“Bugünün Marketinqi” kitabı “Booktreyler” müsabiqəsində
Əziz dostlar, bu il ilk dəfə olaraq Azərbaycanda “Buktreyler Festivalı” keçiriləcək. Festivalın saytı – www.booktrailer.az, facebook səhifəsilə isə bu linkdən tanış ola bilərsiniz – https://www.facebook.com/BooktrailerFest . Festival Beynəlxalq Kitab Günündə, yəni 23 aprel 2016-cı il tarixində keçiriləcək. İlk 3 yerin qalibi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılacaq.
Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda “Bugünün Marketinqi” kitabı da iştirak edir.
Buktreyler nədir?
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.
Festivalın məqsədləri:
- kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
- mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
- kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
- buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.
Ötən görüşlərimizin birində Toğrul bəy öz təşəbbüsü ilə bizim “Bugünün Marketinqi” kitabını həmin müsabiqəyə təqdim edib. Müsabiqənin yuxarıda yazılan şərtinə görə kitabın mahiyyəti vizuallaşdırılır. Qısa metrajlı (4 dəqiqəlik) video çarx hazırlanır. Kitabımız üçün də artıq belə bir çarx hazırlanıb və müsabiqəyə təqdim edilib. Hərçənd ki, bundan ən son anda xəbər tutdum, amma xoş oldu. Aşağıda Sizə həmin treyleri təqdim edirəm. Ümumiyyətlə seçim münsiflər vasitəsilə aparılır. Treylerin özündə kitabın zibil yeşiyindən tapılması ideyasını çox da bəyənməsəm də məqsədin çatdırılması üsulunu bəyəndim. Buyurun, baxın, Siz də fikrinizi deyin. Yer tutmaq o qədər də önəmli deyil, amma faydalı olmaq üçün çəkilən zəhməti alqışlamaq lazımdır.
Yazar haqqında
Editor review
Summary
Çox sevindirci haldır ki, ilk dəfə olacaq bu festivalda "Bugünün Marketinqi" kitabı da iştirak edir.
Həmçinin oxuya bilərsiniz
Marketing AİR 8-ə xoş gəldiniz
01 mart 2016-cı ildə 8-ci Marketing AİR təlimləri başlayır. Səhv eşitmədiniz? Nə az-nə çox düz 8-ci dəfə olacaq ki, praktiki marketinq təlimləri davam edir. Sakit başla oturub düşünəndə adama qəribə
Digitalda da AIR havası
Dostlar, bilirsiniz ki, artıq 4 ildir ki, Marketing AİR təlimləri keçirilir. Oktyabr ayından isə 9-cu belə praktik marketinq təlimləri start götürəcək və 2 ay boyunca davam edəcək. Bu dəfəki konseptimiz
Bugünün Marketinqi 2-dən xəbər var!
Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun