Marketerlərin Novruz görüşü baş tutdu

Marketerlərin Novruz görüşü baş tutdu

Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə isə Gate25 restoranında etdik. Hər il bir sloqan ətrafında toplaşırdıq. Bu il də sloqanımız – “Mart çıxdı, dərd çıxmadı” idi. Bu ilin martı həqiqətən də devalvasiya kimi sürprizlə biz marketerləri üz-üzə qoydu. Ona görə də sloqanımızı məhz bu cür seçdik. Son görüşümüzdə 130-a qədər müxtəlif şirkətlərdən menecerlər iştirak etdi. Bizim bu tip görüşlərimiz əslində “community” xarakteri daşıyır. Bu tip görüşlərlə, əslində buna bəhanələr də demək olar, biz istəyirik ki, marketinq icması olaraq tez-tez görüşək, tez-tez bir-birimizə faydalı olaq və eyni zamanda sektorda baş verənləri fərqli formatlarda müzakirə edək. İşimiz çox streslidir, heç olmasa bu tip tədbirlərlə stresli iş mühitindən bir neçə saatlığına da olsa, uzaqlaşaraq və bir az da əylənərək istirahət etmək lazımdır. Bu görüşlərdə biz hər dəfə yeni-yeni insanlarla tanış oluruq, yeni əlaqələr və yeni iş fürsətləri qazanma şansı əldə edirik. Çox danışmadan həmin görüşdən olan qısa video çarxı aşağıda Sizə təqdim edirəm. Bu arada video üçün ÖzFilm-ə təşəkkürlər. Çox sevinirik ki, marketinqə aid tədbirlərimizdə şirkətlərimiz dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 504 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Marketing AIR 8-də hansı mövzulardan danışacam

Ötən bloq yazımda Marketing AİR 8 haqqında ətraflı yazmışdım. Bu dəfə isə Sizinlə budəfəki təlimdə nələrdən danışacağam, hansı mövzulara, hansı istiqamətlərə toxunacağam ondan yazacam. Ötən dəfə AİR-lə bağlı 3-lükdə görüşüb

Tədbirlər 0 Comments

Birincilərə qoşul nə deməkdir?! AİR 9 haqqında

Vaxt var idi marketinq kursları tək-tük olsa da çox zəif idi, olana şükür deyirdilər. İndi 5 ildir ki, AİR var, Yaradana Şükür deyirlər.  Nə??! Pafos? Olsun da. Elə deyil ki?

Tədbirlər 0 Comments

Forumun kitabı da var – Böhrandan Yeni Dövrana

Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın