Məhsul yerləşdirmədə buraxılan səhvlər
Son günlər Azərbaycanda baxdığım bir neçə veriliş, serialdan sonra bu yazını yazmaq qərarına gəldim. Marketoloqlar üçün çox yaxın bir mövzudur, eyni zamanda televiziyalarımız, reklam verən və alan tərəflər üçün də maraqlı ola biləcək nöqtələrə toxunacağıq. Cem Yılmazın Kötü Fikir Sanat adı verdiyi seriyanı başlaması isə katalizator rolunu oynadı.
Məhsul Yerləşdirmə (Product Placement) nədir?
Sadə dildə desək məhsul yerləşdirmə müəyyən ödəniş qarşılığında şirkətin bu və ya digər xidmətinin dolayı yolla, qeyri-ənənəvi reklam taktikası ilə tanıdılmasıdır. Burada məhsul hər hansı bir səhnənin içində səssiz istifadə edilir, hər hansı bir görüntüdə özümüz də hiss etmədən diqqətimizi çəkir və s. Məhsul yerləşdirmə adətən məhsul haqqında qışqıraraq danışmağı özündə ehtiva etmir, adətən gizli şəkildə istifadə edildiyinə görə ondan istifadə edən mediya orqanlarına məhsul yerləşdirmə varsa, bu haqda izləyicini xəbərdar etmə məcburiyyəti qoyurlar. Bu belə. İndi gələk bizim bazara.
Bizdə necədir? Nədə səhv edirik?! Jalə, Bozbaş Pictures, Vita1000
Bizim seriallarda, verilişlərdə və s. məhsul yerləşdirmə nümunələrinə yəqin çox rast gəlmisiniz. Bir az əvvələ qayıdaq. Bir vaxt var idi, hansısa bir verilişdə qonaqlar söhbət edir, söhbət boyunca ekranın az qala 4\1-ni Jalə şirələrinin bütün çeşidləri tuturdu. Bir yox a, bütün çeşidləri. Reklamverən yəqin deyib fürsətkən hamısını düzək. Veriliş boyunca da bir-iki dəfə məhsul haqqında ətraflı danışırdılar, amma məhsul bütün veriliş boyu efirdə görünürdü. Dostlar, məhsul yerləşdirmə, gözə soxmaq, izləyicini yormaq deyil. Siz əksinə elə etməlisiniz ki, izləyici əksinə bunu açıq hiss etməsin, şüuraltında qalsın. İndi mənim yadımda qalan Jalə idi, amma bunu kimi n qədər brendlər və bu taktikadan istifadə edən çox şirkət var idi. Bəzisi hələ də belə edir.
Bozbaş Pictures-də kolbasalar
Bozbaş Pictures komediyalarında da məhsul yerləşdirmə görmüsünüz. Burada bir az fərqli yanaşıblar. Serialın içində çox da aqressiv istifadə etməsələr də, ən maraqlı yerlərində sponsor olan brendlərə sadə dildə desək ‘brend dəqiqələri’ hədiyyə edirlər və burada aktyorlar özləri brend haqqında danışmağa başlayırlar. Bəzən çox yorucu və əlaqəsiz olsa da, xoşladığım bir nüans var. O da maksimum brend ilə personajları əlaqələndirməyə çalışmaqdır. Yəni birbaşa məhsulu reklama deyil, personajların xarakterinə görə ssenari yazıb o ssenaridə məhsul haqqında danışırlar. Niyyət çox yaxşıdır, doğrudur, amma hərdən də yumşaq desək “bir az ağı çıxır”. Çalışmaq lazımdır ki, həm ssenariləri maksimum məhsulla ağıllı əlaqələndirmə etsinlər, həm də daha az, amma daha keyfiyyətli yumorla bunu təqdim etsinlər.
Vita1000 iç ərə get!
Bugünlərdə təsadüfən azərbaycan serialının birində də Vita1000 brendinin məhsul yerləşdirilmə formasını gördüm. Burada da sözün əsl mənasında ağını çıxarıblar. Adicə aktyorun əlindən vita1000-nin yerə düşməsini matrix səhnəsi kimi çəkiblər, xüsusi effektlər falan. Sonra Bozbaş Pictures komediyalarında olduğu kimi burada da Vitamin dəqiqələri var, orda aşkar reklam gedir, amma Bozbaş Pictures-dən fərqli olaraq ssenari burada daha pisdir. Çox kobud əlaqələndirmə var. Kişinin qızı guya ərə gedə bilmir, anası da deyir vita1000 iç get görüşə, onda səni bəyənəcəklər. Adam burda heç gülmək də istəmir.
Bu yaxınlarda dəqiq xatırlamıram, amma hansısa dostum dedi ki, bir tum şirkəti serialın birində sponsor imiş. Tapşırıb ki, serialda qəhrəmanlar tumu çırtlayıb yerə atmasınlar. Və ya deyəsən tumun qabını niyə yerə tullayırsınız. Birinci variant yəqin ki, ağ olar 🙂 Deyək ki, ikinci variantdır. Qardaş, Azərbaycanda eləcə də dünyada heç kimin tumu qablaşdırmadan açandan sonra o qabı aparıb “servantın gözünə” qoymur axı. Əlinə keçən ilk zibil yeşiyinə, yoldursa, elə otluğa, asfaltın üstünə falan fırladır 🙂 Yəni məhsul yerləşdirən şirkətlərin günahı da çoxdur. Pul verib deyə elə bilir ki, hadisələr onun ətrafında cərəyan etməlidir. Maksimum sayda nə qədər çox danışsa, nə qədər çox göstərsə, o qədər yaxşıdır. Bu bilbordun bütün boş yerlərini dolduran reklamverənlərin taktikasıdır. Belə olmaz, qətiyyən.
Daha bir nüansa diqqət edək. Bu nüans bəlkə də Azərbaycan üçün hələ bir fürsətdir, amma düşünürəm bunun da geci-tezi var. Bu da verilişdə, serialda, kinoda məhsulu qəhrəmana yeməlidisə yedirtmək, içməlidisə içirtmək, geyinməlidisə geyindirtmək, hətta nə bilim məsələn, kremdirsə, istifadə etdirmək və s. Bir çox ölkələrdə bunun üçün yüzminlərlə pul vermək lazımdır. Bizdə isə istənilən məşhur adamı verilişə çağırırlar və onu da “məcbur edirlər” ki, brend haqqında nəsə xoş söz söyləsin, hələ durub desə ki, “əladır, özüm də istifadə edirəm” bu lap yaxşı olar.
Yadıma gəlir mən hələ İdealda işləyəndə ANS-də Zərif Çərşənbə adlı verilişin sponsoru idik. Verilişin bir neçə seriyası isə Türkiyədə məşhurlarla çəkiləcəkdi. Biz orada səhv etmirəmsə, Mehmet Ali Biranda veriliş gedə-gedə İdeal paketində ətir hədiyyə edirdik. Onda Birand demişdi ki, sizin ölkədə buna icazə verirlərmi? Bizdə bunun cəzası ağırdır 🙂 Həqiqətən də rəhmətliyin nəvəsi ki, rəhmətliyin nəvəsi. Bizdə pulunu versən, o loqonu tatoo kimi alnına da döydürər lazım olsa! Aşağıda Cemin videolarında kərə yağını ekranda yeyirlər. Burada da satira bu işin ağını çıxaranlara mesajdır.
Deyə bilərsiniz ki, nə fərqi var, əgər imkan varsa bu cür yayımlamağa şirkət niyə istifadə etməsin ki? Bəli, doğrudur. Amma gəlin buna müştəri gözü ilə baxaq. Televiziya müştərisi incidisə, sizin ondan üzr istəmək imkanınız belə yoxdur. Biz məhsulu müştərinin gözündə qaldırmaq istəyirik. Amma aqressiv onun diqqətini oğurlama müştəridə əlavə əsəb və stres yaradır, məhsul haqqında neqativ xatirə yaranır. Daha çox, daha keyfiyyətli demək deyil. Lazımı miqdar və lazımı zaman ən effektivdir. Əslində biz elə etməliyik ki, izləyici onun reklam olduğunu çox rahat başa düşməsin. Kurtlar Vadisində guya Polat boş vaxt tapan kimi kitab oxuyur. Bu əslində real ola bilən bir şeydir. O kitab oxuyanda da bir kadr kitabın üz qapağına gedir, vəssəlam. Cəmi 2-3 saniyə. Əminəm ki, heç kim demir ki, bu nə reklamıydı ee?! Əksinə tez görüntü itdiyinə görə gedib o kitabı mağazada axtarmağa başlayır. Və ya türklərin istifadə etdiyi daha bir metod. Serialda aktyorlar avtobus dayanacağında gözləyir. Dayanacaqda reklam var. Bu da çox təbiidir. Çünki biz bilirik ki, dayancaqlarda reklamlar yerləşdirilir. O serialda da hansısa brendin reklamını görəndə onlara qəribə gəlmir. Bəli, türklər səhv edə-edə bu işdə bir xeyli irəliləyiblər. Murad Dadaşovun MMF-də dediyi kimi adi pendirin reklamını elə çəkirlər ki, adam kövrəlir. Sonunda bir pendirdir yəni. Amma onu milli qeyrət simvolu falan kimi təqdim edib insanın hisslərinə toxunurlar 🙂
Bəli, səhv məhsul yerləşdirmə haqqında bu qədər. Yazını qısa ifadə etsək, onu deyə bilərəm ki, əziz dostlar, məhsul yerləşdirərkən aqressiv təqdimat yox, ağıllı, məntiqli keçidlər edin. Eyni zamanda sadə və etik olmaq da önəmlidir. Bu günlərdə Cem Yılmaz öz youtube kanalında maraqlı bir layihə başladıb. Kötü Fikir Sanat adı verdiyi proyektdə qardaşı Can Yılmazla guya söhbətləşir və bu əsnada qardaşı dayanmadan məhsul reklamı edir. Ətraflı yazmayacam, hələlik 3 seriyası çıxıb, 3-nü də aşağıda Sizə təqdim edirəm. Baxın adam necə ustalıqla məsələyə toxunub. Bu adam həqiqətən zəki biridir. Baxıb, Siz də fikrinizi yazın, gözləyəcəm 🙂
Əlinizi vicdanınıza qoyub söyləyin – bu adam dahi deyilmi? ))))
Yazar haqqında
Editor review
Summary
Sadə dildə desək məhsul yerləşdirmə müəyyən ödəniş qarşılığında şirkətin bu və ya digər xidmətinin dolayı yolla, qeyri-ənənəvi reklam taktikası ilə tanıdılmasıdır. Burada məhsul hər hansı bir səhnənin içində səssiz istifadə edilir, hər hansı bir görüntüdə özümüz də hiss etmədən diqqətimizi çəkir və s.
Həmçinin oxuya bilərsiniz
Yeni trendlər və Rosskomnadzor
Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya
Psixoloji qiymət qoyma növləri – aşağı yeri yoxdu?! (II hissə)
Dostlar, bundan öncəki yazımızda psixoloji qiymət qoyma metodlarından 4-nü sadaladıq. İndi isə gəlin, daha 5 növə nəzər salaq. Daha sınanmış üsullara yönlənin Bir çox marketoloqlarda olduğu kimi, müştərilərdə də artıq
Gənclər Həftəsi – canlı yayımlar seriyasında qonaq idik
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi” Canlı Yayımlar seriyasında növbəti qonaq mən oldum 🙂 Facebook Comments
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun