Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başladıq
Əziz dostlar, bu yaxınlarda Linkedin-dən dostluq etdiyimiz Elcan Məmmədov elə linkedin üzərindən mənə bir təklif göndərdi. Xatırladım ki, Elcan bəy Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı Təlim Mərkəzinin rəhbəridir. Daha sonra vaxt təyin edib təlim mərkəzinin özündə görüşdük. Görüş zamanı xeyli maraqlı məlumatlar əldə etdim ki, bu da məni sevindirməyə bilməzdi.
Əvvəlcə Sizə bir az Kapital Bazarı üzrə Təlim Mərkəzi haqqında məlumat verim. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərir. Dünya Bankı ilə birgə CMMP layihəsi çərçivəsində yaradılmışdır. Əsas məqsəd maliyyə bazarında çalışan və ya çalışmaq istəyən şəxslər üçün bir neçə istiqamətdə professional təlim paketləri hazırlayıb təqdim etməkdir. Bu arada səhv etmirəmsə, bu yaxınlarda QDK ilə daha 2 dövlət qurumu birləşərək vahid nazirlik yaradılıb. Nəticədə Maliyyə Nazirliyi Monitorinq xidməti, Mərkəzi Bankın isə banklara nəzarət funksiyası bu qrumun tabeçiliyinə verilib. Elcan bəylə söhbətimdə belə anladım ki, müxtəlif biznes və maliyyə istiqamətləri üzrə ən yaxşı praktik təlimçilərlə çalışırlar.
Maraqlananlar üçün deyim ki, əsas təlim istiqamətləri kapital bazarı üzrə 16 proqram, beynəlxalq test sistemləri üzrə 3, fərqli maliyyə proqramları üzrə 4 (bütün 3-4 hərfli sertifikatlar verən təlimlər :)), satış və marketinq üzrə 5, akkreditasiya üzrə 3, İT üzrə 5 proqram olmaqla toplam 40-dan çox təlim proqramı var. Aşağıda mərkəzin xüsusi təqdimatını da Sizlərə təqdim edirəm.
Bəndəniz isə satış və marketinq istiqaməti üzrə təlimçi kimi çıxış edəcək. Düşünürəm ki, daha sistemli şəkildə təşkil olunmuş belə bir proqramda iştirak etməklə öz üzərimizə düşən yükün öhdəsindən gələrək ətrafımıza faydalı ola biləcəyik. Eyni zamanda çox sevindiri haldır ki, artıq dövlət orqanlarımız da təlimlərə, işçilərinin professional bilik və bacarıqlarının artırılmasına ciddi önəm verirlər. Təlim Mərkəzi demək olar ki, ən aktiv banklar, dövlət orqanları, xarici təşkilatlarla artıq əməkdaşlığa başlayıb. Təqdimatda tərəfdaşları da görə bilərsiniz.
Bu gün təhsil olduqca vacibdir. Xüsusən indiki iqtisadi şəraitdə işçilər azalan iş imkanları daxilində rəqabətə tab gətirmələri üçün daim öz üzərlərində çalışmalıdır. Əziz dostlar, harda işləməyinizdən, kiminlə işləməyinizdən, Sizi işə kimin düzəltməyindən asılı olmayaraq əmin olun ki, həyatda heç nə daimi deyil. Hər şeyin bir gün sonu gələcək. Və Siz gələcəkdə Sizi gözləyə biləcək təhlükələrdən xəbərdar olmasanız da, bu mümkün olmasa da, ona hazır ola bilərsiniz. Hazır olmaq isə ancaq və ancaq daim öz üzərinizdə işləməklə, iş və dil bacarıqlarınızı daim inkişaf etdirməklə mümkündür. Çalışın həmişə lazımlı kadr olasınız. Bu həm Sizin özünüz üçün yaxşı olacaq, özünüzü rahat hiss edəcəksiniz. Həm də işə götürən rahat olacaq ki, işi onu bilənə həvalə edib. Nə qədər ki, bu situasiya davam edir, fürsəti əldən verməyib öz üzərinizdə çalışmağa başlayın. Artıq özəl şirkətlərlə yanaşı, gördüyünüz kimi dövlət orqanları da bu işin vacibliyini başa düşüb və bu istiqamətdə real addımlar atırlar.
Təhsilli gənclik güclü gənclik deməkdir. Daha güclü olmaq üçün hər gün öncəki gündən daha yaxşı olmağa çalışın.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Mobilləşən rəqəmsal dünyamız haqqında yeni araşdırmalar
Dünən xəbər saytlarının birində oxudum ki, prezident İlham Əliyev xarici qonaqlarla görüşdə Azərbaycanda sosial mediada, konkret desək facebook və twitterdə 2 milyon insanın olduğu, ölkə əhalisinin də 75%-nin internetə çıxışı
Ümumi baxış sayı 270 mini keçən 43 video bir yazıda
Hələ keçən ilin iyulunda fmr tv video postlar seriyasına başladığımız haqqında yazmışdım. İstəsəniz bu linkdən oxuya bilərsiniz. Mövzudan xəbərsiz olanlar üçün deyim ki, saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq,
FMCG sektorunda Azərbaycanın izləməli olduğu yeni trendlər
Dünyada FMCG sektorunda trendlər son illər sürətli şəkildə dəyişməyə başlayıb. Düzdür, dünyadakı trendlər sürətlə dəyişsə də, Azərbaycana onlar eyni sürətlə gəlib çatmır. Məsələn, dünyada enerji içkiləri artıq pik həddini yaşayıb

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun