Kreativ: “Sağa Çəkil” rekordu
Öncəki yazımda dediyim kimi 2011-ci ilin sentyabrı çox gərgin keçirdi. Bu arada yeni il ərəfəsi də rəqib “ürək bulandırmağa” başlamışdı. Bu ərəfədə anidən çox maraqlı bir ideya ağlıma gəldi. Yalnız internetdə non-standart bir banner hazırlayacaqdıq. Bannerdə ilk 4-5 gün tizer gedəcəkdi. Tizerdə sadəcə yarışan 2 maşın görünür – qara və qızılı. İlk anda banner o qədər maraq doğurdu ki, indiyədək həmin bannerin 17%-lik CTR-ni heç bir banner qıra bilməyib.4-5 günlük tizerdən sonra isə bannerin ideala aid olduğu məlum olurdu. Sloqanımız da çox yaxşı idi – İdeal – Sürətin Fərqindəyik. Bannerdə sözlərin gedişi təxminən belə idi. “Müştərisini razı sala bilməyənlər bu yolda sadəcə sağa çəkilir. Yüksək xidmət və keyfiyyətimiz sayəsində sol hərəkət zolağında ideal sürətdəyik. İdeal – Sürətin Fərqindəyik”
Qızılı maşın rəqibi, qara maşın isə idealı ehtiva edirdi. Rəqibi o qədər qıcıqlandırmışdı ki, bu kampaniya, amma söz deməyə də səbəb tapa bilmirdilər, çünki heç yerdə rəqibin adı çəkilməmişdi ))). Yaxın ətrafımızdan, reklamçı dostlardan da eşitdiyimə görə o zaman üçün fərqli bir gediş olmuşdu bazarda. Aşağıda Sizə ssenarini təqdim edirəm.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Fil Rəqəmsal Marketinq Agentliyi – Yeni Filimiz mübarək
Noyabrda DMC2016 başa çatdı. Bu dəfə daha uğurlu alınmışdı. Artıq 2 il olacaqdı ki, Rəqəmsal Marketinq Konfransı keçirirdik. Bu sferada çalışan bütün mütəxəssisləri, şirkətləri demək olar ki, tanıyırdıq. Onlarla tez-tez
Facemark.az-da video postlar seriyasına başladıq
Dostlar, bildiyiniz kimi hazırda rəqəmsal dünya daha sürətlə inkişaf edir. Digər ənənəvi medialar 2-3% civarında yaxşı halda inkişaf edirsə, rəqəmsal alətlər illik 10% civarı artım göstərir. Trend də artmağa doğru
Mobilləşən rəqəmsal dünyamız haqqında yeni araşdırmalar
Dünən xəbər saytlarının birində oxudum ki, prezident İlham Əliyev xarici qonaqlarla görüşdə Azərbaycanda sosial mediada, konkret desək facebook və twitterdə 2 milyon insanın olduğu, ölkə əhalisinin də 75%-nin internetə çıxışı


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun