Geyimimizə necə diqqət edək?!

“Sabah sənin üçün gərgin bir gün olacaq, Tom. Sabah ilk İdarə heyətinin iclasına gedəcəksən və sonra da səni yeni inşaat sahəsindəki mühəndisimiz və memarımızla tanış edəcəm.”

Bunu eşidər eşitməz Tomun ağlına ilk iki şey gəlir: sabah insanların onun haqqında nə fikirləşəcəyi və sabah ne geyinəcəyi.

İnsanlarla tanış olduğumuz ilk dəqiqələrdə bizim barəmizdə düşündükləri, görünüşümüzlə bağlıdır və tamamən geyimimizlə bağlıdır. İdarə heyətinin iclasına gedərkən geyindiyiniz paltarla inşaat sahəsinə getmək, inşaatda geydiyiniz uzunboğaz çəkmə ilə konsertə getmək qədər eynidir. Harada nə etdiyimiz böyük ölçüdə iş həyatımıza da təsir göstərir və geyimimizi, şərtlərə uyğun etmək məcburiyyətindəyik. Fərqli mühitdə isə fərqli geyimlər tələb olunur.

Təbii geyinmək deyilən bir şey yoxdur.

Geyindiyiniz hər şey, verdiyiniz bir qərarı təmsil edir və zövqünüz tərzinizin bir əksidir. İnsanlar sizi gördükləri an sizə geyiminizə uyğun münasibət görtərər. Sosial olaraq, sosial statusunuz haqqında ya da tanımağa dəyəcək maraqlı və xoş bir insan olub-olmadığınıza qərar verərlər.

Mühitə uyğun geyinmək

Ümumiyyətlə etik və geyim qaydalarına riayət etməyənlərə qarşı dilə gətirilməyən bir irad var. Standart olaraq “müvəffəqiyyət üçün geyin” uniforması yoxdur. Müvəffəqiyyətli insanlar xüsusi vəziyyətlərə və günlərə uyğun bir şəkildə geyinirlər. Xüsusi bir gün və ya vəziyyətdə təsirli bir görünüş yaratmaq üçün nə geyinəcəyinizi düşünərkən, özünüzə verməli olduğunuz bəzi suallar var:

· Mən kiməm və məni necə tanımalarını istəyirəm?

· Hardayam və ətrafımdakı insanlar kimlərdir?

Yaxın bir dostumun oğlunun ilk iş görüşməsindən danışmaq istəyirəm. O, Pennsilvania Universitetinin prestijli Wharton School of Business fakültəsini dərəcə ilə bitirib. O, bahalı mavi kostyum, eyni rəng köynək, timsah dərisin xatırladan kəmər, Gucci ayaqqabları və “tweety” quşlu bir qalstuk taxaraq Wall Street`in maliyyə institutlarından birinə iş görüşməsinə getdi. Anası bu geyimin onun xarakterini layiqincə təmsil etdiyini deyirdi, bəlkə də elə idi. Amma o işi qazana bilmədi.

Mühafizəkar bir atmosfera

Hüquq firmalarında, banklarda, investisiya şirkətlərində, mühasibat firmalarında və hökümət bürolarında işləyənlərdən inam aşılandığı üçün mühafizəkar və ənənəvi bir geyimdə geyinməkləri gözlənilir. Müştərilər, məsələn, vəkillərin avtoritar və özünə əmin görünmələrini istəyir. İndiki zamanda kostyum vacibdir və ya uniformadır. Amma burda da bəsit, lakin diqqət etmədiyimiz nüanslar var. Məsələn, saç və makiyaj qətiyyən şişirdilməməlidir. Aksessuarlara gəlincə isə incə bir qol saatı, qızıl və ya gümüş sırğalar uyğundur. Mirvari qaşlı sırğalardan da istifadə edə bilərsiniz. Kişilər sırğa taxmamalıdır. Makiyaj və saçlar səliqəli olmalıdır.

Yaxın zamanlarda mükəmməl bir şəkildə çox professional görünüşə malik olan vəkillə tanış olmuşam. Çox xoş görünüşü olan, gözəl rənglərdən ibarət mükəmməl bir geyimi var idi. Ancaq yaxınlaşdığım zaman üzündə heç bir makiyaj olmadığını gördüm. Əslində heçdə yaxşı bir hiss deyildi. Biz az əsəbləşdiyimi belə deyə bilərəm. İş qadınlarının ən azından günlük həyatlarında dodaq boyası və tuşdan istifadə etməlidirlər. Amma həddən çox makiyajdan istifadə etmək heç də xoş bir təsir bağışlamır, təbii ki.

Qadınlar çox yüksək və ya çox alçaq dabanlı ayaqqabılar geyinməməlidirlər, orta boylu xoş bir görünüş bağışlayan ayaqqabılardan istifadə etmək lazmdır. Üzərində müxtəlif rəsmlər olan koftalar da insanı ciddi iş görünüşündə uzaqlaşdırır. Təbii ki, buna uzun sırğalar, dar şalvarlar və çox daşlı – qaşlı qolbaqlar da aiddir.

Kişilər qolbaq, boyunbağı və ya sırğadan istifadə etməməlidirlər. Onların istifadə edə biləcəkləri ən yaxşı aksessuarlar gözəl bir saat, əgər evlidirsə, üzük də taxa bilər.

Daha Gündəlik Geyimlər

Geyim standartları satış sektorunda, reklam işlərində və ya hər hansısa digər işlərdə bir – birindən fərqlidir. Geyim insanlar üçün həm rahat olmalıdır, həm özünə inamlı göstərməlidir, həm də işlədiyi şirkəti təmsil edəcək qədər səliqəli və xoşagəlimli olmalıdır. Amma bəzi hallarda bunun üzərində çox dayanmaq lazım gəlməyə bilər. Məsələn, bir qadın bir-birinə uyğun olmayan bir pencək və şalvar geyinə bilər, lakin bu onun zövqsüzlüyünü yox, əksinə özündən əminliyini göstərər. Əgər bir insanın diqqətini sizin geyiminizdən çox makiyaj və ya aksesuarlarınız cəlb edirsə, o zaman siz bunlardan artıq istifadə etmisiniz deməkdir.

Moda, dekorasiya, jurnalistika kimi sahələrdə çalışırsınızsa bu zaman daha gözəçarpan geyimlərdən istifadə edə bilərsiniz. Fərqli parçalar, fərqli üslublar sizin öz üslubunuz olduğunun göstəricisi ola bilər.

Qeyri – rəsmi geyinmək

Əgər siz müəllim və ya həkimsinizsə, o zaman hər zaman çox xoş bir görüntünüz olmalıdır. Burada tam olaraq ciddi və ya sərbəst geyinmək kimi bir məcburiyyət yoxdur. Öz tərziniz necədirsə, elə də geyinə bilərsiniz. Amma çox qabarıq bir geyimlərdən və ya trendlərdən istifadə etməməyə çalışmaq lazımdır çünki bu çox vaxt ürküdücü ola bilər.

Qayda

İlk dəfə bir şirkətlə görüşə gedirsinizsə o zaman orada hər hansısa xüsüsi geyim üslubu olub, olmadığını öyrənməyə çalışın. Çünki ilk görüşməyə getdiyiniz bir yerdə çox fərqli və gözləntilərdən uzaq bir görünüşdə görünmək heç də xoş olmaz. Əgər bir xüsusi geyim üslubu olmasa belə orada işləyən insanların necə geyindiklərini izləmək lazımdır. O zaman ən azından bu barədə bir az anlayışınız olacaqdır. Bunu izləmənin yollarından biri oraya əvvəlcədən bir ziyarətçi kimi gedib müşahidə etməkdir. Bəzi hallarda yeni işçilər nə geyinəcəyi mövzusunda qərarsız qalırlar. Levi Strauss & Co və İnsan Resursları İdarə heyəti tərəfindən aparılan bir araşdırmanı nəzərinizə çatdırıram; Müasir ofis işçilərinin 90%-i rahat geyimə üstünlük verirlər.

Sosial yığıncaqlar

Əgər işlə bağlı bir dəvətə gedəcəksinizsə onda hər vəziyyətdə necə geyinməli olduğunuzu göstərməlisiniz. Ümumiyyətlə dəvətnamənin sağ tərəfdən alt hissədə geyimizin necə olmalı olduğu yazılır. Bundan əlavə illik bir iclasdırsa, insanlardan bundan öncəki illik iclasda nə cür geyindiklərini də soruşa bilərsiniz.

Əgər dəvətə bir paltar qaydası yazılıbsa çox güman ki, “qara qalstuk”, ya “qeyri-rəsmi” yada ki, “Yarı rəsmi” yazılar.

Qara qalstuk – hər mədəniyyət üçün ayrı bir məna ifadə edər. Bəzi yerlərdə məsələn, kişilər qara kostyum və nöqtəli bir qalstuk, qadınlar isə yerə qədər uzanan donlardan tutmuş, məxmər, səthin, ipək kimi parçalardan olan paltarlara qədər nümunə gətirmək olar. Qadınlar əlcək geyinmək məcburiyyətində deyillər. Əgər əlcək geyinsələr, görüşərkən qətiyyən əlcəklə əl uzatmamalıdırlar.

Qeyri-rəsmi ya da yarı rəsmi – kişilər üçün tünd rənglərdə bir kostyum, ağ köynək və tünd rənglərdə uyğun bir qalstukdur. Qadınlar isə uzun və ya qısa ətək üstünə də köynək ya da ki qısa kokteyl paltarı geyinə bilərlər. Rəsmi və qeyri-rəsmi bütün dəvətlərdə ayaqqabı gözəl və təmiz olmalıdır.

Patlar mövzusunda danışmaq

İnsanların ilk dəfə tanış olduqaları vaxt edə biləcəkləri ciddi səhvlərdən biri başqalarının paltarları haqqında uyğunsuz söhbətlər etməkdir.

· İş yerində insanların paltarlarından çox işlərinə iltifat edin

· Əgər kimsə sizin paltarınıza iltifat etsə “bəyəndiyinizə sevindim” deyə bilərsiniz.

· İnsanlardan paltarlarını haradan aldıqlarını soruşmayın.

· İnsanlardan paltarlarını neçəyə aldıqlarını isə qətiyyən soruşmayın, əgər kimsə sizdən soruşa ona “ xatırlamıram” cavabın verin

Yeni bir qarderob hazırlamaq

Mükəmməl görünmək üçün qarderobunuz mükəmməl olmalıdır. Gəlin, iş paltarlarıyla əlaqəli hamı tərəfindən bilinən bəzi şeylərdən danışım.

· Çox dəbli paltarlardan qaçının. Kariyeranıza nə yaraşırsa, o cür geyinin.

· İş üçün iki dəst “yaxşı” yoxsa bir dəst “mükmməl” paltar arasında qalmısınızsa, mən 1dəst “mükəmməli” seçməyinizi məsləhət görərdim.

Geyim hər bölgədə eyni deyil. Məsələn Filadelfia üçün çox uyğun olan bir paltar Los Angeles üçün həddindən artıq rəsmi ola bilər. New York üçün ən yaxşı rəng Miami üçün uyğunsuz ola bilər.

Hərəkət Planı

Gəlin, çox pul xərcləmədən bir qarderob yaradaq. Birinci addım mənim şəxsi olaraq heç sevmədiyim bir işdir: dolabı təmizləmək

· Böyük qalstukları, gündəlik kostyumları atın ya da kiməsə verin.

· Əyninizə gəlməyən paltarları qarderobunuzdan çıxarın.

· Əvvəllər sevdiyiniz paltarları şkafdan çıxardın.

Bu çıxarışları etdikdən sonra ikinci addım qalan əşyaları üç qrupa ayırmaqdır. Ən

yaxşı görünüşlülər, yəni yaxşı kostyumlar , köynəklər, ətəklər, qara şalvarlar və balıqçı yaxa koftalardır. İkinci qrupa dəyişikliyə ehtiyacı olanlardır: düymələrin dəyişdirmək və s. kimi. Üçüncü qrupda hələ yaxşı vəziyyətdə olmasına baxmayaraq geyməkdən bezdiklərinizdir. Əyninizə gəlirsə, heç bir problem yoxdursa, sadəcə geyməkdən yorulmusunuzsa, onda onuda dəyişikliyə ehtiyacı olanlar qrupuna qata bilərsiniz.

Alış veriş məqamında isə birinci keyfiyyəti nəzərə alın.

· Bir paltarın içi nə qədər yaxşı olsa, xaricdən də bir o qədər yaxşı görünər

· Rəngləri qüsursuz olmalıdır.

· Zəncirbənd (zamok) diqqətlə tikilmiş olmalıdır. Rahat hərəkət elədiyindən əmin olun.

· Pencək əyninizə tam oturmalıdır, beli qolları gen olmamalıdır.

· Bel, yaxalıq və ciblərlə uyğun olmalıdır.

· Pencəklərin içində də düymə olmalıdır.

Aksessuarlar

Kişilər üçün:

Kişilərin imicləri onlara çox şey qazandıra bilər. Kişilər kəmər seçimlərini timsah dərisindən yana etməlidirlər. Nişastalanmış ipək bir cib dəsmalından istifadə etməlidirlər. Aksessuarlara gəlincə kişi üçün ən uyğun aksessuar qol düymələri və saatdır. Saat seçimində də elektron saatlardan yan qaçmalıdırlar. Evlidirsə üzük taxa bilər, üzükdə brilliant qətiyyən olmamalıdır. Ümumiyyətlə iş dünyasında kişilər sırğa bilərzik, boyunbağı, rəngli üzük taxmamalıdırlar.

Qadınlar üçün:

Qadınların akssesuarları şal, kəmər və zinət əşyalarıdır. Əgər qadınlar şalı və ya şərfi düzgün taxa bilmirlərsə, onda onu heç taxmasalar daha yaxşıdır. Kəmər seçimində isə timsah dərisi seçməlidirlər. Bu siyasi baxımdan uyğunsuz olsa belə həmişə gözəl görünür. Ancaq incə bel bir xanımsınızsa, qalın kəmər taxa bilərsiniz. Zinət əşyalarına gəlincə isə kiçik ölçülü və sallanmayan sırğalardan, incə üzük, bilərzik, boyunbağıdan istifadə edə bilərsiniz. Üzüklərinizi çalışın hər zaman sol əlinizə taxın ki, salamlaşanda əliniz ağrımasın. Zinət əşyalarınız gözəbatan olmamalıdır. Zümrüdlərinizi böyük ballara saxlayın. Kürk geyinmək isə yalnız İslandiyada uyğundur oda ki “müvəffəqiyyətli” kimi yox “özündən razılıq” kimi başa düşülür.

Ayaqqabılar

Ayaqqabı elə vacib aksessuardır ki, özəl bir diqqətə layiqdir. Ümumiyyətlə ayqqabımıza həmişə özümüzdən çox başqaları diqqət yetirir. Ayaqqabınız ilk növbədə rahat olmalıdır. Çalışın hər zaman təmiz dəri olan ayaqqabıları alın. Qadınların ayaqqabıları nə çox hündür, nədəki tamam yerdən olmamalıdır. Ən yaxşısı orta hündürlükdə olan ayaqqabılardır.

Aşağıdakılar, özəlliklə kişilər üçün ip ucları verir

· Ayaqqabı nə qədər qəşəng olarsa, topuğu bir o qədər incə olar.

· Ayaqqabının üstü həqiqi dəri olmalıdır və bağcıqları üçün dört cüt dəlik olmalıdır.

· Bağcıqlı ayaqqabılara oxfords deyilir

· Qara ayaqqabılar daha rəsmidir və cizgili paltarlar üçün uyğundur.

· Klassik makosin tipli ayaqqabılar iş üçün tamamən uyğundur və hər şeylə geyinə biləcəksiniz, özəlliklədə tünd mavi kostyumla çox yaraşıqlı olacaqsınız.

Bir mağazalar zəncirinin mənə verdiyi bir məsləhəti sizlərlə bölüşürəm. O mənə “Bir insanla tanış olanda ilk onun ayaqqabılarına və çantasına bax və nə ilə məşğul olduğunu biləcəksən” demişdi. Çalışın ayaqqabınıza daha çox diqqət göstərəsiniz.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

İdeal PR ağ da olur, qara da və ya süd verən inəyi kəsəkmi?!!!

Ox yaydan çıxıb payıza keçirdi ki, marketinq aləmində Milla canlanma yaratdı. Səssizliyi yenə sosial mediadakı paylaşımlar pozdu. Yəqin artıq çoxlarınız Milla üçün çəkilən bu reklamı görmüsünüz. Ümumiyyətlə bu iş sosial

Marketinq 0 Comments

Böhrandan Yeni Dövrana – bütün kitab mağazalarında

Əziz dostlar, bildiyiniz kimi bu ilki Milli Marketinq Forumuna özəl olaraq “Böhrandan Yeni Dövrana” adlı 2-ci kitabımız işıq üzü gördü. Biz ilk dəfə bu kitabı forum günü satışa çıxardıq. Çox

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın