Bugünün Marketinqi 2 – 29 müəllif, 90 yazı ilə çapa gedir
Söz verdiyimiz kimi 05 oktyabrda artıq “Bugünün Marketinqi 2” kitabına yazı qəbulunu dayandırdıq. Keçən ildən 05 oktyabra qədər facemark.az-da yazısı çıxan və müəyyən etdiyimiz fəsillərə uyğunluq təşkil edən yazıların hamısını topladıq. 29 müəllifin 90 yazısı yeni kitabda yer alacaq. facemark.az-dan bu yazıları oxumayan hər kəs 05 noyabrdan etibarən bütün kitab mağazalarından kitabı ala biləcək.
Keçən nəşr artıq tam satılıb bitib. İstər kitab mağazalarında, istər oxuculardan, istərsə də tələbələrdən aldığımız fikirlərə əsasən deyə bilərəm ki, bu kitab praktik marketinqi öyrənmə işinə ən çox xidmət edən kitablardan olub. Universitet müəllimləri də dərslərində bu kitabı oxumağı məsləhət görürlər. Ötən gün İqtisad Universitetində Marketinq tədris edən müəllim dostumuz özü də bu kitabı oxuduğunu və indi fikirlərini real keyslərlə daha yaxşı izah edə bildiyini dedi. Bu məni çox sevindirir həqiqətən. Bu həm də ilk nəşrdə yazısı çıxan 33 müəllifin uğurudur. Onlar təkcə öz iş otaqlarında təcrübələrini artırmayıblar, əksinə bildiklərini paylaşmaqla daha çox adama kömək ediblər. İndi isə ikinci nəşr gəlir. Bu dəfə 29 müəllif, 90 yazı ilə. Aşağıda Sizə yazıların və yazarların adını paylaşıram.
s/n | Yayımlanma tarixi | Yazar adı | Yazı adı |
1 | 05/11/2015 | Numrəddin Hüseynov | Qoxu üzərindən Marketinq |
2 | 16/11/2015 | Murad Məlikov | Uğurlu telefon danışıqları üçün – təcrübə |
3 | 21/11/2015 | Səbuhi İsazadə | Sağlam rəqabətin əlamətləri |
4 | 30/11/2015 | Anar Bayramov | Marketerlərin işi necə ölçülür? “KPI”lar necə qoyulmalıdır? |
5 | 30/11/2015 | İlham Ali Yusif | 19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr |
6 | 03/12/2015 | Ruslan Süleymanlı | Müsəlman etikası və marketinqin ruhu |
7 | 03/12/2015 | İlham Ali Yusif | Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə |
8 | 09/12/2015 | Samir Kərimov | Azərbaycanda mobil bankçılıq |
9 | 11/12/2015 | Malik Rəşidov | İclasların faydası varmı? |
10 | 15/12/2015 | Rafiq Hunaltay | Bakının kitab mağazaları – Kim Kimdir?!!! |
11 | 17/12/2015 | Ruslan Süleymanlı | Merçendayzinq ilə satışlarınızı artırın – 3 |
12 | 23/12/2015 | Rafiq Hunaltay | “Xalqların və kütlənin psixologiyası”na aid daşdan keçən 21 fikir |
13 | 04/01/2016 | Müşfiq Zərbəli | Gələcək mütləq gələcək! |
14 | 07/01/2016 | Səfər Aslanov | Dövrlər və Davranışlar |
15 | 12/01/2016 | Orxan Rzayev | Azərbaycanda bloq yazmaq – dəlinin divarla danışması kimidirmi? |
16 | 12/01/2016 | Aysel Cəbrayılova | Niyə bloqerlərlə işləmək lazımdır? |
17 | 12/01/2016 | Tehran Abdurrahimov | Sən “döyərsən”, yoxsa “CV”in ? |
18 | 19/01/2016 | Hüseynağa Əliyev | Böhran ödənişli televiziya bazarına necə təsir göstərib? |
19 | 21/01/2016 | Tehran Abdurrahimov | 3-ü 1 arada çox bahalıdır, böhran var, siz 2-si 1 arada ilə davam edin |
20 | 25/01/2016 | Müşfiq Şiralıyev | Reklam?! “Pofiq” |
21 | 01/02/2016 | Anar Bayramov | Biznes konsultantlıq boş şeydir? |
22 | 02/02/2016 | Hüseynağa Əliyev | İqtisadi böhran zamanı Marketinq: Təhdidləri imkanlara necə çevirək? |
23 | 03/02/2016 | Nicat Manafov | İnkişaf məlhəmi |
24 | 04/02/2016 | Tehran Abdurrahimov | 2016 üçün İşə Qəbul Trendləri |
25 | 08/02/2016 | Nicat Manafov | Startup təşəbbüskarlığına inam, böhrandan xilasdır |
26 | 19/02/2016 | Rafiq Hunaltay | Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!! 🙂 |
27 | 26/02/2016 | Vaqif Abbasov | Influencer Marketing nədir? |
28 | 29/02/2016 | Numrəddin Hüseynov | Xanımlar və alış-veriş davranışları |
29 | 03/03/2016 | Rafiq Hunaltay | Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə) |
30 | 14/03/2016 | Rafiq Hunaltay | 70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?! |
31 | 14/03/2016 | Nicat Manafov | Banklara borc və intihar |
32 | 17/03/2016 | Pərviz Əzimov | Google Analytics 360 Suite nədir? |
33 | 25/03/2016 | Anar Bayramov | Satış planlaması |
34 | 25/03/2016 | İsmayıl Vəliyev | Boşan ki, uğurlu olasan |
35 | 30/03/2016 | Nicat Manafov | Kiçik sahibkarlar ixracatı necə etsin? |
36 | 30/03/2016 | Rafiq Hunaltay | Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?! |
37 | 06/04/2016 | Anar Quliyev | 2016-cı ilin trendləri |
38 | 12/04/2016 | Anar Quliyev | Azərbaycanda 2016-cı il iqtisadi aktivlik trendləri |
39 | 15/04/2016 | Səfər Aslanov | Əndrabadi Marketinq |
40 | 18/04/2016 | Aysel Cəbrayılova | Kontent yaradarkən diqqətli olun! |
41 | 19/04/2016 | İsmayıl Vəliyev | Şəxsi performans dəyərləndirməsi və özümüzü ifşa etmə sənəti |
42 | 29/04/2016 | Tərlan Ələkbərov | İnsanlar niyə paylaşır |
43 | 06/05/2016 | Nicat Manafov | Elektron Ticarətə başlamazdan əvvəl bunlara diqqət |
44 | 30/05/2016 | İsmayıl Vəliyev | “AOHE” nəhəng hədəfləri reallaşdırmanın #1 aləti. |
45 | 30/05/2016 | Səfər Aslanov | Böhranda 3İ Modeli |
46 | 06/06/2016 | Rafiq Hunaltay | 3B1D metodu |
47 | 17/06/2016 | Rafiq Hunaltay | Şorun fəlsəfəsi |
48 | 20/06/2016 | Rafiq Hunaltay | Həqiqəti Enrikinin qucağında axtaranlar |
49 | 25/06/2016 | Rafiq Hunaltay | Şirə bazarı haqqında nələri bilməliyik? |
50 | 28/06/2016 | Rafiq Hunaltay | Məhsul yerləşdirmədə buraxılan səhvlər |
51 | 28/06/2016 | Aynur Atabəyli | Meta Fetişizm |
52 | 28/06/2016 | Zahid Şaliyev | Azərbaycanda ixtisaslaşmış Aqro-İnvestisiya bankına ehtiyac var |
53 | 01/07/2016 | Aysel Cəbrayılova | Facebook “event” nə üçün lazımdır? |
54 | 01/07/2016 | İlham Ali Yusif | Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyi kimi |
55 | 04/07/2016 | Rafiq Hunaltay | İş mühitində lider-menecer balansı |
56 | 13/07/2016 | Rafiq Hunaltay | Əsl oxucu kimdir? |
57 | 13/07/2016 | Rafiq Hunaltay | “Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i – |
58 | 13/07/2016 | Qələndər Məmmədli | Texnologiya və Müştəri Davranış Paradiqması |
59 | 13/07/2016 | Səbuhi İsazadə | Bank da bir dükandır, sadəcə pul satır |
60 | 2016-07-14 | Rafiq Hunaltay | İnsanın telefona çevrilməsi |
61 | 23/07/2016 | Aynur Atabəyli | Whatsapp necə pul qazanır? |
62 | 27/07/2016 | Rafiq Hunaltay | Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?! |
63 | 29/07/2016 | Rafiq Hunaltay | Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz |
64 | 02/08/2016 | Rafiq Hunaltay | Azərbaycan reklam bazarı 2016-cı ilin I yarısında |
65 | 05/08/2016 | Rafiq Hunaltay | Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə) |
66 | 08/08/2016 | Aynur Atabəyli | Sosial medianın düzgün idarə edilməsi |
67 | 08/08/2016 | Rafiq Hunaltay | Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə) |
68 | 12/08/2016 | Rafiq Hunaltay | Marketoloq ucuz və keyfiyyət arasında qalarsa |
69 | 29/08/2016 | Rafiq Hunaltay | Dəyişək, yoxsa dəyişdirək?! |
70 | 30/08/2016 | Rafiq Hunaltay | Psixoloji qiymət qoyma növləri – bunu maa neçəyə verərsən?! (I hissə) |
71 | 30/08/2016 | Rafiq Hunaltay | Psixoloji qiymət qoyma növləri – aşağı yeri yoxdu?! (II hissə) |
72 | 06/09/2016 | Rafiq Hunaltay | Müştərinin dili |
73 | 09/09/2016 | Orxan Mirzəyev | Enerji içkiləri və reallıq |
74 | 09/09/2016 | Orxan Mirzəyev | İşçinin faydasız olmasının əsas səbəbləri |
75 | 09/09/2016 | Müşfiq Azəryar | Güclü Marka olmanın önəmi. Yerli Istehsal məhsullarında markalaşma problemi |
76 | 09/09/2016 | Müşfiq Azəryar | Yerli qida sektorunda yeni məhsulun bazara çıxarılması layihəsinin idarə edilməsi |
77 | 14/09/2016 | Nahid Şirinov | “Bizim” Zadə qeyri-səlis məntiqi təkcə yaponlar üçün elmə gətirməmişdi… |
78 | 15/09/2016 | Orxan Mirzəyev | Supermarket şəbəkələri və satınlama (pul qopartma) şöbələri |
79 | 16/09/2016 | Fərrux Rəhimov | Reklam əxlaqı |
80 | 19/09/2016 | İsmayıl Vəliyev | Planlarınız arasina bunu yazmayin (Əsla!) |
81 | 27/09/2016 | İlham Ali Yusif | Yaşıl düşünmək sadəcə trendirmi? |
82 | 28/09/2016 | Nahid Şirinov | Azərbaycanda mərc oyunları biznesinin hazırki vəziyyəti və marketinq problemləri |
83 | 28/09/2016 | Orxan Rzayev | Facebook istifadəçi sayına görə Azərbaycanın şəhər və rayonları – STATİSTİKA |
84 | 28/09/2016 | Orxan Rzayev | SMM ilə bağlı trendlər necə dəyişir? – Tvitter Video nümunəsi |
85 | 29/09/2016 | Orxan Rzayev | Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası |
86 | 29/09/2016 | Orxan Rzayev | Sosial Media Marketinqi’ni hər kəsin öyrənməli olduğunu bilirdinizmi? |
87 | 29/09/2016 | Orxan Rzayev | Sosial mediada yazılan neqativ rəyləri 7 addımda pozitivə çevirin! |
88 | 30/09/2016 | Rafiq Hunaltay | Televiziya kanallarına hansı vasitələrlə baxırıq?! |
89 | 03/10/2016 | Fərrux Rəhimov | Təşəbbüskarlıq tədrisi niyə vacibdir? |
90 | 03/10/2016 | Orxan Rzayev | Azәrbaycan şirkətlərinin Twitter’dә etdiyi 4 sәhv |
Bu arada DMC2016-ya da sayılı günlər qalır. İnşallah çox gözəl olacaq. Təşkilatı komandamız gecə-gündüz demədən çalışır ki, bu il 500 nəfərlik auditoriyanın tələblərini istənilən səviyyədə qarşılaya bilək. Hələ konfransa qədər də bir çox yeniliklərimiz olacaq. Hər gün nələrisə dəyişirik, əlavə edirik. Odur ki, Siz də bizimlə birgə 05 noyabr Badamdar Oteldə yeni digital trendləri izləməyə, dinləməyə gəlin. Ətraflı məlumat lazım olsa, saytımız da var 🙂 – www.dmcbaku.az / facebook səhifəsi isə – https://www.facebook.com/dmcbaku.az/?fref=ts
Növbəti dəfə daha faydalı olmaq ümidilə…
Yazar haqqında
Editor review
Summary
Onlar təkcə öz iş otaqlarında təcrübələrini artırmayıblar, əksinə bildiklərini paylaşmaqla daha çox adama kömək ediblər. İndi isə ikinci nəşr gəlir. Bu dəfə 29 müəllif, 90 yazı ilə.
Həmçinin oxuya bilərsiniz
Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)
Əziz dostlar, dünən dostumuz Doktor Ziyanın Antenn Fm-dəki “Meqapolis” verilişində qonaq oldum. Bu arada bilməyənlər üçün xatırladım ki, Doktor Ziya (soyadını bilmirəm 🙂 ) bu ilki Milli Marketinq Forumu 2016-nın
FIF2017-də iştirak edən 200 şirkətin siyahısı
Əziz dostlar, bildiyiniz kimi 06 may tarixində 420 nəfərin iştirakı ilə Bakıda Maliyyə və İnvestisiya Forumu keçirildi. (FIF2017) Forumun spikerlərinin videoları artıq hissə-hissə rəsmi facebook səhifəmizə yüklənməkdədir. Buradan Siz spikerlərin
Vergi və Mühasibatlıq Zirvəsi 2023 haqqında canlı yayım
Facebook Comments
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun