12 dəfə keçirilmiş Marketinq AIR məzunları təhlili
6 il – 240 şirkət – 490 məzun
Bu ilin martında 12-ci Marketing AIR praktiki marketinq təlimlərini başa vurduq. 2012-ci ildə Anar Bayramov, İlkin Manafov və mənim iştirakımla böyük həyəcan və istəklə yaratdığımız Marketing AIR-in bugün düz 490 məzunu var. 490 nəfərdən cəmi 13 nəfər işləmir. 5 nəfər isə hazırda tələbədir. Təxminən 40-a yaxın məzunun isə hazırkı iş yeri barədə məlumat linkedin və ya fb səhifəsində qeyd edilmədiyindən öyrənə bilməmişik. Gördüyünüz kimi 90%-dək məzunlar hazırda Azərbaycanın yerli və xarici şitkətlərində çalışırlar. Ümumilikdə isə AIR-də iştirak edən işləyən məzunlar toplam Azərbaycanda 240 şirkəti təmsil edir.
Hər il AIR bitdikcə Anar müəllim, iştirakçıların bütün məlumatlarını özündə birləşdirən pivot cədvəllər hazırlayır. Bu il də xahiş etdik ki, 12 AIR üzrə bu cədvəli hazırlasın ki, tam mənzərəni sonuncu məlumatadək dəqiq bilək. Təsəvvür edin Anar müəllim oturub bir-bir 12 AIR iştirakçı siyahısını birləşdirib, iştirakçıların mailləri, telefon nömrələri, AIR-ə başlayarkən və hazırkı iş yerləri, hətta facebook profil linklərini belə əlavə edib. Çox dəyərli məlumatdır. Bizim qrupun maliyyə müdiri elə Anar müəllim olduğu üçün bu çətin və şərəfli işi də ona tapşırmışdıq. 🙂 Fürsətdən istifadə edib şəxsinə özüm və Manafovun adından dərin hörmətlərimi çatdırıram.
Bu yazıda mən Sizinlə maraqlı infoqrafikalar paylaşacam. Bu məlumatlar sayəsində biz biləcəyik ki, indiyədək iştirak edənlər arasında işləyən-işləməyən nisbəti nə qədərdir, işləyənlər əsasən hansı sektoru təmsil edir, hansı şirkətlərin nümayəndələri təlimlərimizdə olub və ən əsası da məzunlarımız əsasən hansı vəzifələri tuturlar.
1. İlk olaraq baxaq görək 1-12 AIR-in hər birində nə qədər iştirakçı olub
2. AIR məzunları hansı sektorlarda çalışırlar?
Bütün məzunlar 56 fərqli sektorda çalışır
3. AIR məzunları əsasən hansı vəzifələrdə çalışırlar?
Bu arada onu qeyd edim ki, 490 nəfərdən müxtəlif sahələrdə çalışan menecerlərin hamısını bir xanada – menecer başlığı altında topladım. Bu başlıq altında event menecer, project manager, biznesin inkişafı üzrə menecer və s. bu kimi bildiyiniz bütün vəzifələr var. Nəticələrdən də görürük ki, 46.7% məzunlarımız menecerlər, 2-ci yerdə 14%-lə marketinq mütəxəssisləri, 3-cü yerdə isə 12.5%-lə şirkət direktorları, CEO-lardır. Qeyd etməliyəm ki, son zamanlar şirkət rəhbərləri, HR-lar və eləcə də yan ixtisaslardan da marketinqə böyük maraq var. Ən azı marketinq şöbəsinin funksiyasını, fəaliyyətini qiymətləndirmə kriteriyalarını öyrənmək üçün xeyli sayda gələnlər var.
4. AIR məzunlarının çalışdığı şirkətlərin siyahısı
Son söz əvəzi:
Marketing AIR – 6 il – 240 şirkət – 490 məzun. AIR olaraq bu illər ərzində bizə dəstək olan elə birinci növbədə məzunlarımıza, Azərbaycan Marketinq Cəmiyyətinə, Dəmirçi Plazaya, son AIR-lər satış hüquqlarını tam olaraq verdiyimiz SAT Group şirkətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz hamımız birlikdə bu ölkənin daha güclü olması üçün çalışdığımıza inanırıq. Bundan sonra da fəaliyyətimizi davam etdirməyə inşallah gücümüz çatar.
Yazar haqqında
Editor review
Summary
6 il – 240 şirkət – 490 məzun
Həmçinin oxuya bilərsiniz
Marketinq Azərbaycan qrupunun yeni qaydaları və yenilikləri
Əziz dostlar və Marketinq Azərbaycan qrupunun üzvləri. Bildiyiniz kimi 18 sentyabrda qrupun yarandığı vaxtdan bu tərəfə adminlərinin ilk toplantısı keçirildi. Görüşdə çox önəmli qərarlar və dəyişikliklər edildi. Sizə qısa olaraq
Forumun kitabı da var – Böhrandan Yeni Dövrana
Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz
FIF2017-dən xatirə qalanlar
Maliyyə və İnvestisiya Forumundan öncə 5 illik MMF, DMC təcrübəmiz vardı. Amma bunlar öz ixtisasımız idi. Sonra ilk dəfə maliyyə sahəsində də özümüzü sınamağa cəhd etdik. Artıq bu cəhdin reallaşmasından







Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun