Mən, Rafiq Hunaltay 1985-ci ildə anadan olmuşam.
Təhsilim:
2003-2007-ci illə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil almışam.
2008-2010-cu illər isə eyni universitetin magist pilləsini yenə Marketinq ixtisası üzrə bitirmişəm.
Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve  Tanıtım bölümünü bitirmişəm.
2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşam, lakin sonradan doktorantura təhsilimi yarımçıq saxlayaraq aktiv iş həyatına davam etmişəm.
İş təcrübəm:
2002-2007-ci illər hərbi, hüquq və vətənpərvərlik qəzeti olan “Hərbi And” qəzetində analitik bölmədə yazar, bir çox qəzetlərdə araşdırmaçı yazar kimi çalışmışam. Bu günədək qəzetlərdə 200-dən çox məqaləm çap olunub. Azərbacyanda ilk dəfə sistemli şəkildə “məxfilər” bölməsi altında dünya kəşfiyyat sistemlərinə aid 40-dan analitik yazının müəllifiyəm.
2007-2009-cu illər Müdafiə Nazirliyi Hərbi Nəşriyyatında analitik yazar olaraq fəaliyyət göstərmişəm.
Yazarlıq hobbimdir, araşdırmağı, təhlil etməyi və yazmağı çox sevirəm.
2006-2007-ci ildə parallel olaraq Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləmişəm.
2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşam. 2015-ci ilin oktyabr ayınadək isə həmin şirkətdə idarə heyətində Marketinq Auditi üzrə direktor vəzifəsində çalışmışam.
2016-2018-ci illərdə Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışmışam.
2018-ci ildən 2019-cu ilədək Modern Şirkətlər Qrupunun Biznesin İnkişafı Departamentinin rəhbəri kimi iş karyeramı davam etdirmişəm. Eyni holdinqə daxil olan AZGRANATA şirkətinin İdarə Heyətinin üzvü, Satış və Marketinq üzrə sektor rəhbəri kimi çalışmışam.
2020-2023-cü illərdə Starex və Supertoys şirkətlərdə direktor vəzifəsində çalışmışam.
Eyni zamanda 2011-ci ildən fəaliyyət göstərən məşhur biznes və marketinq portallarından olan www.facemark.az saytının həmtəsisçiyəm. 2012-ci ildən fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisiyəm.
Bakıda illik keçirilən Milli Marketinq Forumu (MMF), Rəqəmsal Marketinq Forumu (DMC), Maliyyə və İnvestisiya Forumu (FIF), Milli İnsan Resursları Forumu (MİRF), Vergi və Mühasibatlıq Zirvəsi, Xəzər Su İnnovasiya Forumu kimi 10 istiqamət üzrə illik 20 biznes tədbir keçirməkdəyik.
Bugünün Marketinqi 1 (2015), Bugünün Marketinqi 2 (2016), Bugünün Marketinqi 3 (2019), Bugünün Marketinqi 4 (2021), Bugünün Marketinqi 5 (2024), Böhrandan Yeni Dövrana (2016), “Sadə idarəetmə” (2025) və “Məxfilər” (2025) kitablarının tərtibçisi və müəllifiyəm.
Hazırda Fil Agency marketinq agentliyi təsisçisi və baş direktoru, Media və Biznes Tədbirlər Təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkətinin təsisçiyəm.
Hobbim yuxarıda dediyim kimi yazmaqdır, kitab oxumağı həddindən çox sevirəm, oxumaq qədər kitab yığmağı, almağı da sevirəm. Hər bir şəxsin bilməli olduğu sahələr arasında tarix, psixologiya, ədəbiyyat da olmalıdır düşüncəsinə əsaslanaraq bu 3 sahəni mütəmadi olaraq izləyirəm, öyrənirəm.

Uzun zaman qəzetdə yazar olarkən, 2002-ci ildən Hunaltay təxəllüsündən istifadə etmişəm. Təxəllüsdən istifadə etməyi sevirəm. Eşidən çox adam mənasını soruşduğuna görə deyim ki, HUN və ALTAY sözlərinin birləşməsindən alınıb.

Əlaqə:

mail: hunaltay@gmail.com

          rafiq@hunaltay.com

Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın