvvəllər edilən səhvləri etməmək üçün geniş təhlil etməlidir. 

Zaman keçdikcə, İdeal Kredit proyekti o qədər böyüdü ki, buraya ayrıca şöbə statusu verildi və istiqamətlərimiz də çoxaldı. Artıq şirkətlərə korporativ kreditlər təklifi sistemi yarandı ki, bu işi bu gün həmkarımız Emil çox uğurla aparmaqdadır. Böyük ticarət obyektləri, universitetlər, tibbi müəssisələr və s. yerlərdə bu gün işçilərə korporativ şəkildə taksitlə alış-veriş imkanı verən İdeal Kredir kartları təklif olunur. 

Bir işi edərkən onu ilk etməkdən daha çox, ən yaxşı şəkildə davam etdirə bilmək önəmlidir ki, bu sahədə də hələ ki, uğurla davam etdiyimiz qənaətindəyəm. Sonda Azərbaycanın ilk taksit proyektində əməyi keçən hər kəsə özəl olaraq təşəkkür etmək istəyirəm. Çünki onlar olmasaydı, bu sadəcə hər gün dəftərimə yazdığım onlarla ideyadan biri olaraq qalacaqdı. 

İdeal şirkətinin rəhbəri İlqar İsmayılov, Bank of Bakunun idarə heyətinin sədri Abbas İbrahimov, proyektin bizim tərəfdən ilk meneceri Elnarə Novruzova, BOB-dan Fərid bəy, proyektin hazırkı rəhbəri Emilə dərindən təşəkkürlər. Uğurun yanında olmaq çox xoşdur.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 480 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!

Nəhayət, araşdırmamızın ən maraqlı hissəsinə, Azərbaycan bazarı ilə əlaqədar hissəsinə çatdıq. Bundan öncə dünya bazarı ilə əlaqədar yazını kimsə oxumayıbsa, buyurub oxuya bilər – Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları.

Araşdırma 0 Comments

Kinoteatr – effektiv direkt marketinq kommunikasiya vasitəsi kimi

Bildiyimiz kimi böhran ailə büdcəsinə ciddi təsir etdiyindən bir çox sahələrdə güclü şəkildə ixtisarlar başlayır. Ailə büdcəsinin ilk qənaəti məhz əyləncə sferası olur. Əgər hansısa fərd və ya ailə ayda

Araşdırma 0 Comments

Pokemon Go ilə Cost Per Visit reklam ödənişi gəlir

Son 1 həftədir yerli və xarici saytların hamısının gündəmi – Pokemon Go-dur. 90-cı illərdə Pokemon oyununu yəqin ki, xatırlayanlar var. İndi isə onun Pokemon Go “uzantısı” dünyanı bir-birinə qatıb. Cəmi 4-5

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın