Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili
Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır. Artıq qrupun 11300-dən çox üzvü var. Qrupda 10-dək admin var, onlar gündəlik prosesləri nəzarətdə saxlayır, eyni zamanda ilboyu fərqli marketinq aktivlikləri təşkil edirlər. Əminliklə deyə bilərik ki, bugünə marketinq haqqında ən böyük müzakirə platformaları içərisində birincidir.
Həmişə düşünürdük ki, üzvlərin sayı get-gedə artır. Bir gün mütləq qrupun profilini çıxarmaq lazımdır. Həm özümüz üçün bilməliyik ki, kimlər üzvdür, hansı təhsil müəssisələrini bitiriblər, hansı şirkətlərdə çalışır və hansı yaşa aralığını əhatə edirlər. Amma bilirsiniz ki, bu iş olduqca çətin və zəhmət tələb edir. Buna baxmayaraq facemark.az əməkdaşları 2 aydır ki, 11300 şəxsin hər biri üzrə maksimum fb profillərindən məlumat almağa çalışıblar. Nəhayət ötən gün bu proses başa çatdı. 11000-ə yaxın adamın excell faylda hər birinin adı soyadı, cinsi, iş yeri, təhsil aldığı yer və yaşı qeyd edilib. Sonsuz zəhmətlərinə görə Qəmzə xanıma və Qaragöz xanıma təşəkkür edirəm. Eyni zamanda böyük excell faylının təhlilində və funksiyaların istifadəsində köməyinə görə Vüqar Musayevə təşəkkür edirəm.
Qrup üzvlərinin təhlili nə üçün lazımdır?
Əvvəla onu deyək ki, 11000 üzvün olduğu bu qrup bağlı qrupdur. Yəni insanlar buraya ancaq qəbul olmaq haqqında müraciətləri adminlər tərəfindən təsdiq edildikdən sonra mümkün olur. Adminlər də maksimum çalışır ki, feyk profillər və qrupun qaydalarına uyğun olmayan üzvlər olmasın. Üzv qəbulun çoxluq profilində iş yerini qeyd edənlərə, sonrakı mərhələdə isə tələbələrə verilir. O vaxt tələbələrin qrupda olmasını mənfi hal kimi göstərən dostlarımız var idi. Bugün qrupun yaranmasından 5 il keçir. Hər ötən ildə öncəki il tələbə olanlar artıq işə başlayırlar. Tələbələr də ilkin fazada ola bilsin ancaq müşahidə edər, öyrənər, amma daha sonra onlar da proseslərin aktiv iştirakçılarına çevrilirlər. Mən çox əminəm ki, bizdən sonra yetişən yeni nəsil tələbələr marketinqi bizdən daha çox-çox irəli aparacaqlar. Biz sadəcə düzgün istiqamət verməklə onlarla kömək etmiş olarıq. Bundan da əlavə şirkətlər üçün bu qədər adamın olduğu auditoriyanın tərkibi maraqlı gələ bilər. İstər fikir paylaşımında, istər işçi axtarışında, suallara cavab tapmaqda, məhsul və xidmətlərini təklif etmədə və s.
Beləliklə, biz hansı kriteriyalar üzrə qrup üzvlərinin statistikasını verəcəyik?!
- Cins
- Yaş aralığı
- Təhsil
- İşlədikləri şirkətlər
Gördüyümüz kimi qrup üzvləri arasında kişilər üstünlük təşkil edir. Təxmini 7000 nəfər kişi üzvümüz var. Nəzərə alsaq ki, facebookun azərbaycandakı üzvləri arasında da kişilər üstünlük təşkil edir, ona görə bu halı hardasa normal saymaq olar.
Yuxarıdakı infoqrafika üzrə gördüyünüz kimi, qrupun 60%-ə qədəri 30 yaşadək olanlardır. Qalan 40% isə 30-dan çox olanlardır. Bu arada onu deyim ki, qrup üzvlərinin 50%-dən çoxunda yaş qeyd edilmədiyi və ya dostluqda olmadığı üçün doğum tarixinə baxmaq mümkün olmadı. Qrupun yarısından çoxunun bu səbəbə görə doğum tarixini müəyyən etmək olmadı. Ancaq kimləri ki, mümkün olub, onların yaş aralıqları yuxarıdakı şəkildəki kimidir. İnsanlar karyeraların əsasən universiteti bitirəndən sonra başlayır ki, bu yaş aralığı 21-30 qrupda ən çox olanlardır – 47%. 30-dan çox olanlar da 41% faizdir. Demək ki, qrup üzvləri arasında təcrübəli və yeni karyeraya başlayanlar arasında da bərabər qanunauyğunluq var.
P.S.
Növbəti bloq yazısında isə Siz qrup üzvlərinin hansı universitetləri bitirdiklərini biləcəksiniz. Təkcə universitet adını deyil, onların yerli və xarici olmaqla qruplaşdırılmasını, hər universitet üzrə neçə nəfər qrup üzvü olmasını və s. Məncə 2-ci hissə də çox maraqlı olacaq.
Yazar haqqında
Editor review
Summary
Həmişə düşünürdük ki, üzvlərin sayı get-gedə artır. Bir gün mütləq qrupun profilini çıxarmaq lazımdır. Həm özümüz üçün bilməliyik ki, kimlər üzvdür, hansı təhsil müəssisələrini bitiriblər, hansı şirkətlərdə çalışır və hansı yaşa aralığını əhatə edirlər.
Həmçinin oxuya bilərsiniz
Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başladıq
Əziz dostlar, bu yaxınlarda Linkedin-dən dostluq etdiyimiz Elcan Məmmədov elə linkedin üzərindən mənə bir təklif göndərdi. Xatırladım ki, Elcan bəy Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı Təlim Mərkəzinin rəhbəridir.
Faktlarla Facebook qalmaqalı. Bağlansa nə baş verər?
Yəqin hamınız məlum hadisədən xəbərdarsınız. Xəbəri olmayanlar üçün qısa arayış keçim. Facebookun əməkdaşlıq etdiyi şirkətlərdən biri – Cambridge Analytica deyilənə görə facebookun da icazəsi olmadan 50 milyon insana aid məlumatlardan
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun