20 il öncəyə həftəsonu ziyarətim

20 il öncəyə həftəsonu ziyarətim

Bu gün bazar günüdür. Çoxdandır ki, etmək istədiyim, lakin heç cür risk edib o qədər külliyatın içinə girmək istəmədiyim bir işim var idi. Nəhayət bu gün 20 ildən də qədim olan arxivimi zirzəmidən kitab rəfimə endirmək qərarına gəldim. Bu gün həftəsonu əhval-ruhiyyəsinə uyğun olaraq marketinqdən uzaq və bizi bir az uzaqlara aparacaq bəzi şəkilləri, xatirələri paylaşmaq istəyirəm. Bura köhnə dərsliklər, kitablar, köhnə stildə olan dəftərlər və s. daxildir. Siz də diqqətlə baxın, məndən də böyük nəslə yaxşı tanış olan kitabları görəcəksiniz, xoş olacaq.

Məlumat üçün deyim ki, özümü biləndən üzərində yazı yazdığım hər şeyi saxlamışam. O cümlədən 1-ci sinif dəftər və kitablarımdan bu tərəfə hər şey. Təəssüf ki, o zaman anam necə oldusa, 3-cü sinifə qədər olan hər şeyi atmışdı. Bu mənə çox pis təsir etmişdi. Amma ondan sonra, yəni 4-cü sinifdən bu tərəfə hər şeyi saxlamışam, hətta xatirə dəftərini də 🙂 Bu gün facebookda dostluğumda sinif yoldaşlarım da var. Onlara da maraqlı olacaq 🙂

Başlayaq kitablardan. O vaxt bizim evdə kitabxana yox idi. Amma kitabları çox sevirdim. Balaca kitabxana isə dayımgildə var idi. Tez-tez ora gedəndə ordakı kitablardan gətirib başa düşdüm-düşmədim oxuyardım. Məsələn, yadınıza gələr üzü palıd rəngdə “Uşaq Ensiklopediyası” var idi. Böyük, qalın kitab idi, 4-cü sinifdə oxumağa başlayıb 6-nın axırları bitirmişdim və oradan etdiyim qeydlər indi də dəftərimdə durur. Çox istəyirdim ki, bizim evimizdə də kitabxana olsun. Bunu elə 20 il sonra reallaşdıra bildim, indi təxminən 1500 kitablıq balaca kitabxanam var. Amma Allah qismət etsə, bacara bildiyim qədər böyüdəcəm. Təxminən şəhərin 6 uşaq kitabxanasına üzv olmuşdum, kitabları həftəlik verirdilər. Hərəsindən 1 dənə götürəndə həftəyə 6 kitab edirdi. Kefdə idim. O gündən bura bütün oxuduğum kitabların adlarını qeyd edirəm. O vaxt kitabxanada kitab oxuyanda bir də görürdün ki, kimsə vərəqə belə bir yazı yazıb: ” Bu səhifəni oxuyan Həmidzadə N. müəllifə qarşı hazırda çox acıqlıdır. Həmidzadə N. Bakı, 1968-ci il” İl 1996. Qeyd edilib 1968-ci ildə. 28 il öncə. Bilmirsən, görəsən o adam sağdırmı, sağdırsa, haradadır. İndi aparıb o səhifəni ona göstərsən, nə hiss keçirdər və s. Ona görə məndə də kitablara qeydlər etmək marağı yarandı ki, bir zaman qismət olsa, 20 il sonra açıb mən də baxaram. Bu gün məhz 20 il öncənin kitab, dəftərlərindən yazacam.

20160522_160513

ŞƏKİL 1

Şəkildə gördüyünüz kiril əlifbası ilə olan ədəbiyyat kitabı 1983-cü ildə yazılıb. Sovet dövrünün uşaqları bu kitabı yaxşı xatırlayar. Kitabda partiya və ədəbiyyat silsiləsindən xeyli yazı var. Yazıçılardan isə Cəfər Cabbarlı, Hüseyn Cavid, M.S. Ordubadi, Süleyman Rüstəm, Səməd Vurğun, Süleyman Rəhimov, Məmməd Rahim, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov, Maksim Qorki haqqında yazılıb.  3-4-cü sinif kirilcə Təbiətşünaslıq kitabını şəxsən özüm məktəbdə keçmişəm. Latınca dərslik çatışmırdı deyə, o kitabdan keçirdik. 1992-ci il nəşridir.XX əsrin siyasi tarixi isə dəyərli dostum, müəllimim Hakim Qəmbərovun hədiyyəsidir. İçərisində ona aid olmasına dair yazı da var. Baxanda çox xoş oldu, 1993-cü ilin kitabıdır. 1989-cu ilin ƏN YENİ TARİX kitabı da başdan ayağa sovet təbliğatına həsr edilib, hardan gəlib mənə çatıb yadıma sala bilmirəm. Azərbaycan tarixi 10 və 11-ci sinif 2003-cü il buraxılışıdır. Məktəbi bitirhabitirdə bu kitabdan keçirdik.

2-ci şəkildə gördüyünüz kitablardan M.S.Ordubadinin 2-ci və 3-cü cild kitabları 1964-cü il buraxılışıdır. Kitabın 52 yaşı var 🙂 Sevinirəm ki, kirilcə də olsa, məktəb vaxtı onları oxuyub bitirmişəm. Manaf Süleymanovun kitabı isə o zaman oxuduğum və ən çox sevdiyim kitab idi, 1989-cu il buraxılışıdır. Aşağıda isə 1997-ci ildə nəşr olunan və şəxsi dərs kitabım olan İqtisadiyyatın Əsasları, 2000-ci ildə dərslik kimi istifadə etdiyim Ümumi Bilogiya və 9-cu sinif yeni tarix kitablarıdır. Vərəqlərinə baxanda parta yoldaşlarımın maraqlı şəkillərinə də rast gəlmək olur 🙂

ŞƏKİL 2

ŞƏKİL 2

3-cü şəkilin maraqlı tarixçəsi var. 4-cü sinifdə evimizin yanındakı Şuşa Kinoteatrında indi mənasını başa düşdüyüm missionerlər gəlmişdi. Kinoteatr hələ o vaxtdan fəaliyyətsiz idi deyə, oranı səhər kirayə götürüb təbliğat aparırdılar. Bu kitabları da o vaxt, 1996-cı ildə mənə hədiyyə etmişdilər. Uşaq bibliyası o vaxt üçün bizim heç görmədiyimiz nəfis tərtibatda idi. Çox diqqətimizi çəkmişdi. Qısası bilirlər adamı necə cəlb etmək olar. İndi baxıram uşaq vaxtı paşam demiş girmədiyim kol dibi qalmayıb 🙂 Biz tərəflərdə və eləcə də rayonlarda çox aktiv idilər, müstəqilliyin ilk illəri olan boşluqdan yaxşı istifadə etmişdilər, qapı-qapı gəzib adamları kinoya falan baxaq adı ilə cəlb edirdilər. Amma yenə də nəsə oxuyub öyrənmişdik. Parallel olaraq da o dövr üçün latın dilində tapmasaq da İslama aid kirilcə fərqli müəllifləri də oxumağa fürsət tapmışdım. İndi hələ dini məsələlərin içindən çıxmaq müşkül gəlir mənə, maraqlıdır ki, o vaxt oxuyanda nə hisslər keçirmişəm. 1995-ci ildə Azərbaycan dilində İncil düşünün ki, 50 000 tirajla çap edilib. Bu gün Azərbaycanda müəllif 1000 tirajla zorla kitab satır.

20160522_163842

ŞƏKİL 3

 4-cü şəkildə İsmayıl Şıxlı 1985-ci il, Qətl Günü 1987-ci il,  Süleyman Rəhimovun Mehmanı 1957-ci il, Əliağa Vahidin Qəzəlləri 1956-cı il, Məhəmməd Hadi 1962-ci il, Maqsud İbrahimbəyovun Bütün Yaxşılıqlara Ölüm 1993-cü il,  Makulunun Səttarxanı 1957-ci il, Azərnəşrin Ərəb hekayələri 1958-ci il buraxılışıdır. Kitabların hamısı atamdan da böyükdür 🙂 İndi fikirləşirəm, yaxşı ki, atmamışam, zirzəmidə də olsa, saxlamışam. Yeni kitablarımın arasında maraqlı görünəcək. Ərəb hekayələrinin içində belə bir yazı da var. “kitab Rafiq Vəliyevə məxsusdur. 1 may 1997-ci il” 🙂

20160522_165952

ŞƏKİL 4

İndi isə keçək dəftərlərə.

O vaxtın dəftərləri hamının yadına gələr. Türk kanallarının “xod gedən” vaxtı üzəri türk ulduzlarının şəkilləri ilə dolu olan dəftərlər daha dəb idi. Hamımız ondan alardıq. Mən hələ gündəlikləri demirəm. Xatirə dəftərlərinin isə yeri bir ayrıdır. Bugün mənəm-mənəm deyən çox adamın o vaxt xatirə dəftəri olurdu. Nə isə, çox uzatmadan şəkilləri bir-bir yükləyim danışaq.

Şəkil 5-də Siz o zamankı dəftərlərin üz qapaqlarının necə olduğunu görə bilərsiniz. Təxminən 1996-1997-ci illər idi.

Şəkil 6-da 5, 6-cı sinif dəftərlərimin iç səhifələrindən görüntülər var. O dövrün saqqızlarından çıxan şəkilləri də görürsünüz 🙂

Şəkil 7-də 4-cü sinifdən 11-ci sinifə kimi olan gündəliklərimi görürsünüz. İllər keçdikcə gündəlik üzləri də dəyişib. İrəlidəki şəkillərdə gündəliyin içindən maraqlı şəkillər görə bilərsiniz.

Məsələn, 9-cu və 12-ci şəkildə o vaxt bizdən məktəbdə yığılan pulların siyahısı var 🙂 Maraqlı bölgüdür. Süpürgə rules 🙂 Bunlar fərqli illərdə yığılan pullardır.

13-cü şəkildə 4-cü və 5-ci sinif gündəliklərimdə pis xəttimə və dərsdə özümü nadinc apardığıma görə müəllimin xəbərdarlıqları var 🙂 Xəttə bax, ilahi.

17-ci şəkildə isə adi gündəlik səhifəsini və o zaman ən sevdiyim müəllimələrdən olan ingilis dili müəllimim Zülfiyyə müəllimədən aldığım 5+5+5 var. Deyəsən, 5-ci sinif gündəliyimdir, 1997-ci il, 19 il öncə. 🙂

İndi isə ən maraqlı bölmə – xatirə dəftərinə gələk. Çoxunuza tanış suallar, tanış hisslər. Uşaqlıq idi, hamı tuturdu, biz də onu kimi. Guya Sizdə yox idi ki? 🙂

8, 10, 11, 14, 15, 16-cı şəkillərdə multik xatirə dəftərindən maraqlı görüntülər var 🙂 Adam lap utanır, ama “ama nağaraq gərək paylaşmalıyıq” da ki, gənclər də görsünlər. İndi texnologiya əsridir, mən Sizə 1996-cı ildən danışıram. Saqqızı şəklinə görə aldığımız vaxtlar idi. Ancaq biz olardıq ki, öz sinif yoldaşına, bir məktəbdə oxuduğun sinif yoldaşına “hansı məktəbdə oxuyursan” sualı verə bilərdik. 🙂

Bax belə, bugünlük bu qədər. Bu dəfə sadəcə xatirələrimi paylaşdım. Paylaşmağı sevirəm. Paylaşmadığım isə pis dostlarım, pis xatirələrimdir. Növbəti yazıma qədər isə çalışın salamat qalın, dilinizdən və cibinizdən muğayat olun 🙂

001

Şəkil 5

002

Şəkil 6

003

Şəkil 7

004

Şəkil 8

005

Şəkil 9

006

Şəkil 10

007

Şəkil 11

 

 

 

008

Şəkil 12

009

Şəkil 13

010

Şəkil 14

011

Şəkil 15

012

Şəkil 16

013

Şəkil 17

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bu gün həftəsonu əhval-ruhiyyəsinə uyğun olaraq marketinqdən uzaq və bizi bir az uzaqlara aparacaq bəzi şəkilləri, xatirələri paylaşmaq istəyirəm. Bura köhnə dərsliklər, kitablar, köhnə stildə olan dəftərlər və s. daxildir. Siz də diqqətlə baxın, məndən də böyük nəslə yaxşı tanış olan kitabları görəcəksiniz, xoş olacaq.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Teymur paşama aid 44 ˝hikmətli kəlam˝

Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu

Sərbəst 0 Comments

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

İnsan ölməmişdən qabaq onun xatirələri ölür. Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı

Sərbəst 0 Comments

Şəkilsiz yazılar seriyası #11 – 𝟐𝟎𝟐𝟐-𝐜𝐢 𝐢𝐥𝐢𝐧 𝐲𝐚𝐫𝐚𝐭𝐝ığı 𝐯ə 𝐦əş𝐡𝐮𝐫 𝐞𝐭𝐝𝐢𝐲𝐢 𝐭𝐞𝐫𝐦𝐢𝐧𝐥ə𝐫

2022-ci il bitir, amma dünya iqtisadiyyatı üçün bir çox yeni terminləri də özü ilə bərabər məşhur edib. Bir çox termin əvvəllər ola bilsin, istifadə edilib, amma 2022-ci il qədər geniş

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın