Ümumi baxış sayı 270 mini keçən 43 video bir yazıda

Ümumi baxış sayı 270 mini keçən 43 video bir yazıda

Hələ keçən ilin iyulunda fmr tv video postlar seriyasına başladığımız haqqında yazmışdım. İstəsəniz bu linkdən oxuya bilərsiniz. Mövzudan xəbərsiz olanlar üçün deyim ki, saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq, brendlər ilə əlaqəli video postlar hazırlayırıq. İndi rəqəmsal dünyada yaşayırıq və insanlar da çox məşğuldur. Video postlar isə son 2-3 ilin əvəzsiz və yüksələn trendi olmağa davam edir. Buna görə də biz dayanmadan sırf biznes və marketinqə aid video postlar hazırlayıb auditoriyamız üçün faydalı olmağa çalışırıq.

Ötən yazımda cəmi 14 belə video post hazırlamışdıq. Artıq fərəhlə deyə bilərəm ki, bu postların sayı 53 olub. Bunların 43-ü sırf tematik biznes, marketinq yönümlü video postlar, 10-u isə 10-15 dəqiqəlik verilişlərdir.

43 video post üzrə facemark.az-ın facebook səhifəsində toplam 158484 baxış sayı, youtube səhifəsində isə 93609 baxış almışıq. Toplam hər iki platformada baxış sayı isə 252093 olub.

10 veriliş üzrə toplam baxış sayı isə 22241 olub. Ümumi cəmdə isə toplam baxış sayımız 274 mini keçib. Bəli, biz başa düşürük ki, bu video seriyalar tematikdir, hər kəsin maraq dairəsini əhatə etmir. Amma eyni zamanda üzərimizdə olan maarifləndirmə missiyası, marketinqin təbliği üçün ilkin nəticələrimiz bizə sonrakı işlərimiz üçün daha da motivasiya verir. Facemark.az olaraq artıq 8 ildir ki, fəaliyyət göstəririk, 10 000-ə yaxın yazılı kontentimiz var. Bütün bunlar özlüyündə sektorda çalışan menecerlər üçün ciddi resusr sayıla bilər.

Ümumilikdə isə hazırladığımız video postları saytımızın youtube səhifəsindən və facebook səhifəsindən izləyə bilərsiniz. Bilməyənlər üçün onu da deyim ki, bizim facemark.az daxilində FM TV video kanalımız var. Burada isə 2013-cü ildən bu tərəfə keçirilən bütün forumların, çəkdiyimiz verilişlərin, eləcə də bu video postların hamısı (gündəm bölməsində) yer alır. Dayanmadan baxsanız 2 aylıq kontent var 🙂

Sponsorlar üçün hədəf kütləyə vuran ideal resursdur

Həmçinin onu da bildirim ki, biznes, marketinq sferasında fəaliyyət göstərən şirkətlər üçün video postlar seriyasına sponsor olmaq da çox effektiv ola bilər. 274000 izlənmə ən pis halda minimum 50-60 min unikal insan deməkdir. Və o insanlar ki, sizin birbaşa hədəf kütlənizdir. Düşünün ki, hər video post seriyasında sizin şirkətin dəstəyilə olduğu bildirilir və bu hər seriya 4-5 min olmaqla baxış sayı alır. Həqiqətən də birbaşa hədəfə vuran reklam imkanıdır.

Buyurun, sizin üçün bütün video postlarımızı (youtube linklərini) bir yazıda təqdim edirəm. Boş olanda sıra ilə baxın getsin 🙂

Facebook Comments

Editor review

Summary

43 video post üzrə facemark.az-ın facebook səhifəsində toplam 158484 baxış sayı, youtube səhifəsində isə 93609 baxış almışıq. Toplam hər iki platformada baxış sayı isə 252093 olub.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox

Araşdırma 0 Comments

Avtostop vs Sema Abiyeva – top 2 youtube kanalının təhlili

Socialbakerslə ortaq əməkdaşlığım çərçivəsində ilk araşdırma bloq yazımı ölkəmizin 4 məşhur bankının facebook səhifəsinin təhlili ilə başladım. Bu gün isə 2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan

“Ən Az Like” ən çox səs gətirdi və ya 152 qat artıq nəticə

Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın