Avtostop vs Sema Abiyeva – top 2 youtube kanalının təhlili
Socialbakerslə ortaq əməkdaşlığım çərçivəsində ilk araşdırma bloq yazımı ölkəmizin 4 məşhur bankının facebook səhifəsinin təhlili ilə başladım. Bu gün isə 2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan səhifəsi deyil, ölkənin 2 məşhur youtube kanalını təhlil edəcəyik. Bunlar Azərbaycanın ən məşhur avto hərəkatı olan “Avtstop” ilə qadın bloger Səma Abiyevanın kanalı olacaq.
Təhlil müddəti – Son 3 ay ( 29 dekabr 2015 – 27 mart 2016)
Təhlil edilən sahə: Media layihə / Beauty Bloger
Təhlil edilən obyektlər: “Avtstop” , Səma Abiyevanın kanalı
Təhlil edilən platforma: Rəsmi youtube kanalı
Bir-birinə yaxın sahə olmasa da, aktivliyinə görə çox yaxın kanallardır. Hər ikisi mütəmadi yenilənir, bütün yeni texnologiyalardan istifadə edir, aktiv pr edi(li)rlər. Gəlin, təhlilə keçməmişdən öncə youtube kanalları üzrə Azərbaycanın statistikasına baxaq.
Azərbaycanda youtube kanalları statistikası:
Hazırda Azərbaycanda 270-dən çox youtube kanalı var. Kanala yerləşdirdiyi videoların baxış sayına görə top youtube kanalları aşağıdakı kimidir. Sizə yerləşdirilən videolara baxış sayına görə top 30 kanalın adını və abunəçi sayını, baxış sayları ilə birgə təqdim edirəm. Nəzərə alın ki, bir-iki kanal var ki, onlar Azərbaycanı məkan olaraq qeyd ediblər, ancaq bağlılıqları yoxdur. Amma dediyim kimi, bunlar 2-3 kanalı keçmir.
Mənim təhlil obyektlərim olan Sema Abiyeva Azərbaycan youtube kanalları üzrə 5 913 423 baxışla 33-cü, Avtostop isə 1 950 281 baxış sayı ilə 71-ci yerdədir.
İndi keçək Avtostop ilə Səma Abiyevanın youtube kanalının parametrlər üzrə müqayisəli təhlilinə. Qeyd edim ki, hər parametr üzrə ballar veriləcək. Yekunda isə ballar üzrə qiymətləndirmə aparılacaq. Nəzərinizə çatdırım ki, qiymətləndirmə heç bir halda etalon kimi götürülə bilməz. Bu araşdırmada maksimum bal 3 bal olacaq. Yəni veriləcək ballar 1, 2, 3 ola bilər.
1. Ümumi abunə sayı
Bu bənd üzrə aşkar üstünlük Səma Abıyevadadır. Ortada abunəçi sayına görə 6 mindən çox fərq var. Gündəlik artımlara görə də 3 dəfədən çox fərq var. Bu halda Səma Abiyevaya 3 maksimum xaldan 3 düşürsə, Avtostop 1 alır.
2. Yeni video paylaşım tezliyi
Orta gündəlik video paylaşımına görə Avtostop öndədir. Fərq çox da əhəmiyyətli deyil. Ona görə də bu halda Avtostop 2, Sema Abiyeva 1 bal alır. Orta gündəlik video sayı 1-ə çatmadığından 3 maksimum bal vermək olmadı.
3. Ən çox “engagement” alan (like+dislike+baxış) video kontent və 1000 nəfərə düşən “interaction” sayı
Təhlil:
Hər iki kanalın 3 ən çox baxımlı videosu üzrə hər 1000 nəfərə düşən interaction sayına (like+dislike+comment) görə Avtostop-da bu 30,07, Səma Abıyevada isə 29.85-dir. Video interaction sayına görə isə ən baxımlı 3 video üzrə Avtostop-da 362, Səma Abıyevada isə 479.3-dür. Komentlərə görə isə ən baxımlı 3 videoda şərh sayına görə Avtostopda ortalama şərh 221-dirsə, Səma Abıyevada bu rəqəm 69-dur. Görünən odur ki, xanım istifadəçilər şərh bildirməyə nədənsə, “ərinirlər”. 3 parametrin 2-də Avtostop öndə olduğuna görə o, 3 bal, Səma Abıyeva isə 2 bal alır.
4. Evaluation of Interaction
Təhlil:
Ümumiyyətlə gündəlik interaction sayına görə isə cüzi fərqlə cüzi fərqlə Səma Abıyeva öndədir. Buna görə O, 2, Avtostop isə 1 bal alır. Yəni burada önəmli olan gündə yüklənilən videolardan daha çox hər video üzrə interaction sayı vacibdir.
5. Videolara orta aylıq baxış sayı
Təhlil:
Bu parametrə görə orta aylıq video baxış sayı (ay ərzində yüklənən videolara ortalama baxış sayı) Səma Abıyevada 15800-dürsə, Avtostopda bu rəqəm 4600-dür. Ona görə də burada 3 bal Səma Abıyeva, 1 bal Avtostop alır.
6. Orta 1000 abunəçiyə görə interaction sayı
Təhlil:
Avtostopda bu rəqəm 297-dirsə, Səma Abıyevada 199.7-dir. Qeyd edim ki, bu ən vacib analitik göstəricidir. Həm də abunəçilərin kanalla bağlılığını göstərir. Onların nə qədər kanalla əlaqəli olmasını da sübut edir. Buna görə Avtostop 3, Səma Abıyeva 1 bal alır.
7. Total yüklənilən videolara baxış sayı
Avtostopda toplam yüklənilən videolara 1 950 281 baxış olubsa, Səma Abıyevada bu rəqəm 5 913 423 baxışdır. Buna görə Səma Abıyeva 3, Avtostop 2 bal alır.
YEKUN:
7 parametr üzrə yekun balları toplasaq Avtostop 13 bal, Səma Abıyeva isə 15 bal alır. Nəticələrə görə Səma Abıyeva öndədir. Amma bir məqamı da qeyd edim ki, Avtostop abunəçiləri Səma Abıyevanın abunəçiləri ilə müqayisədə daha loyaldır. Bu gələcəkdə Avtostop üçün böyük imkan, Səma Abıyeva üçün isə təhlükədir. Hələliksə, bizə qalibi təbrik etmək düşür.
P.S. Araşdırmalardan mütəmadi olaraq xəbər tutmaq istəyirsinizsə, bloqa mail abunə ola bilərsiniz. Növbəti araşdırmamız Azercell ilə Bakcell arasında olacaq.
Növbəti dəfə daha faydalı olmaq ümidi ilə…
Yazar haqqında
Editor review
Summary
2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan səhifəsi deyil, ölkənin 2 məşhur youtube kanalını təhlil edəcəyik. Bunlar Azərbaycanın ən məşhur avto hərəkatı olan "Avtstop" ilə qadın bloger Səma Abiyevanın kanalı olacaq.
Həmçinin oxuya bilərsiniz
Bu işlərin axırı – AİR təqdimatında
Bugünün mövzuları: – Koronavirus – Dostluq, biznes, şəriklik – Karyera pillələri – haradan başlayıb harada bitə bilər, bilməlidir, bilsə yaxşı olar?! – Biznesdə etik dəyərlər – Sizin suallara bizim cavablar
Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!
Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini
Böhran zamanı internet televiziya niyə effektivdir?
Böhran dövründə marketinq kommunikasiya üsulları ciddi dəyişikliyə uğrayır. Uzun müddətdə effekt verən vasitələrlə müqayisədə qısa müddətdə effektli olan vasitələrə üstünlük verilir. Nəticədə adi vaxtda edilən bir çox xərclər böhran dövründə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun