Aprel aksiya sloqanı

Vaxtilə belə bir aksiya etmişdik. İyul ayında alış-veriş edən kartlı müştərilər avqust ayında yüksək faizli endirimlər əldə edirdilər. Bu il də eynisini etmək qərarına gəldik və məsələ kampaniyaya ad verməyə gələndə bir xeyli düşünməli oldum. Mahiyyət sadə idi: Aprel ayında müəyyən limitdə alış-veriş edənlər may ayında 20%-dən 30%-dək endirimi türklər demiş qaranti altına alırdılar. Aprel elə aydır ki, sloqan zad da yaraşdırmaq olmur :)) Uzun düşünüb tez qərar verərək adı bü cür qoydum: “Hər ayda bir pay var”. Sloqana görə kassada qoyulması üçün pankartlar və sms mətni hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir