Təhsil bazarının gələcəyi

Təhsil bazarının gələcəyi

Hazırda dünyada 0,8 milyard insan oxuma-yazma bilmir. 7,4 milyrd insanın isə ali təhsili belə yoxdur. Qərbdə sürətlə təhsil bahalaşır. Get-gedə ali təhsil alan insanların sayı ümumi əhali nisbətində azalır. Bir sözlə, oxumaq insana mənəvi zənginlik bəxş etməklə yanaşı, getdikcə insandan maddi zənginlik də tələb edir.

2030-cu ilə qədər dünya təhsil bazarının 10 trilyon dollara çatacağı gözlənilir. Korporativ təhsil bazarı isə ümumi təhsil bazarının 6%-i həcmindədir. Təhsilin sağlamlıqdan sonra ikinci ən bahalı sektora çevriləcəyi gözlənilir. İnsanların təhsildə saat başına xərclədikləri pula görə 1950-ci illərlə müqayisədə hazırda bu rəqəm iki qatına çıxıb.

Bugün ortalama dərs saatı 40-45 dəqiqədir. Amma gedişat, Z nəslinin davranışlarının təhlili göstərir ki, bu vaxt get-gedə qısalır. Yəni insanların diqqətini 45 dəqiqə bir məcrada saxlamaq belə çətinləşir. O baxımdan mikro kontentlər, daha çevik öyrənmə metodları gələcəyin trendidir. Hətta mütəxəssislər deyir ki, tiktok tərzində, amma təhsil yönümlü platformaların daha böyük bazarı olacaq. Düşünürəm ki, bugün tiktoku lağ predmetinə çevirməkdə səhv edirik. Əksinə ondan düzgün istifadə edə bilsək, təkcə Azərbaycanda milyondan çox insana, gəncə xitab edə bilərik. Microsoft araşdırmasına görə insanların ilkin diqqətini çəkmək üçün maksimum 8 saniyəniz var. Bu da sektordan daha çevik və yaradıcı olmağı tələb edir.

Get-gedə artan qiymətlər fonunda AI əsaslı chatbotlar bir çox bahalı təhsil platformalarını əvəz edəcəyi düşünülür. (Replika AI nümunəsində)

P2P öyrənmə modeli (*insandan insana öyrənmə (person to person) getdikcə daha da populyarlaşmaqla, təhsil mərkəzlərinin bazar payına təsir edəcək. İnsanlar təcrübəli hesab etdikləri şəxslərdən birbaşa xidmət almağı bir neçə müddət, il və ya ay ərzində hər-hansı bir yerə getməkdən daha əlverişli və faydalı görürlər. Bu da o deməkdir ki, universitetlərə daxil olma faizləri azala bilər. Bu tendensiya həmçinin bazarda şəxsi mentorların, kouçların, fərdi konsultasiyaların artacağına işarədir.

Yeni nəsil öyrətmə metodu da dəyişməkdədir. Artıq müəllimlərdən təkcə kontent, məlumat ötürücü olmaq yox, daha artığı tələb edilir. Xarici ədəbiyyatlarda buna termin olaraq “facilitator” deyilir. (prosesi daha asan, daha vəziyyətə görə sadə dildə ötürə bilən, sürətli mənimsəməni təmin edəcək şəkildə izah edə bilən)

Təhsil trendlərini ümumiləşdirsək, 5 ana istiqamətin olacağı görünür;

  1. Oxumaq getdikcə bahalı olacaq
  2. Miktokontentlər liderlik edəcək
  3. P2P öyrənmə modeli daha da genişlənəcək, universitetlərə daxil olma faizi aşağı düşəcək
  4. Təhsildə AI texnologiyaları fasiləsiz öyrənməni daha da təşviq edəcək
  5. Ənənəvi öyrətmə modelləri də dəyişərək “facilitator” modelinə keçəcək
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Hazırda dünyada 0,8 milyard insan oxuma-yazma bilmir. 7,4 milyrd insanın isə ali təhsili belə yoxdur.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Gələcək Z nəsli ilə gələcək?

O vaxt məktəbdə oxuyanda tez-tez müəllimlərimizdən belə bir söz eşidərdik ki, “əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi”. İndi müasir dövrün müəllimləri ilə söhbət edəndə onlar adətən indiki nəslin “tərbiyəsindən”, “fərqli

Araşdırma 1Comments

Mobil ticarət bazarı və müştəri özəllikləri + (Statistika və infoqrafika)

Bu gün dünyanın bir çox araşdırma şirkətlərinin saytını ziyarət etmə fürsətim oldu. Həftəsonu olduğundan rahat-rahat xeyli yeni araşdırmalar oxuya bildim. Bu gün onlardan ən sürətli inkişaf edən trend – mobil

Araşdırma 0 Comments

Bakının kitab mağazaları – Kim Kimdir?!!!

Bu dəfə Bakıdakı kitab mağazalarından yazmaq istəyirəm. ˝Bugünün Marketinqi˝ kitabını 31 oktyabrda ilk dəfə DMC2015-də satışa çıxardıq. O gündən sonra fasilələrlə həmin kitabı şəhərimizin məşhur bütün kitab mağazalarına verdim. Hətta

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın