“ADverdiklərim” silsiləsindən: “İdealda nə baş verir?”
Həyat o qədər sürətlə irəliləyir ki, bir də baxdım İdealda işləməyimin 3 ili tamam olur. Bu 3 ildə o qədər çox şey gəldi-keçdi ki, gələnlərin içində gedənləri yola salmaq bəzən çox ağır oldu. Bu haqda uzun yazmaq fikrim yoxdu, sadəcə arxivi qurdalayarkən bir xeyli kampaniyaya ad düşündüyümü, bir neçə Azərbaycanda ilk sayıla biləcək işlərin olduğunu gördüm. Açığı çoxu da yadımdan çıxıb artıq. Və bundan sonrakıları unutmamaq üçün qərara gəldim ki, copywriting işlərimdən bəzilərini tapdıqca paylaşım.
Bunlardan isti-isti ən son olanı “İdealda nə baş verir?” adını verdiyim kampaniya olub. Kampaniyada mağazalarımızdan gün ərzində ən çox alış-veriş edən müştəri Türkiyəyə səyahət imkanı qazanırdı. Aksiya 4 gün davam etdi. Yalnız ideal kart sahiblərinə aid olan kampaniya “İdealda nə baş verir? Müştərilər yay istirahətini indidən qazanır” sloqanı ilə dizyan olundu.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketing AIR 14 üçün sloqan – Optimal Həllər
Artıq 14-cü dəfə keçirilən Marketing AİR praktiki marketinq təlimləri üçün yeni konsept mesajı düşündük. Marketinqin birbaşa və dolayı əlaqəli olduğu 3 böyük istiqamətə 14-cü təlimimizdə yeni istiqamət müəyyən etdik –
“Adverdiklərim” silsiləsindən: İdeal ilə Daha Gözəl Yay
Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən
“Vaxt var idi” davam edir
Yeni ildə yeni “vaxt var idi” konseptindən sonra 8 mart beynəlxalq qadınlar gününə özəl də bu konseptin davamını etmək qərarına gəldik. Konsept haqqında əvvəlki yazımda geniş qeyd etmişəm. Mart üçün


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun