Azercell, Bakcell, Nar – 3 mobil operatorun fan səhifə təhlili! Kim neçəncidir?!
Əziz dostlar, Sizinlə Socialbakers-lə əməkdaşlıq çərçivəsində növbəti araşdırmamı təqdim edirəm. Bu dəfə mən ölkəmizin 3 böyük mobil operatorlarının göstəricilərini təhlil edəcəm. Qiymətləndirmə 5 ballıq şkala ilə 9 parametr üzrə aparılacaq.
Təhlil müddəti – Son 3 ay ( 9 yanvar 2016 – 7 aprel 2016)
Təhlil edilən sahə: Mobil operator
Təhlil edilən obyektlər: Azercell, Bakcell, Nar
Təhlil edilən platforma: Rəsmi facebook fan səhifə
1. Operatorlarımız cəbhədəki gərginliyə necə yanaşdılar?
Aprelin əvvəli cəbhə bölgəsində yaşanan gərginlik, çoxsaylı şəhid xəbərləri, ölkə səviyyəsində diqqətin cəbhə bölgəsində olduğu bir vaxtda mobil operatorlarımız da məsələyə biganə qalmadı. Hər 3 mobil operatorun profil şəkli Azərbaycan bayrağı ilə bəzədilib, paylaşımlarda milli ordumuza dəstək mesajları var. Eyni zamanda ilk olaraq Bakcell-in başlatdığı cəbhəyanı ərazilərdə yaşayanların balansına pulsuz danışıq dəqiqələrinin yüklənməsi, daha sonra buraya Azercell və Nar-ın da qoşulması ilə yadda qaldı. Bakcell ilk bunu paylaşdığına görə həmin post 1100-dən çox “share” edilmişdi. Şəxsən düşünürəm ki, addım hər nə qədər alqışlanmağa layiqdirsə belə, məhz danışıq dəqiqlərinin sayı ilə rəqabət aparmaq əvəzinə, hər 3 operator fərqli üstünlük versə, daha yaxşı olardı. Bakcell 50, Azercell Bakcelldən sonra 60, Nar isə Azercelldən sonra 100 dəqiqə pulsuz danışıq hədiyyə etmişdi. Ona görə də bu addımı ilk olaraq atan Bakcell olduğuna görə mən 5 ballıq qiymətləndirmə ilə Bakcellə 5, Azercell təkrarçılıq və dəqiqə rəqabəti etdiyinə görə 2, onu Nar daha güclü şəkildə davam etdirdiyinə görə 1 bal alır.
2. Ümumi fan durumu
s/n | Mobil Operator | Ümumi fan sayı | Yerli fan sayı | % nisbəti |
1 | Azercell | 391 k | 351762 | 89.9% |
2 | Bakcell | 381 k | 356521 | 93.5% |
3 | Nar | 302 k | 281716 | 93.2% |
Təhlil:
Fan sayına görə Azercell daha öndədir. Amma ən yaxın izləyicisi Bakcellə aralarındakı fərq çox deyil, hiss edilir ki, banklarda olduğu kimi operatorlarda da bu rəqəm ciddi prinsipial əhəmiyyət daşıyır. Lakin əsas göstərici həm yerli fan sayı, həm də kəmiyyət deyil, keyfiyyət olduğundan irəlidəki bəndlərdə effektivliyi daha ayınd görəcəyik. İstənilən halda bu parametrə də qiymət vermək lazımdır. Yerli fan sayı nisbətini və bu parametrin çox da ciddi önəm daşımadığını nəzərə alaraq maksimum 3 bal verməklə, müvafiq olaraq Bakcell 3, Nar 2, Azercell 1 bal alır.
3. Səhifə postlarının sayı / number of page posts
s/n | Ümumi post sayı | Orta gündəlik post sayı |
Azercell | 97 | 1.08 |
Bakcell | 183 | 2.03 |
Nar | 43 | 0.48 |
Təhlil:
Ümumi post sayına görə Bakcell açıq üstündür. Orta gündəlik 2 postdan çox paylaşım olur. (Son 3 ayın göstəricisinə əsasən) Aşkar üstünlüyə görə Bakcell 5, Azercell 3, Nar 1 bal alır.
4. Səhifə post növlərinə görə sıralama
Təhlil:
Yuxarıda Siz post növlərinə görə paylaşımları görürsünüz. Burada effektivik postların sayı ilə deyil, faiz nisbəti ilə ölçülür. Məsələn, yuxarıdakı qrafikdə 65.03% nəticə ilə 1-ci yerdə Bakcell-dirr. Bu o deməkdir ki, 100%-lik kontentin 65.03% ilə şəkil olduğu səhifə Bakcell-dir. Digərlərində bu faiz gördüyünüz kimi çoxdur. Burada vacib olan digər post növlərindən də effektiv istifadədir. Eyni zamanda son zamanlar trend olan video paylaşımlarda isə kontentin 10.93%-i video olmaqla birinci yerdə Bakcell, 6.98%-lə Nar ikinci, 4.12%-lə Azercell 3-cüdür. Bu 2 xüsusiyyəti nəzərə alaraq Bakcell hər ikisində birinci olduğu üçün 5, Nar 4, Azercell 3 bal alır.
P.S. Yuxarıdakı şəkildə sol tərəfdə Azercell və Bakcell yazısının yeri dəyişik düşüb. Yəni solda Bakcell, sağda Azercell olmalıdır. Şəkil artıq yükləndiyinə görə dəyişə bilmədim, amma qiymətləndirməyə təsir etməyib bu.
5. Fan postların sayına görə
Təhlil:
İstər total fan post sayı, istər orta gündəlik, istərsə də maximum fan post sayına görə Azercell rəqiblərindən çox öndədir. Fərq gördüyünüz kimi daha açıqdır. 3 ay ərzində fanların 3200 postu olub Azercellə. Onu da qeyd edək ki, fanların aktivliyi səhifə qiymətləndirilməsində vacib rol oynayır. Eyni zamanda səhifənin fanlarla bağlılığının yüksək olmasını göstərir. Açıq fərqə görə Azercell 5, Bakcel 3, Nar 2 bal alır.
6. Ən çox “Engagement” (like+comment+share) alan postlar
Təhlil:
Deyərdim ki, bu parametr keyfiyyəti göstərən parametrlərdən biridir. Yuxarıda da yazdığımız kimi interaction like+comment+share cəmidir. Burada əsas ölçü kriteriyası 1000 fana düşən interaction sayıdır. Bu Nar-da 70, Azercell-də 35, Bakcell-də isə 20-dir. Ümumiyyətlə səhifələrin kontentlərinə nəzər salanda vizuallıq baxımından da Nar postları seçilir. Digər parametrlərdə çox öndə olmasalar da, postların keyfiyyətində üstünlükləri hiss edilir. Nar SMM-ni bu baxımdan təbrik etmək olar. Postların fanlar tərəfindən paylaşımı da çox ciddi faktordur ki, burada Azercellin üstünlüyü hiss olunur, Bakcellin ən çox paylaşılan postu cəbhə ilə əlaqədar olduğundan bunu hesaba almırıq. Narda bu parametr zəifdir. Beləliklə, yuxarıdakı təhlilləri nəzərə alaraq Nar 5, Azercell 4, Bakcell 3 bal alır.
7. Orta aylıq interaction növlərinə görə faiz bölgüsü
Təhlil:
6-cı bənddəki reytinqlər ən çox interaction alan postlar üzrə idi. Bu bənddə isə orta aylıq interaction növlərinin faiz bölgüsü nəzərə alınıb. Bu parametr də çox vacibdir. Orta aylıc cəm interaction sayına görə Nar yenə də öndədir. 3 növün içində like % ən aşağı olan (bu üstünlükdür, like daha rahatdır, nəinki comment və share) Azercell-dir. (76%) Bu yaxşı göstəricidir. Şərh faizlərində də gördüyünüz kimi Azercell öndədir. Ona görə də bu parametrdə Azercell 5, Bakcell 4, Nar isə 3 bal alır. Burada Azercellin vəziyyəti digərlərindən daha yaxşıdır. Şərhin və paylaşımın faizinin çox olması fanların maraq səviyyəsini də göstərir.
8. Ortalama 1000 fana görə aylıq interaction sayı
Azercelldə bu rəqəm 166.4, Bakcell-də 159.9, Narda isə 260-dır. Ona görə Sizi qrafiklə yormayaraq Nar 5 bal, Azercell 4, Bakcell 3 bal kimi qiymətləndiririk.
9. Fan suallarına cavab vermə faizi / indeksi (Socially Devoted)
Bakcelldə bu rəqəm 90%, Azercelldə 99%, Nar 99%-dir. Buna görə Azercell 5 bal, Nar 4, Bakcell isə 3 bal alır. Azercellə ona görə çox bal verdik ki, onda fan sualları rəqiblərindən bir neçə dəfə daha çoxdur.
NƏTİCƏ:
9 parametr üzrə yuxarıda verilən balları topladıqda Azercell 32, Bakcell 34, Nar isə 27 bal alır. Gördüyümüz kimi cüzi fərqlə Bakcell bu dəfəki araşdırmamımızın qalibidir. Yekunda onu deyə bilərik ki, Nar-da SMM xidməti digərlərindən daha keyfiyyətli işləyir, postları, vizuallıq və s. daha yaxşıdır. Əzəli rəqiblərdən Azercellin fanları ilə olan bağlılığı yüksəkdir. Fanlar daha çox onların səhifəsində yazır, şərh bildirir və s. Bakcell isə operativlik, aktivlik sayı, kampaniyalar baxımından öndədir.
Bu dəfəki araşdırmamımızın qalibi Bakcelli təbrik edirik. Xatırladım ki, qiymətləndirmə subyektivdir, konstitutsiya maddəsi deyil, fikirlər müxtəlif ola bilər və bu da kifayət qədər normaldır.
Növbəti dəfə daha faydalı olmaq ümidi ilə.
P.S. Əgər araşdırmalarımızdan operativ xəbər tutmaq istəyirsinizsə, bloqumuza mail abunə ola bilərsiniz.
Yazar haqqında
Editor review
Summary
Bu dəfə mən ölkəmizin 3 böyük mobil operatorlarının göstəricilərini təhlil edəcəm. Qiymətləndirmə 5 ballıq şkala ilə 9 parametr üzrə aparılacaq.
Həmçinin oxuya bilərsiniz
Keyfiyyətli yerli təlimlər əvəzsizdir
Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə
MMF2017-də nələrə fikir verməliyik
Dostlar, may ayı dediyimiz kimi bütövlükdə marketinq forumunun aktiv müzakirəsinin və gündəm olduğu aydır. İyun ayı isə biz hissə-hissə çıxışlardan video görüntüləri paylaşacağıq. Bu dəfə daha rahat-rahat izləyib şərhlər verə
Avtostop vs Sema Abiyeva – top 2 youtube kanalının təhlili
Socialbakerslə ortaq əməkdaşlığım çərçivəsində ilk araşdırma bloq yazımı ölkəmizin 4 məşhur bankının facebook səhifəsinin təhlili ilə başladım. Bu gün isə 2-ci belə araşdırmamı Sizə təqdim edirəm. Bu dəfə facebook fan
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun