Şəkilsiz yazılar #14 – 2025-ci ildə buraxmalı olduğumuz 5 xüsusiyyət
HBR çox maraqlı bir yazı yayımlayıb – 2026-cı ilə keçirməməli olduğumuz 5 xüsusiyyət.
Paylaşıram, çox faydalıdır;
1. Məşğul görünmə və ya çox məşğul olma
Daim məşğul olmaq, davamlı əməliyyatın içində boğulmaq, bütün işləri ard-arda calamaq qərarların keyfiyyətinə ciddi təsir edib səmərəliliyi azaldır, eyni zamanda dərin fokuslanmanın da qarşısını alır. Gündəlik ajandınızda olan bir çox işlər düzgün deleqasiya edilməlidir.
2. “Role overload” – Hamını razı salma istəyi
Hər şeyə və hamıya “hə” demək, hamıya yetişməyə çalışmaq, üzərinə özünə aid olmayan məsuliyyətlər almaq və yüklənmək ən qısa zamanda tükənmişlik sindromuna səbəb olur. Sağlam sərhədlər həmişə yaxşıdır.
3. Çox düşünmə və ertələmə
Artıq sübut olunub ki, çox düşünmə sonda etməməyə gətirib çıxarır. Ertələmə isə motivasiya əskikliyi yox, əksinə psixoloji problemdir. Odur ki, özümüzə sual verməliyik ki, hansı qərarları “ən yaxşı anı” gözləmədən indi də vermək olardı.
4. Davamlı əlçatan almaq
Hər şeyə çatmaq, hamı üçün əlçatan almaq da həmçinin mənəvi tükənməyə gətirib çıxarır.
5. Toksik pozitivlik
Liderliyini və indiyəqədərki statusunu qorumağa çalışmaq da tükənmişlik sindromuna səbəb olur. Hazırda nəsə düz getmirsə, əksini göstərməyə çalışmaq olmaz
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
İş mühitində lider-menecer balansı
Əziz dostlar, bugün Azərbaycanda biznes mühitində müşahidə etdiyim 2 xüsusiyyət haqqında yazacam. Düşünürəm ki, Siz özünüz də bu yazıdan sonra olduğunuz, işlədiyiniz komanda haqqında bəlkə də bu ana qədər “niyə
İşdə cəsarət
Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki,
Azərbaycanda böhran dövründə radio və internet (infoqrafika+müqayisə)
Bildiyiniz kimi bu ərəfələr böhran marketinqi üzrə araşdırmalar edirəm. Allahın köməkliyi ilə bu istiqamətdə kitab hazırlamağı düşünürük. O səbəbdən bloqumda da hissə-hissə bu haqda bəzi məlumatları Sizlə paylaşacam. Bu gün

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun