3 sentyabrda niyə #yigishiriq ?

Səbəbkarı tanıyaq.
Marketinq Azərbaycan qrupunun yaranmasının 2 ili tamam olur. Bu münasibətlə 03 sentyabr Dəmirçi Plaza 25-ci mərtəbədə qrupun 2 illiyini qeyd edəcəyik. Qrupun yaranmasının tarixçəsi barədə daha əvvəllər bir bloqumda yazmışdım. Maraqlı olsa buradan oxuya bilərsiniz. Qısası artıq 2 ildir ki, marketinq, reklam, pr və bu sferaya aid digər sahələrdən olan menecerlərin toplandığı ən aktiv marketinq qrupudur. Burada ƏN AKTİV sözünü bir daha vurğulayıram. Artıq 4000 üzvümüz var. Qrupda 700-dən çox şirkətin nümayəndəsi və eyni zamanda bütün universitetlərdən marketinqlə maraqlanan, marketinqlə bağlı təhsil alan tələbələr var. Bu 2 ilə nələr sığışdırmadıq, nələr. Mən sayım Siz oxuyun. 
  • 2 il ərzində 2 dəfə Milli Marketinq Forumu keçirildi. Forum tamamilə qrupdakı dostlarımızın səyi və dəstəyi nəticəsində mümkün oldu, haqqında tv kanallardan tutmuş, 30-dan çox media orqanı məlumat yaydı. İştirak etdi – 900 nəfər.
  • 2 il ərzində qrupdakı dostlarımızın dəstəyi nəticəsində 4 dəfə Marketing AİR təlimləri keçirildi. İştirak etdi – 120 nəfər
  • Qrup 2013-ün fevralında “Mümkünsüzü Mümkün” etdi. Bu həm də ilk əyləncəli “qurultayımız” idi. İştirak etdi – 60 nəfər
  • “Marketinqə 4Ç” gəldi adlı marketerlərin novruz görüşünü təşkil etdik. 24 martda Şəki restoranında 111 nəfər idik.
  • 29-30 iyun “Marketinq Dağa Qalxdı” adlı marketerlərin Quba görüşünü təşkil etdik. İştirak etdi 69 nəfər. Bu haqda maraqlı olsa, bu linkdən oxuya bilərsiniz.
  • 22 iyul 2013-də bu dəfə marketerlər “marketer ramazannaməsi” adlı tədbirdə görüşdülər. Birlikdə həm təqdimatlara qulaq asdıq, həm də Ramazanda bir yerdə iftar süfrəsinə toplaşdıq. İştirak etdi təxmini 80 nəfər.
  • Oktyabrda Sinan Ergin, dekabr 2013-də isə Ahmet Ekiz, yanvar 2014-də isə Mümin Sekmanın təlimlərini İLT Akademi ilə birgə təşkil etdik. Toplam iştirakçı – 700 nəfər.
  • Mart 2014-də “Marketinqə Yaz gəldi” adlı marketerlərin Novxanıda növbəti seminar və əyləncə dolu görüşü oldu. İştirak etdi – 30 nəfər.
  • Və nəhayət bu ilin iyulunda son olaraq yenə Ramazan ayında ÖzSüt restoranında “Marketinqin iftarında İftar Marketinqi” adlı görüşümüz oldu. İştirak etdi – 80 nəfər.
Niyə 3 sentyabr?

Açığı desəm məndən olsa, elə 31 avqust edərdik. Amma mənim bir uzaq dostum var – İlkin Manafov. O, 3 rəqəmini çox sevir və o səbəbdən 03 sentyabr tarixini seçdik. Yəni elə bir səbəb yoxdu, türklər demiş “gönül meselesi” 🙂 Anar Bayramovla qərara gəldik ki, cavandı, xətrinə dəyməyək.
Spikerlər kimlər olacaq?

Bildiyiniz kimi bütün görüşlərimizdə çalışırıq ki, həm əyləncəli olsun, həm də maarifləndirici. Camaat başından su tökməsə yardım etməyən kimi, biz də əylənməsək maariflənmək istəmirik. Bunu nəzərə alaraq dostlarımızdan spiker kimi fərqli mövzularda çıxış etmələrini xahiş etdik. Bunlar Modern Holdinq Marketinq Direktoru Renat Azməmmədov, Azersun Marketinq Direktoru dostumuz Azmi Arslan, PR üzrə yazıları ilə bizi sevindirən Firdovsi Xəlilov və ola bilsin ki, bank sektorundan da bir dostumuz olsun. Eyni zamanda vacib məqamlar və prosedurlar barədə qrupun adminlərindən olan Murad Malik də çıxış edəcək. Admin demişkən xatırladım ki, marketinq azərbaycan qrupunu 11 admin idarə edir. Bu yaxınlarda adminlərin də toplantısını edib qrupu daha faydalı etmək barədə müzakirələr aparacağıq. Bu görüşümüzün rəsmi hissəsi.
Necə iştirak etmək olar və kimlər iştirak edə bilər?

Eventdə çoxlu suallar gəlir ki, necə iştirak edək, biz də gələ bilərikmi və s. Bir daha xatırladım ki, iştirak tamamilə pulsuzdur, ancaq qrup üzvləri iştirak edə bilər. Yerdən də narahat olmayın, özümüzük. Necə olsa, yerləşəcəyik. Əsas odur ki, ürəyimiz təmiz olsun 🙂 Ona görə də heç çəkinmədən hamınız gəlin. Amma vaxtında gəlin, sonra yarana biləcək müvəqqəti narahatçılığa görə təşkilatçılar məsuliyyət daşımır 🙂 Aramızda qrupda yeni olan dostlarımız da olacaq. İstər yeni daxil olan üzvlərimiz, istərsə də qrupun köhnə üzvlərini dəvət edirik ki, daha kommunikasiyalı şəkildə hərəkət etsinlər, bir-birilə tanış olub fikir mübadiləsinə can atsınlar. Çünki bu Sizə inanın ki, çox faydalı olacaq. Vizit kartınız üstünüzdə olsun. Görüşümüzün ana məqsədi də bir-birimizi daha yaxından tanımaqdır zatən. Yeni üzvlər, yeni qatılan dostlarımız – heç nədən çəkinməyin, marketoloq dediyin yumşaq dildə desək “utanmaz”, ünsiyyətcil və “girişimci” olar. Hər hansı sualınız olsa, mənə (0502161636) və Murada zəng edə bilərsiniz – (0552357660)
Bizi nələr gözləyir?

Dediyimiz kimi rəsmi hissəmizdə təqdimatlara, çıxışlara qulaq asacağıq. Qeyri-rəsmi hissədə isə çay süfrəsi ətrafında deyib-güləcək, əylənəcəyik. İlkin müəllim başqa sürprizlər də vəd edib ki, onu orada biləcəyik ancaq. 19:00-da başlayıb 23:00-a kimi davam edəcəyik. 
Həştəqimiz də var.
Nəinki həştəqimiz, hətta qəşəng sloqanımız da var – “Birgə düşünüb, ayrı çalışırıq”. Sloqana görə Teymur müəllimə dərin təşəkkürlər. Təklif olundu ki, bu sloqanı qrupun ümumi sloqanı kimi istifadə edək. Məncə də qrupun məqsədlərini tam ehtiva edən bir sloqandır. Həmişə olduğu kimi twitterdə indi və tədbir zamanı aktiv müzakirələr və fikir paylaşımı üçün həştəqimiz də var – #yigishiriq Bu həştəqdən aktiv istifadə etmənizi xahiş edirik. 
Bu gün, yəni 31 avqustda bu bloqu yazmanın sevinci içərisindəyəm. İlkin müəllim demiş, inanın səmimiyyətimə, əla olacaq, Siz də gəlin. 
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Reklam festivalları 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Tədbirlər 0 Comments

“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində

Əziz dostlar, bu il ilk dəfə olaraq Azərbaycanda “Buktreyler Festivalı” keçiriləcək. Festivalın saytı – www.booktrailer.az, facebook səhifəsilə isə bu linkdən tanış ola bilərsiniz – https://www.facebook.com/BooktrailerFest . Festival Beynəlxalq Kitab Günündə, yəni 23

Tədbirlər 0 Comments

FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın