12 dəfə keçirilmiş Marketinq AIR məzunları təhlili

12 dəfə keçirilmiş Marketinq AIR məzunları təhlili

6 il – 240 şirkət – 490 məzun

Bu ilin martında 12-ci Marketing AIR praktiki marketinq təlimlərini başa vurduq. 2012-ci ildə Anar Bayramov, İlkin Manafov və mənim iştirakımla böyük həyəcan və istəklə yaratdığımız Marketing AIR-in bugün düz 490 məzunu var. 490 nəfərdən cəmi 13 nəfər işləmir. 5 nəfər isə hazırda tələbədir. Təxminən 40-a yaxın məzunun isə hazırkı iş yeri barədə məlumat linkedin və ya fb səhifəsində qeyd edilmədiyindən öyrənə bilməmişik. Gördüyünüz kimi 90%-dək məzunlar hazırda Azərbaycanın yerli və xarici şitkətlərində çalışırlar. Ümumilikdə isə AIR-də iştirak edən işləyən məzunlar toplam Azərbaycanda 240 şirkəti təmsil edir. 

Hər il AIR bitdikcə Anar müəllim, iştirakçıların bütün məlumatlarını özündə birləşdirən pivot cədvəllər hazırlayır. Bu il də xahiş etdik ki, 12 AIR üzrə bu cədvəli hazırlasın ki, tam mənzərəni sonuncu məlumatadək dəqiq bilək. Təsəvvür edin Anar müəllim oturub bir-bir 12 AIR iştirakçı siyahısını birləşdirib, iştirakçıların mailləri, telefon nömrələri, AIR-ə başlayarkən və hazırkı iş yerləri, hətta facebook profil linklərini belə əlavə edib. Çox dəyərli məlumatdır. Bizim qrupun maliyyə müdiri elə Anar müəllim olduğu üçün bu çətin və şərəfli işi də ona tapşırmışdıq. 🙂 Fürsətdən istifadə edib şəxsinə özüm və Manafovun adından dərin hörmətlərimi çatdırıram.

Bu yazıda mən Sizinlə maraqlı infoqrafikalar paylaşacam. Bu məlumatlar sayəsində biz biləcəyik ki, indiyədək iştirak edənlər arasında işləyən-işləməyən nisbəti nə qədərdir, işləyənlər əsasən hansı sektoru təmsil edir, hansı şirkətlərin nümayəndələri təlimlərimizdə olub və ən əsası da məzunlarımız əsasən hansı vəzifələri tuturlar. 

1. İlk olaraq baxaq görək 1-12 AIR-in hər birində nə qədər iştirakçı olub

12 AIR hamısı

Toplam: 490 nəfər

2. AIR məzunları hansı sektorlarda çalışırlar?

1

Bütün məzunlar 56 fərqli sektorda çalışır

3. AIR məzunları əsasən hansı vəzifələrdə çalışırlar?

Məzunların 92.3%-i əsas 10 vəzifədə çalışır

Məzunların ümumən çalışdığı vəzifələr

Bu arada onu qeyd edim ki, 490 nəfərdən müxtəlif sahələrdə çalışan menecerlərin hamısını bir xanada – menecer başlığı altında topladım. Bu başlıq altında event menecer, project manager, biznesin inkişafı üzrə menecer və s. bu kimi bildiyiniz bütün vəzifələr var. Nəticələrdən də görürük ki, 46.7% məzunlarımız menecerlər, 2-ci yerdə 14%-lə marketinq mütəxəssisləri, 3-cü yerdə isə 12.5%-lə şirkət direktorları, CEO-lardır. Qeyd etməliyəm ki, son zamanlar şirkət rəhbərləri, HR-lar və eləcə də yan ixtisaslardan da marketinqə böyük maraq var. Ən azı marketinq şöbəsinin funksiyasını, fəaliyyətini qiymətləndirmə kriteriyalarını öyrənmək üçün xeyli sayda gələnlər var.

4. AIR məzunlarının çalışdığı şirkətlərin siyahısı

Marketing AIR məzunlarının çalışdığı şirkətlər

Son söz əvəzi:

Marketing AIR – 6 il – 240 şirkət – 490 məzun. AIR olaraq bu illər ərzində bizə dəstək olan elə birinci növbədə məzunlarımıza, Azərbaycan Marketinq Cəmiyyətinə, Dəmirçi Plazaya, son AIR-lər satış hüquqlarını tam olaraq verdiyimiz SAT Group şirkətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz hamımız birlikdə bu ölkənin daha güclü olması üçün çalışdığımıza inanırıq. Bundan sonra da fəaliyyətimizi davam etdirməyə inşallah gücümüz çatar.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

6 il – 240 şirkət – 490 məzun

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Bugünün Marketinqi 2-dən xəbər var!

Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından

Tədbirlər 0 Comments

MMF2013-də 30 manatın sirri

29-30 may 2013-cü il Azərbaycanda marketinq sahəsində bir İLK yaşandı. Bu haqda artıq günlərdir ki, danışırıq, müzakirələr aparırıq. Gedişatı facebookdan hamımız izlədik. Forumdan da artıq 10 gün keçir. Açığı yorğunluqdan

Tədbirlər 0 Comments

“Marketoloq biznesin həkimidir” logo yarışması

Marketing AİR olaraq bizə həmişə dəstək verən Azərbaycan Marketinq Cəmiyyəti yeni yarışma başladıb. Yarışma kifayət qədər maraqlı və kreativ bir yanaşma üzərində qurulub. Bu fikri biz AMC-nin ofisində Rəhim müəllimdən

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın