2QAT BAYRAM – RAMAZAN

2010-cu ilin sentyabr ayında daha bir Ramazanı qarşılayarkən düşündüm ki, niyə bizdə Ramazan, məsələn Türkiyədəki kimi qeyd edilmir. Əsasən də bu işin niyə bizdə də ticarəti qızışdırmadığını düşünürdüm. Qərara gəldim ki, rəhbərliyə məhz bu ayda Ramazana özəl endirim kampaniyası təklif edim, ilk başdan etiraz olunsa da, sonradan müzakirə edib razılığıa gələ bildik. Və o ərəfədə Azərbaycanda hər kəsin Ramazanda sadəcə tv-də “filan şirkət Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir” tipli reklamları gedirdi. Sanki insanlar risk etmirdi nəsə etməyə və ya bunu Ramazanla əlaqələndirməyə. Hətta ilk dizayn təklifində məscid şəkli olduğuna görə də “risklidir” deyə cavablar almışdım, amma israrlıydım, etməliydim. Və həmin an gəldi və biz o günlər müştərilərə 20% endirim etdik. Halbuki adi vaxtlarda müştərilərə əsasən 15% edirdik. Nəticə isə gözlədiyimizdən qat-qat artıq oldu. Az qala mart satışlarına yaxın rəqəmlər aldıq. Çox sevindiricidir ki, radio, vitrinlərdə, internetdə aktiv reklamlarımızdan sonra rəqibimiz və başqa bir çox şirkətlər də gələn ildən eyni şeyi etməyə başladılar. Demək ki, insanların arasında olub, nəyə dəyər verdiklərini, tələb olduğunu öyrənmək lazımdır ki, ona uyğun da təklif hazırlamaq çətin olmasın.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 501 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Adverdiklərim 0 Comments

˝Bugünün Marketinqi˝ kitabı artıq bütün kitab mağazalarında

Əziz dostlar, artıq bir çoxunuz xəbərdarsınız ki, 31 oktyabr tarixindən etibarən ˝Bugünün Marketinqi˝kitabı rəsmi olaraq satışa çıxarılıb. İlk dəfə Digital Marketing Conference zamanı satışa çıxardığımız bu kitabı hazırda bütün kitab

Adverdiklərim 0 Comments

ADverdiklərim silsiləsindən: Maksimum İDEAL

2010-nun noyabrında İdealda bpyük bir kampaniyaya start verəcəkdik. Uduş fondu kifayət qədər böyük və dəyərli idi, belə ki, uduşda Nissan Maxima avtomobili vardı. Biz isə kampaniyanı lotoreya formasında keçirməyi düşünürdük.

Adverdiklərim 0 Comments

ADverdiklərim silsiləsindən: İdeal Yay

2010-cu ildə keçirdiyimiz bir çox kampaniyalara ideal adı ilə bağlı adlar qoyurduq. Bu da onlardan birisi – İdeal Yay. Ad və dizayn brifi bəndənizə məxsusdur.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın