24 mart marketinqdə yaz havası əsəcək
Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək dedik və düşünməyə başladıq. Çox keçmədi ki, ağlıma bir fikir gəldi və həmən onu qrupun aktiv üzvlərindən olan Rəşad Baxışova dedim. Nəticədə yuxarıda gördüyünüz şəkil alındı. Sloqanımız “Marketinqə 4Ç gəldi” oldu. Bilirsiniz ki, marketinq deyilən kimi ağla gələn ilk fikirlərdən biri də 4P-dir. Maraqlı və əyləncəli sintez olsun deyə martda milli bayramımız Novruzda olan 4 çərşənbənin şərəfinə 4Ç kimi modifikasiya etdim və Rəşad da çox gözəl şəkildə bunu dizaynda əks etdirə bildi. Hər çərşənbə günü tonqallardan birini “yandırırdıq”. Bu haqda bu qədər.
Görüşümüzün əsas özəllikləri haqqında da bir-iki kəlimə demək istərdim:
– Şəki restoranının qonağı olacağıq. Menumuzda isə demək olar ki, hər şey olacaq. Çox gözəl və hamının bəyənəcəyi süfrə olacağına olduqca əminik. Xüsusən canlı musiqi fonunda yeyib-içmək daha çox ləzzət edəcək. Firdovsi deyir ki, mikrofonumuz da olacaq, ona görə də istəyən oxuya da bilər, söz də deyə bilər.
Belə. Şəxsən özüm çox səbrsizlənirəm. Həyəcan verir düşündükcə. Öhdəsindən gələcəyimizə çox inanıram. Əminəm ki, bir çoxları üçün mümkünsüz olan mümkün edə biləcəyik. Sizi 24 martda AZURE-da gözləyəcəyik. Bizə buradan qoşula bilərsiniz.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Marketing AİR 12 başladı
Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂
Builki DMC2016 nələri öyrətdi?
DMC2016-dan qalan şirin yorğunluq üzərimizdən getməmiş builki Digital Marketing Conference bizə nələri göstərdi təhlil etməyə çalışacam. Konfrans haqqında dünən Aysel xanım da ətraflı yazıb. İstəsəniz oxuya bilərsiniz. Bir sözlə nə


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun