Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox sevindiricidir ki, həmin gün bu kitabdan 70-dən çox satış oldu. Həmin gün 5 kitab satışda idi. Toplam satılan kitab sayı 200-dən çox idi. Sevindirici haldır ki, 350-dən çox adamın iştirak etdiyi tədbirdə 200-dən çox kitab alınır.

Danışmışdıq ki, foruma özəl olaraq ilk satış o an olacaq. Forumdan sonra isə kitab bütün satış mağazalarında olacaq. Baxmayaraq ki, forumun şirin yorğunluğu hələ də üzərimizdə qalır, mən 2 gündür ki, istirahət günü olmasından istifadə edib kitabları mağazalara çatdırmaq işi ilə məşğul idim. Biz birçoxları kimi “bizdə kitab oxumurlar, kimdir kitab oxuyan, mağazalar fikir vermir” tipli sözlərlə özümüzə haqq qazandırmaq əvəzinə bu işin yeri gələndə fəhləliyini də edərək müsbət dəyişiklik üçün əlimizdən gələn qədər cəhd edirik və bu alınır. Bu gün aşağıdakı kitab mağazalarına girəndə azərbaycan dilində biznes kitabları arasında bizim dostların kitabını yan-yana görə bilərsiniz. Çox sağ olun ki, əziyyəti qiymətləndirirsiniz, oxuyursunuz. Biz isə bütün səhvlərimiz qəbul edərək hər dəfə bir öncəkindən daha yaxşı işlər görmək üçün Sizdən güc alırıq.

Bu arada onu da deyim ki, “Bugünün Marketinqi” kitabının son partiyası artıq mağazalara dağıdıldı və kitab bitdi. Bu ilin oktyabr ayında “Bugünün Marketinqi”nin yenilənmiş 2-ci versiyasını satışa təqdim edəcəyik. Bu dəfə də eynilə facemark.az saytında yazısı yayımlanan müəlliflərin yazıları bir yerdə cəmlənəcək. Bu belə.

Kitabı necə əldə etmək olar?

“Böhrandan Yeni Dövrana” kitabını isə Siz aşağıdakı mağazalardan rahatlıqla əldə edə bilərsiniz:

  1. İlk öncə qeyd edim ki, kitabı Siz pulsuz çatdırılma xidmətindən istifadə edərək də əldə edə bilərsiniz. Pulsuz çatdırılma üçün 050 5666786 (Ruslan) ilə əlaqə saxlaya bilərsiniz. Bunun üçün sadəcə həmin şəxslərə zəng edərək ad, soyad və çatdırılma ünvanını deməniz kifayətdir. 1 gün içərisində kitablar sizə çatdırılacaqdır. Kitabın satış qiyməti hər yerdə 10 manatdır.
  2. Ali-Nino kitab mağazaları şəbəkəsi – Şəhərimizin ən böyük kitab satış mərkəzlərindən biri olan Ali-Nino kitab evinin bütün filiallarından kitabı əldə etmək mümkündür.
  3. WH Smith Azerbaijan – Üzeyir Hacıbəyov 151, Port Baku.
  4. ˝Akademiya˝ kitab mərkəzi – Əziz Əliyev küçəsi 13. Tel: 0124978773
  5. Enigma kitab evi – Mərdanov qardaşları 12, Tel: 0514404930 (Rus Dram teatrının yanı)
  6. Kitab Klubu  – N.Aşurbəyova (Mustafa Sübhi 13)
  7. Bukinist kitab evi –  İstiqlaliyyət küçəsi 69. Sabir bağı ilə üzbəüz
  8. Mayak kitab evi – Aygün City ticarət mərkəzi

P.S. Yuxarıda sadalanan kitab satış mərkəzlərinin facebook səhifəsinə yazmaqla da kitabı sifariş edə bilərsiniz.

Sonda deyim ki, daha bir yeniliyimiz olacaq. O da, yuxarıdakı üsulların heç biri onun üçün məqbul olmayan adamlar üçün olacaq. Bu haqda isə növbəti yazımda.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Böhrandan Yeni Dövranı kitabı bugündən şəhərimizin bütün kitab mağazalarında satışdadır.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Şirə bazarı haqqında nələri bilməliyik?

Bugün bazarda xeyli sayda yerli və xarici meyvə şirəsi brendləri var. Devalvasiyadan sonra isə yerli brendlərimizin sayı nisbətən çoxaldı, eyni zamanda mövcud brendlərimiz bir sıra imic və keyfiyyət dəyişiklikləri etdilər.

Marketinq 0 Comments

Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə)

Bu yaxınlarda 2-3 məsələ ilə bağlı müştəri xidmətləri ilə əlaqədə oldum. Öz yaşadığım 3 hadisədən sonra zəng/çağrı mərkəzləri (call-center) haqqında bloq yazmaq qərarına gəldim. Bugün Sizinlə call-center sistemləri, onların iş

Marslılar yerə endi… Və ya medianın gücü

Orson Vellesin ötən əsrin 30-cu illərində ABŞ-ın CBS radio kanalında “Yayımda Merkuri Teatrı” adlı bir proqramı olur. 30 oktyabr 1938-ci il tarixli proqramında Velles özünün yazdığı “Dünyalar Savaşı” adlı romanından

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın