Marketing AIR 9 – “Birincilər” konsepti yekunlaşdı
Dünən Marketing AİR praktik marketinq təlimlərinin 9-cusu yekunlaşdı. 2012-ci ildən ənənəmizə sadiq qalaraq 5-ci ilə keçəcək ki, dayanmadan, yorulmadan davam edirik. Zarafat deyil, bir brend altında 9 təlimi eyni aralıqlarla etmək çox çətindir. Amma nədənsə, hər dəfə “aha bu dəfə deyəsən çətin olacaq” dediyimiz anda hadisələr gözlədiyimizin əksinə cərəyan edib.
AİR 9-un ilk təlimində də spiker mən idim. 20-ci, sonuncu təlimi də “Satış prosesi, alətləri və satış xətaları” mövzusunda mən keçdim. Mövzumuz o qədər geniş idi ki, güc-bəla ilə sertifikat mərhələsinə çata bildik. Hər təlimdə fikir vermişəm, müzakirələr o qədər xoş olur ki, bir də aylırıq ki, saat 10-11 olub. Bir sözlə, 9 AİR-dir ki, “We Share” prinsipimizə sadiq qalırıq. Yorulmadan bildiklərimizi paylaşıb, qarşımızdakıları dinləyib elə qarşılıqlı öyrənmişik. Yəqin bilirsiniz ki, 2 ay ərzində 20 mövzu, 3 ana istiqamət üzrə Marketing AİR təlimlərinin qiyməti 150 manatdır. 2 aylıq bir proqram üçün bazarla müqayisədə kifayət qədər münasib qiymətdir. Amma əvəzində qarşılıqlı əldə etdiklərimiz isə çox dəyərlidir.
Dostlar, 9-cu AİR-in konsepti “Birincilər” idi. Çünki biz bütün məzunlarımızı bir siyahıya yığıb təhlillər apardıq. Və gördük ki, mütləq əksəriyyət gördüyü işlərdə birincidir, birinciliyə layiq olacaq işlər görürlər. Anar müəllim, sağ olsun, excell-də elə cədvəl düzəltmişdi ki, 500 nəfərin işinə, şirkətinə, sahəsinə aid məlumatlar daxil bir neçə kriteriya ilə dəyərləndirmə aparmaq olurdu. Bəli, təxmini 500 nəfər bugün Marketing AİR iştirakçısı olub.
Bu illər ərzində bir neçə dəfə formatı dəyişdik, mövzuları və istiqamətləri təkmilləşdirdik. Özümüz yıxıla-yıxıla öz üzərimizdə sınadıq. Nəticədə bu tip tədbirlərdə bir xeyli təcrübə qazanmış olduq. Bütün bunları təhlil edib Marketing AİR 10-da daha fərqli işlər görmək istəyirik. Aşağıda mən Sizə əldə etdiyimiz təcrübədən irəli gələrək bəzi qənaətlərimi paylaşacam. Bu işlə məşğul olan digər dostlarımız üçün də faydalı ola bilər. Beləliklə, 9 dəfə keçirilən AİR-dən sonra;
Biz gördük ki,
- Marketing AİR bitməməlidir, davam etməlidir. Daha da təkmilləşməlidir. Bəli, Azərbaycanda marketinqin adının və mahiyyətinin təbliğində az rolu olmayıb. Amma görüləcək işlər hələ çoxdur. 500 nəfər hələ son deyil. Hələ bu təlimlərə qoşulmaq, bu havadan udmaq istəyən dostlarımız çoxdur.
- Marketing AİR ildə 2 dəfə olur. Dəfələrlə cəhd etmişik vaxtı irəli, geri çəkməyə. Amma gördük ki, həm mart, həm oktyabr AİR üçün ideal vaxtdır. Onun sayını yox, yeni istiqamətlərini genişləndirmək lazımdır.
- Elə yuxarıda səbəbdən Digital AİR yarandı bu il. Və çox uğurla da başa çatdı. Bizim gücümüz həm də odur ki, heç vaxt say problemimiz olmur. Allah şükür ki, həmişə minimum 30 nəfər olur. Bu bizə daha sıx müzakirə etməyə şərait yaradır, daha geniş networking imkanları verir.
- Marketing AİR-də maraqlı bir trend müşahidə etmişik. Qeyri-marketinq sahələrindən də maraqlananlar, iştirak edənlər az deyil. Ona görə də marketinq kommunikasiya, marketinq strategiyası və brendinq istiqmətləri üzrə hər kəsə anlaşıqlı və ən əsası praktik cəhətdən bol olan təlim kimi Marketing AİR həmişə lazımdır. Bununla yanaşı tematik sahələrlə maraqlananlar üçün də yeni istiqamətlər düşünməliyik. Hələ ki, Digital AİR var. Rəqəmsal marketinqi öyrənmək adına əvəzsiz imkandır. Bu arada 1 ay sonra Digital AİR 2 də başlayır. Əlavə olaraq bir neçə tematik sahələr yaratmaq planda var. 2017-ci il üçün planlar böyükdür. Bu işlər bizə böyük zövq verir.
- Davamlılıq ən böyük silahımızdır. Bu müddət ərzində çox yeni təlimlər yarandı, indi də yaranır. Təəssüf ki, bir çoxu vaxtından əvvəl geri çəkildi. Ona görə də əmin olduq ki, bu gün az-maz uğurluyuqsa, bunu davamlılığa daha çox borcluyuq.
- Bugün Marketing Air məzunlarının bir çoxu özü ayrılıqda təlimlər, konsultasiyalar verir. Bu işə ciddi diqqət ayırıb uğurlu olanları da çoxdur. Buna çox sevinirik. Ancaq belə olarsa, biz daha güclənəcəyik. Ona görə də düşünürük ki, bundan sonra yeni istiqamətləri elə öz məzunlarımızla birgə yaratmalıyıq. Yeni qan həmişə lazımdır, faydalıdır. Biz təlim boyu iştirakçılardan xeyli yeni şey öyrənirik. Bu işi onlar yaxın gələcəkdə bizdən qat-qat yaxşı görəcəklər.
- Əminik ki, Marketing Air təlimlərində digərlərindən fərqli olaraq çooox fərqli səmimi mühit var. İnsanlar çox tez bir-birilə dostlaşırlar. Hər AİR təliminə əvvəlkilərdən dostlar qoşulur. Bir-birilərini təbrik edirlər. AİR mühiti sözlə ifadə edilə bilməz. Onu ancaq yaşayanlar bilir. Onlardan soruşun. Fərqli, sözlə ifadə edilməyəcək qədər qəribə hisslərdir. Və bu özü də bizim ən böyük silahlarımızdan biridir. Biz təkcə təlim demirik, həm də güclü əlaqələr qurub gələcək böyük işlərin təməlini atırıq. Bugün forumlarda, tədbirlərdə əsas komanda gücü yenə AİR-dir. İlk müraciətdə sevə-sevə köməyə gəlirlər. Bu, məcburiyyətlə, zorla ola bilməz axı. Hansı güc onları gecə yarıyadək həvəslə nəticə əldə etmək üçün işləməyə təşviq edə bilər axı.
- Ətrafdan neqativ saçan hər şeydən uzaq durmaq lazımdır. Baş qoşmaq, müzakirəyə daxil olmaq olmaz. Ən gözəl cavab bir növbəti işdir.
Sonda Marketing AİR-in 9-un bütün iştirakçılarına öz təşəkkürlərimi bildirirəm. Budəfəki AİR-də 21 şirkət iştirak edirdi. Azersun Holding, Azretail MMC, Smartwan, Gomap.az, Baku Electronics, Acoounting.az, Atəşgah Sığorta, Medika Hospital, Bank of Baku, İstanbul reklam, Media Solutions, Netant, Nikoyl Bank, Avis, Tiens, Baku Retail Group, West Product Marketing, AZE Construction, German Studio, Dəmirbank ASC – bu şirkətlərdən olan dostların hər birinə dərin təşəkkürlər. Hələ çox görüşəcəyik.
P.S. Son təlimdən fotolar
Yazar haqqında
Editor review
Summary
Dünən Marketing AİR praktik marketinq təlimlərinin 9-cusu yekunlaşdı. 2012-ci ildən ənənəmizə sadiq qalaraq 5-ci ilə keçəcək ki, dayanmadan, yorulmadan davam edirik. Zarafat deyil, bir brend altında 9 təlimi eyni aralıqlarla etmək çox çətindir. Amma nədənsə, hər dəfə "aha bu dəfə deyəsən çətin olacaq" dediyimiz anda hadisələr gözlədiyimizin əksinə cərəyan edib.
Həmçinin oxuya bilərsiniz
MMF2017-də FMCG və Dağıtım panelini niyə izləməlisiniz
Dostlar, artıq MMF2017-yə 3 gün qalır. Komanda olaraq sürətlə foruma hazırlaşırıq. Təşkilati işlərin ağırlığı öz yerində, amma foruma həm də moderator kimi hazırlaşmaq çox çətindir, gərgin zəhmət tələb edir. Foruma
MMF2020 haqqında
Mən, Aysel Cəbrayılova və Sənan Orucov bu ilin noyabr ayında reallaşması gözlənilən Milli Marketinq Forumu (MMF2020) və onun ətrafında yaranan suallar ilə bağlı danışdıq. Həmin canlı yayımın tam video versiyasını təqdim
DMC2016-da açılış nitqim və MMF2013-ə xatirə keçidi
DMC2016 artıq 20 gün olur ki, bitib. Avqust ayından aktiv PR işlərinə başlamışdıq. 20 gündür bitməsinə baxmayaraq hələ dekabarın 25-dək təşkilati komandanın iş planı var. ARB TV-dən bütün videoların ilkin
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun