oxu.facemark.az – təki sən oxu
Dostlar, bugünkü bloqda Sizə yeni layihəmizdən yazmaq istəyirəm. Bu oxu.facemark.az səhifəsi ilə bağlıdır. Bildiyiniz kimi bu il biz forumda 5 kitab satışa çıxardıq. Və gözləmədiyimiz halda forum boyu 200-dən çox kitab satıldı. Forum bitən günün səhərindən etibarən yeni kitablar – Böhrandan Yeni Dövrana və Rəqəmsal Marketinq kitabı bütün kitab mağazalarına satışa verildi. Hansı mağazalardır bilmək istəyirsinizsə, buradan keçid edərək oxuya bilərsiniz.
Bütün bu addımlarla biz marketinq sahəsində kitab oxuma alışqanlığına azca da olsa öz töhvəmizi vermiş sayırıq. Biz heç bir halda bizim oxucuların təmbəl olmasını qəbul etmirik, problemlər var və onların nədən qaynaqlandığını da bilirik. Oxucunun əlinin çatdığı hər yerdə olmalıyıq deyib daha bir yenilik etdik. 2-3 gün öncə facemark.az saytının tərkibində oxu.facemark.az adlı bir bölmə yaratdıq.
Bu bölmədə Siz 5 kitabı elə öz satış qiymətinə, yəni mağazalarda satış qiymətinə də sifariş verə bilərsiniz. Əgər dünənə qədər kiməsə mağazaya getmək, orada onu axtarmaq vaxt itkisi kimi gəlirdisə, indi sadəcə 5 dəqiqəsini sərf edib sifariş etməsi yetərlidir. Bunun üçün linkə daxil olursunuz, istədiyiniz kitabın qısa annotasiyasına baxa bilirsiniz, istədiyiniz kitabdan istədiyiniz sayda sifariş edirsiniz. Biz, maksimum 2 gün ərzində seçdiklərinizi Sizə PULSUZ olaraq mağaza satış qiymətinə birbaşa ünvanınıza çatdırırıq. Bəli, düz oxudunuz. mağazada olan satış qiymətinə PULSUZ şəkildə evinizə, ofisinizsə, iş yerinizə də çatdıra bilirik. Məncə, bundan sonra kitabı əldə etməklə bağlı çətinliyiniz qalmamalıdır.
Bundan əlavə həmin linkə daxil olub Sizi maraqlandıran istənilən sualı aşağıda əlavə edilmiş facebook şərh yerindən də yaza bilərsiniz. Biz operativ olaraq istənilən sualınıza cavab verəcəyik.
Dostlar, hələlik bu hissədə 5 kitab satışa çıxarılıb. Əgər Siz də öz kitabınızın bizim səhifədə satılmasını istəyirsinizsə, o zaman info@facemark.az mailinə yazaraq şərtlərlə tanış ola bilərsiniz.
Biz Sizin də kitablarınızı məmnuniyyətlə səhifəmizdə yerləşdirə və müştərilərə çatdıra bilərik.
TƏKİ SİZ OXUYUN
P.S. Bu arada təki siz oxuyun sloqanımıza uyğun olaraq yazının yuxarısındakı xüsusi hissədə Sizə Nəzakət Məmmədovadan gözəl “Təki Sən Səslə Məni” mahnısına qulaq asmağa dəvət edirəm 🙂 Bir sözlə, biz marketinqi sevən bütün dostlarla hər yerdəyik, təki Siz səsləyin bizi !!!
P.P.S. Az sonra iftar zamanıdır. Allah orucunuzu qəbul etsin.
Gələn dəfə daha faydalı olmaq ümidilə…
Yazar haqqında
Editor review
Summary
TƏKİ SƏN OXU - deyib yola çıxmışıq
Həmçinin oxuya bilərsiniz
“Sonuncu müştəriyədək xidmətinizdəyik”
Bu yaxınlarda çalışdığım İdeal parfum və kosmetika mağazaları şəbəkəsində belə bir addım atmaq qərarına gəldim. Mağazaların giriş qapılarında olan standart açılış-bağlanış saatı olan lövhələrdən fərqli formada istifadə etmək lazım idi.
“Adverdiklərim” silsiləsindən: Biz Gözləyərik
Kredit kampaniyası üçün sloqan – Biz Gözləyərik Facebook Comments
ADverdiklərim silsiləsindən: İdeal Yay
2010-cu ildə keçirdiyimiz bir çox kampaniyalara ideal adı ilə bağlı adlar qoyurduq. Bu da onlardan birisi – İdeal Yay. Ad və dizayn brifi bəndənizə məxsusdur. Facebook Comments
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun