MMMF2014-də bilməli və əməl etməli olduğumuz 14 fakt

Bu gün çox gözəl gündür. 28 may – Azərbaycanda Respublika Günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm və tariximizlə qürur duyduğumu bildirmək istəyirəm. Keçək mövzuya. Artıq sabah, yəni 29 may Bakıda, daha doğrusu elə Azərbaycanda ilin ən böyük marketinq hadisəsi – MMF2014 başlayır. Artıq biletlər tam satılıb, bilet üstündə davadır desək, yanılmarıq. Bu yazıda mən həmin gün zalda olacaq 300-ə qədər iştirakçıların bilməli və eyni zamanda əməl etməli olduğu 14 məsələ haqqında qısa yazacam. 1 gün öncə oxumaqda fayda var. Beləliklə,

1. Qeydiyyat 09:30-da başlayır.

Bilməyənlər üçün qeyd edim ki, forum 28cinemada 5-ci zalda olacaq 🙂 Bu saatdan etibarən insanlar qeydiyyatdan keçə biləcəklər. 28cinemada foyedə 2 qeydiyyat masası olacaq. Hər kəsin qeydiyyatdan keçməsi mütləqdir. Qeydiyyatdan keçməyənlər zala buraxılmayacaqlar. Spiker və moderatorlar da mütləq şəkildə qeydiyyatdan keçməlidirlər. Foruma gec gələnlər də eynilə forum boyu aktiv olan qeydiyyat masasında qeydiyyatdan keçib elə zala daxil ola bilərlər.
2. Forum 10:00-da başlayacaq

Keçən ilki praktika göstərdi ki, hər kəsin zala daxil olmasını gözləmək olmaz. Forum gecikmədən 10:00-da başlayacaq. Gec gələnlər, qeydiyyatda gecikənlər nələrisə buraxa bilərlər. Gecikməmək üçün qeydiyyatdan tez keçib 09:30-da zala daxil olmanız lazımdır. Foyedə söhbəti zalda da etmək olar 🙂 
3. Spiker və moderatorların diqqətinə !

Spiker və moderatorlar üçün 5-ci zalda 1-ci sıra onlar üçün ayrılıb. Qeydiyyatdan keçdikdən sonra nəzarətçilərə girişdə spiker və moderator olduğunuzu deyib keçə bilərsiniz. Təbii ki, bütün spikerlər üçün əlaqələndirici şəxs Murad Malikovdur. İstənilən sualı Murad bəyə verə bilərsiniz. Murad bəyin tabeliyində daha 2 nəfər də olacaq ki, spikerlər üçün lazımı bütün şəraiti yaradacaqlar. Çıxış edəcək panelik spikerləri zalda ən minimum yarım saat öncə olmalıdır. Murad bəyin kontaktları Aysel xanım tərəfindən bütün spikerlərə göndərilib.
4. Brandwall önündə şəkil
Bütün forum boyu brandwall önündə fotoqraf olacaq. Və Siz qeydiyyatdan keçərkən brandwall-un önündən keçəcəksiniz. Xahiş edirik ki, brandwall-un önündə şəkil çəkdirib zala daxil olasınız. Bu məncə Sizin özünüz üçün də maraqlı xatirə olacaq. Forumdan az sonra şəkillər forumun fb səhifəsində paylaşılacaq.
5. Biletlərinizi qətiyyən atmayın

Məlumat üçün deyim ki, 30 nəfərə yaxın forumda texniki heyət bizə kömək edəcək. Və onların heç biri ordakı iştirakçıları üzdən tanımaq kimi bacarığa sahib deyil 🙂 Odur ki, biletiniz mütləq üstünüzdə olsun. Biletsiz zala daxil olmaq mümkün olmayacaq. Siz ancaq qeydiyyatdan keçdikdən sonra qeydiyyatda oturan əməkdaşımız biletinizi kənarını cıracaq və xüsusi möhür vuracaq. Ancaq bundan sonra zala daxil ola biləcəksiniz. Qeydiyyatsız zala daxil olmaq olmaz, əziz dostlar. Eynilə forumun 2-ci günü də əgər qeydiyyatdan keçmisinizsə, birbaşa biletinizlə zala daxil olursunuz, keçməmisinizsə, o zaman keçib sonra içəri girirsiniz.
6. Himnimizi SƏSLƏ oxuyaq
Əziz dostlar, HİMN bizim milli simvolumuzdur. Onu fərəh və qürur hissi ilə səslə oxumalıyıq. Forumumuzun da adı Milli Marketinq Forumudur. Eyni zamanda Respublika Gününə təsadüf edir. Birlikdə zalda bir ağızla himnimizi oxumaq necə də gözəl görünəcək.
7. Təşkilatçıları tanıyın, suallarınızı ancaq onlara verin.

Forum günləri foyedə və zalda Siz TƏŞKİLATÇI bəcikli adamlar görəcəksiniz. İstənilən sualı həmin şəxslərə verə bilərsiniz. Forum gedən ərəfədə zalda ayaq üstə yalnız onlar qala bilərlər. Çox xahiş edirik ki, səssizlik və konsentrasiyanın pozulmaması üçün qaydalara riayət edəsiniz. 
8. Spikerlərə sualı necə vermək olar?

Əziz dosltar, bildiyiniz kimi 6 panelimiz var. hər paneldə 1 moderator 5 spiker var. Prosedur belədir. İlk olaraq moderator ümumi giriş verir və spikerlərin hamısını səhnəyə yerlərinə dəvət edir. Hər spiker təqdimatını bitirib yerində əyləşir və beləcə bütün spikerlər ard-arda bitirirlər. Daha sonra zala müraciət edilərək sualı olanlara sual verməsi üçün şərait yaradılır. Siz həmin panelin istər 1 spikerinə, istər hamısına sual ünvanlaya bilərsiniz. Gördünüz cavabları qane etmədi, Tağı müəllim demiş “burcutdular”, dərd etməyin. Keçin twitterə #mmf2014 həştəqi ilə döşəyin gəlsin 🙂 Dediyim kimi sual ancaq panelin bütün spikerləri danışıb bitirəndən sonra veriləcək, sual-cavaba ümumi 20 dəqiqə zaman ayrılıb.
9. #MMF2014 – twitter həştəqimizi unutmayın, unutmayın, unutmayın 🙂
Forumun başından sonuna kimi Siz twitter həştəqimizdən aktiv istifadə edə bilərsiniz. #MMF2014 təqi ilə Siz həm spikerlərin çıxışına münasibət, həm öz şəklinizi çəkib həmin təqlə paylaşa, forumdan maraqlı anları foto və videoya qeyd edib paylaşa bilərsiniz. Hər paneldən sonra və bütün fasilələrdə ekrana twitter həştəqi ilə yazılanları paylaşacağıq. Hətta onların ən maraqlıları oxunacaq və maraqlı sualları aidiyyatı şəxslərə verəcəyik. Ola bilər ki, sizə vaxt çatmadı, imkan olmadı sual verəsiniz, twitter-də yazın. Bu arada tək twitter yox, instagram, facebook və forumun fb səhifəsini də tag edib yaza bilərsiniz. İddia edirik ki, həmin gün MMF2014 həştəqi toptrenddə olacaq. İnstagramda qısa videolar isə məncə, daha maraqlı olacaq.
10. Fasilələr nə zaman olacaq?

http://millimarketinqforumu.com/programmykim görməyibsə, forumun proqramına buradan baxa bilər. Hər paneldən sonra yarım saatlıq fasilələrimiz var. Fasilə zamanı istəyən zalda qala bilər, istəyən çıxa bilər. Zalda həştəgimizi ekrana qoşacağıq və bütün tvitləri ekranda göstərəcəyik. Fasilə həm də Sizin üçün maraqlı ünsiyyət və yeni tanışlıqlar imkanıdır. Fürsəti qaçırmayın, məncə.
11. Nahar qaydaları
12:30 – 14:00 aralığı nahar olacaq. Kifayət qədər uzun zamandır. Nahar 28cinemada xüsusi ayrılmış yerlərdə olacaq. 14:00-da tam olaraq forum işinə davam edəcək, kimsəni zala dəvət etməyəcəyik. Növbəti panel 14:00-da başlayacaq. Ona görə 1 saat yarımda çatdırmağa çalışın 🙂 Bu arada bildirim ki, +MORE şirələri də bizə dəstək olur, meyvə suyumuz var hələ üstəlik MMF2014 yazılı coca-colalarımız da olacaq. Bir sözlə #superolacaq #qirginolacaq 🙂
12. Vizitka onu paylamaq üçündür 🙂
Təxmini 150-dən çox şirkətdən iştirakçılarımız olacaq. Əlavə olaraq demək olar ki, əksər univeristetlərdən marketinqlə maraqlanan tələbələr də olacaq. Odur ki, üstünüzdə vizitikanız olsun və bol olsun. Fürsət düşdükcə paylaşın. MMF2013-də bunun sayəsində bir xeyli işbirlikləri, ortaq proyektlər, əməkdaşlıqlar yaranmışdı. Bizim də elə doalyı məqsədimiz budur ki, sektor canlansın, bir-birimizi yaxından tanıyaq.
13. Bilet alın.

Yuxarıdakılar forumda iştirak edənlər üçün yaddaş məlumatlarıdır. Əgər Siz bu yazını oxuyursunuzsa və biletiniz hələ də yoxdursa, o zaman məntiq deyir ki, bilet almaq lazımdır 🙂 Hazırda 28cinema.az saytını yoxlayıram, cəmi 5 bilet onlayn satışda qalıb. Onun biri də Siz ola bilərsiniz. Ümumiyyətlə əvvəlki yazımda dediyim kimi biz bu dəfə bütün məsuliyyəti üzərimizə götürdük və ona görə də bizə ən böyük dəstək cəmi 1 bilet almaqdır. Və 101% əmin olun ki, verdiyiniz məbləğ aldığınız dəyərdən qat-qat aşağıdır. 
Biz sadəcə və sadəcə ölkədə marketinq və biznes mühiti inkişat etsin istəyirik.
Forumda görüşənədək. Nə qaldı ki – 22 saat 🙂

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

FIF2017 III panel moderator və spikerlərin çıxışlarının video yazısı

Gəldik 3-cü panelə. Bilirsiniz ki, bizim tədbirlərimiz bütöv gün davam edir. Bu çox çətindir. Həm təşkilatçılar üçün, həm də iştirakçılar üçün. Çünki səhər 9-dan axşam 6-ya kimi informasiya ilə yüklənmək

Tədbirlər 0 Comments

Digitalda da AIR havası

Dostlar, bilirsiniz ki, artıq 4 ildir ki, Marketing AİR təlimləri keçirilir. Oktyabr ayından isə 9-cu belə praktik marketinq təlimləri start götürəcək və 2 ay boyunca davam edəcək. Bu dəfəki konseptimiz

Tədbirlər 0 Comments

DMC2016-da açılış nitqim və MMF2013-ə xatirə keçidi

DMC2016 artıq 20 gün olur ki, bitib. Avqust ayından aktiv PR işlərinə başlamışdıq. 20 gündür bitməsinə baxmayaraq hələ dekabarın 25-dək təşkilati komandanın iş planı var. ARB TV-dən bütün videoların ilkin

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın